Bu ərazilərdə qaz olmayacaq
10 Avqust 2026, 22:10
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
575
22.05.2026, 10:14
Tanınmış jurnalist, Real TV-nin rəhbəri Mir Şahin “uşaq pulu” ilə bağlı sosial şəbəkələrdə aparılan müzakirələrə sərt münasibət bildirib.
O, Kamal Abdulla və deputat Günay Ağamalının fikirlərinə görə sosial şəbəkələrdə linç edilməsini tənqid edib. Mir Şahin bildirib ki, rəqəmsal platformalar azad söz meydanı kimi təqdim olunsa da, fərqli fikir söyləyən şəxslər dərhal təhqir və təzyiqlə üzləşirlər:
“UŞAQ PULU, YOXSA NİSYƏ DƏFTƏRİ?
Əvvəlcə, rəqəmsal mühitin təqdim və təlqin etdiyi “söz azadlığı” haqqında:
-Deməli, iki vətəndaş-Azərbaycan yazıçısı, şairi, dramaturqu, alimi-Kamal Abdulla və Milli Məclisin üzvü, Ana Vətən partiyasının sədri, Qadın, Ana-Günay Ağamalı müsahibə verib; biri cəmiyyətdə, ailədə qadının rolu haqqında danışıb, o biri isə xüsusilə populistlərin gündəmini zəbt edən “uşaq pulu” mövzusuna toxunub. Və dərhal da hər iki şəxsə sosial şəbəkələrdə linç qurulub. Anasından söyüş əmən kim, atasından təhqirlə əkilən kim… Düşüblər öz söz azadlığı haqqından istifadə edən bu iki nəfərin üstünə. Niyə? Ona görə ki, plintusaşırı səviyyəlilərin, populizmin avanqardında gedənlərin beyni dərinə enə, dünya miqyasında düşünə, məsələn, Bakıda keçirilən urbanizasiya forumunun məramı, qayəsi boyda fikirləşə bilmir. Onlar yalnız bəzi belə
bəsit mövzularda fəal ola bilirlər. Qaragüruhun rəqəmsal platformaları mənəvi terror yuvasına çevirməsi isə öz işini görür. Kamal Abdulla və Günay Ağamalı tək qalır, çünki onlar kimi düşünən başqaları sosial şəbəkə naqqallarının təzyiqi altında, təhqir xofu qarşısında susmağı seçib. Nəticədə “sən Allah, xətası məndən uzaq!” yanaşması üstün gəlir. Təkrar edirəm: -bu gün Azərbaycan Dünya Şəhərsalma Forumunu qəbul edir.
-Bu gün Bakı BMT-nin Baş Qərargahı, Dünyanın paytaxtıdır.
Necə deyərlər, bütün yollar bizə gətirib çıxarır. Yer Kürəsi nəhəng məsələləri Bakı Olimpiya stadionunda-WUF13-də müzakirə edir. Bizdə Sosial Şəbəkələrdə isə bir bölük, bir ovuc həpənd uşaq pulu məsələsi və qadının ailə başçısı tək bəzi təbii səlahiyyətlərini dartışır: tərbiyəsiz və həyasız şəkildə. Ən bəsit, populist, plintusaşırı səviyyədə. Söyüş və təhqirin, təhdid və təzyiqin müşayiəti ilə.
Amma niyə?
Amma nədən?
Axı rəqəmsal platformaları bizə durmadan azad söz piştaxtası, fikir sərbəstliyi meydanı tək təqdim ediblər. Onda niyə Kamal Abdullanın-nəhəng Azərbaycan mütəfəkkirinin sözünün hülqumuna ayaq basırlar? Niyə Günay Ağamalının-ananın, qadının, millət vəkilinin səsini boğmağa, dediyinə peşiman etməyə çalışırlar? Üzümü şəbəkə naqqallarına tuturam:
-Bura baxın, həpəndlər, əgər uşaq pulu sizə özünüzəbənzər güruh tikələri törətmək, Günay Ağamalının-Qadının, Ananın üzünə ağ olmağa qadir “canlılar” doğurmaq üçün lazımdırsa, ya aptekə gedin, ya da nisyə dəftərinə doğub-törəyin! Yaxud o pula törədəcəyiniz uşaqlar böyüyüb Kamal Abdullanı linç etməyə cumacaqsa, yaratmayın o zavallı potensial qaragüruhçu nəsli…Qoy uşaqlar sevgidən doğulsunlar, maliyyə sənədlərindən yox. Az olsunlar, amma sevgi balaları olsunlar! Doğub, törəyib, sonra da “Pulumu verin!” deyə qışqırmayın. “Bəxtiyar” olmayacaqsınız!”
Qeyd edək ki, son günlər deputat Günay Ağamalı və Xalq yazıçısı Kamal Abdullanin ailə, qadının cəmiyyətdəki rolu və “uşaq pulu” ilə bağlı səsləndirdikləri fikirlər sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Hər iki şəxsə qarşı müxtəlif tənqidi və təhqiramiz paylaşımlar edilməsi ictimai müzakirələrdə söz azadlığı və sosial şəbəkə etikası məsələsini yenidən gündəmə gətirib.
23:24 / 10 Avqust 2026
1
22:32 / 10 Avqust 2026
20
22:10 / 10 Avqust 2026
55
21:49 / 10 Avqust 2026
59
20:42 / 10 Avqust 2026
75
20:35 / 10 Avqust 2026
69
20:01 / 10 Avqust 2026
67
19:43 / 10 Avqust 2026
89
19:36 / 10 Avqust 2026
158
19:05 / 10 Avqust 2026
81
18:56 / 10 Avqust 2026
83
18:24 / 10 Avqust 2026
90
17:59 / 10 Avqust 2026
83
17:40 / 10 Avqust 2026
100
17:15 / 10 Avqust 2026
97
16:59 / 10 Avqust 2026
88
16:45 / 10 Avqust 2026
91
16:33 / 10 Avqust 2026
120
16:30 / 10 Avqust 2026
111
16:08 / 10 Avqust 2026
99
15:54 / 10 Avqust 2026
96
15:37 / 10 Avqust 2026
102
15:33 / 10 Avqust 2026
93
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.