29 iyunla bağlı XƏBƏRDARLIQ
29 İyun 2026, 00:01
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
476
19.05.2026, 11:56
Qarabağ və Şərqi Zəngəzurun yarıdan çoxu yaşıl zona olacaq — Anar Quliyev AÇIQLADI
Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirilən yenidənqurma və bərpa işləri ekoloji dayanıqlılıq prinsipləri əsasında aparılır. Ümumdünya Şəhərsalma Forumunun (WUF13) milli koordinatoru, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev bildirib ki, azad edilmiş ərazilərin yarıdan çoxu yaşıl zona olacaq.
Komitə sədri qeyd edib ki, Qarabağ və Şərqi Zəngəzurda icra olunan layihələr dayanıqlı inkişaf prinsiplərinə tam uyğundur:
“Region ərazisinin yarıdan çoxu yaşıl zona kimi müəyyən olunub. Layihələr çərçivəsində bərpaolunan enerji, ekoloji yanaşmalar və müasir urbanizasiya prinsipləri əsas prioritetlərdən biridir".
Şəhərləşmiş ərazilərdə yaşıl zonaların artırılmasının iqlimə və hava keyfiyyətinə təsirlərini Oxu24.com-a şərh edən ekoloq Rövşən Abbasov bu sahədəki mühüm nüansları diqqətə çatdırıb. Ekspert bildirib ki, yaşıl zonaların genişləndirilməsi şəhər mühiti üçün çoxşaxəli əhəmiyyətə malikdir:
“Yaşıl zonalar şəhərlərdə yaranan istilik adası effektini xeyli zəiflədir. Yaşıllıq olan ərazilərdə yayda temperatur ətraf mühitə nisbətən daha aşağı olur və torpağın sürətlə qızması dayanır.
Yaşıl ərazilər təbii "bufer" funksiyasını yerinə yetirir. Bu isə həmin zonalarda daşqınların və subasmaların baş vermə riskini minimuma endirir. Yaşıllıqlar karbon sekvestrasiyasında (karbonun udulmasında) fəal iştirak edir. Hava keyfiyyətinə böyük töhfə verərək tozu, ağır metalları və digər çirkləndiriciləri əhəmiyyətli dərəcədə azaldır”.
Onun sözlərinə görə bu zonalar sakinlər üçün ideal istirahət məkanları rolunu oynayır və birbaşa ictimai sağlamlığın qorunmasına xidmət edir.
Ekoloq paytaxt Bakıda da son dövrlər, xüsusilə mərkəzi hissələrdə yaşıl zonaların sürətlə genişləndiyini vurğulayıb. Onun sözlərinə görə, müasir şəhərsalmada tətbiq olunan “15 dəqiqəlik şəhər" prinsipinə əsasən, hər bir sakin maksimum 15 dəqiqəlik piyada məsafəsində yaxınlıqdakı parka çata bilməlidir. Bakı şəhərinin Baş planına (master planlaşdırılmasına) uyğun olaraq, yaxın gələcəkdə şəhərin hər tərəfində parkların salınması nəzərdə tutulur.
Rövşən Abbasov sonda qeyd edib ki, azad edilmiş ərazilər onsuz da zