Qaynar xətt:

(+99450) 247 90 86

Azərbaycanda bu şəxslərin İŞ SAATI AZALDILIR? - AÇIQLAMA

Azərbaycanda bu şəxslərin İŞ SAATI AZALDILIR? - AÇIQLAMA

CƏMİYYƏT

654

21.05.2026, 23:28

Tək ailə başçısı olan, həyat yoldaşını itirmiş qadınların sosial vəziyyəti və gündəlik çətinlikləri ilə bağlı Musavat.com-a müraciətlər daxil olub. “Övladlarımın 3 yaşı olanda həyat yoldaşımı itirmişəm. Uşaqlarımı çox əziyyətlə böyüdürəm, işdə oluram, anam da şəkər xəstəsidir, onlara vaxt ayıra bilmirəm. Xahiş edirəm, bizə iş saatı ilə bağlı güzəşt edilsin”.

 

Bunu Aynur Əliyeva adlı paytaxt sakini redaksiyamıza ünvanlandığı məktubda yazıb. Digər müraciətdə də qeyd edilir ki, əksər hallarda seçimdən deyil, məcburiyyətdən çalışırlar. Həm ailənin maddi yükünü daşıyır, həm də övladlarını təkbaşına böyütməyə çalışırlar. Lakin standart 8 saatlıq iş rejimi onlar üçün ciddi çətinliklər yaradır. Azyaşlı uşaqlara kifayət qədər vaxt ayıra bilməmək, onları məktəbə tək göndərmək məcburiyyəti, uşaqların günün böyük hissəsini evdə nəzarətsiz keçirməsi analar üçün həm psixoloji, həm də praktiki baxımdan ağır yükə çevrilir.

 

Burada tək ailə başçısı olan qadınlar üçün iş saatlarında müəyyən güzəştlərin tətbiqinin zəruriliyi ortaya çıxır.  Misal üçün, çevik iş qrafiki, qısaldılmış iş saatı və ya xüsusi əmək güzəştləri kimi mexanizmlər onların həm işləməsinə, həm də övladlarına daha yaxşı qayğı göstərməsinə dəstək ola bilər. 

 

Bəs bu istiqamətdə Milli Məclisdə və ya aidiyyəti qurumlarda hər hansı müzakirə və ya qanunvericilik təşəbbüsü nəzərdə tutulurmu? Tək ailə başçısı olan qadınlara iş rejimi ilə bağlı güzəştlərin tətbiqi məsələsinə baxılması mümkündürmü?

 

Oxu24.com  xəbər verir ki, məsələ ilə bağlı iqtisadçı millət vəkili Vüqar Bayramov Musavat.com-a fikrini bölüşüb: “Ümumiyyətlə, sosial baxımdan güzəştlər müəyyənləşdirilən zaman keyfiyyət meyarlarının nəzərə alınmasını təklif edirik. Nəticə etibarilə, bu meyarların əsas götürülməsi həm tək qadınlar üçün güzəştlərin dairəsinin genişlənməsinə, həm də onların daha yaxından dəstəklənməsi siyasətinin gücləndirilməsinə imkan yaradır.

 

Eyni zamanda iş rejimi məsələsi də nəzərə alınmalıdır. Burada həm dövlət, həm də özəl sektor mövcuddur. Özəl sektor üçün güzəştlərin tətbiqi və ya daha qısaldılmış iş rejiminin tətbiqi tövsiyə olunur”.

 

Deputat əlavə edib ki, dövlət sektorunda isə xüsusilə tək qadınlar, himayəsində azyaşlı uşağı olan qadınlar və övladını tək böyüdən analarla bağlı güzəştlərin müəyyənləşdirilməsi məsələsinə baxıla bilər: “Burada əsas məqsəd həmin vətəndaşların sosial təminatının genişləndirilməsi və sosial rifahının daha da artırılmasının reallaşdırılmasıdır. Bu kontekstdə güzəştlərin tətbiqi məsələsinə baxıla bilər və hesab edirəm ki, bu istiqamətdə atılan bütün addımlar keyfiyyət meyarlarına əsaslanmalıdır. Əvvəldə qeyd etdiyimiz kimi, xüsusilə tək qadınlar, azyaşlı uşağı olan qadınlar və övladını tək böyüdən analar üçün güzəştlərin müəyyənləşdirilməsi məqsədəuyğun olar”.

Etibarnamə ilə alınan torpaq sahəsinə çıxarış almaq mümkündürmü? – Vəkil Adil Piriyev hüquqi məqamları izah etdi  

22:29 / 21 İyul 2026

CƏMİYYƏT CƏMİYYƏT

Etibarnamə ilə alınan torpaq sahəsinə çıxarış almaq mümkündürmü? – Vəkil Adil Piriyev hüquqi məqamları izah etdi  

170

0
Prezident İlham Əliyev və Federal Kansler Fridrix Merts mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB-3

22:16 / 21 İyul 2026

SİYASƏT SİYASƏT

Prezident İlham Əliyev və Federal Kansler Fridrix Merts mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB-3

161

0
Torpaq sahəsinin arxiv sənədi yoxdursa, çıxarış almaq mümkündürmü? – Vəkil Adil Piriyev açıqladı  

21:47 / 21 İyul 2026

CƏMİYYƏT CƏMİYYƏT

Torpaq sahəsinin arxiv sənədi yoxdursa, çıxarış almaq mümkündürmü? – Vəkil Adil Piriyev açıqladı  

90

0
Zaur Şükürov: Dezinformasiyaya qarşı mübarizə medianın əsas vəzifələrindəndir

21:41 / 21 İyul 2026

SİYASƏT SİYASƏT

Zaur Şükürov: Dezinformasiyaya qarşı mübarizə medianın əsas vəzifələrindəndir

184

0
Kəlbəcərdə partlayış: Yaralanan şəxs müalicədən İMTİNA ETDİ 

21:37 / 21 İyul 2026

CƏMİYYƏT CƏMİYYƏT

Kəlbəcərdə partlayış: Yaralanan şəxs müalicədən İMTİNA ETDİ 

218

0
Prezident İlham Əliyevin Almaniya səfərindən VİDEO  

21:08 / 21 İyul 2026

SİYASƏT SİYASƏT

Prezident İlham Əliyevin Almaniya səfərindən VİDEO  

156

0
Paytaxtın bu ərazilərində qaz olmayacaq

20:58 / 21 İyul 2026

CƏMİYYƏT CƏMİYYƏT

Paytaxtın bu ərazilərində qaz olmayacaq

165

0
Bu iki ölkə müharibəyə başlayır? 

20:45 / 21 İyul 2026

DÜNYA DÜNYA

Bu iki ölkə müharibəyə başlayır? 

104

0
Azərbaycan və Almaniya arasında strateji tərəfdaşlıq üzrə Birgə Bəyannamə imzalanıb - YENİLƏNİB

20:35 / 21 İyul 2026

SİYASƏT SİYASƏT

Azərbaycan və Almaniya arasında strateji tərəfdaşlıq üzrə Birgə Bəyannamə imzalanıb - YENİLƏNİB

114

0
Rusiyada yaşayan azərbaycanlılara xəbərdarlıq - Bu şəxslər ölkədən çıxarılacaq

20:24 / 21 İyul 2026

DÜNYA DÜNYA

Rusiyada yaşayan azərbaycanlılara xəbərdarlıq - Bu şəxslər ölkədən çıxarılacaq

105

0
Putinin “ölümsüzlük” planı: Gizli laboratoriyalar, maral qanı… 

20:07 / 21 İyul 2026

DÜNYA DÜNYA

Putinin “ölümsüzlük” planı: Gizli laboratoriyalar, maral qanı… 

102

0
Sertifikasiyadan keçəcək müəllimlərin sayı artdı - QƏRAR

19:55 / 21 İyul 2026

CƏMİYYƏT CƏMİYYƏT

Sertifikasiyadan keçəcək müəllimlərin sayı artdı - QƏRAR

92

0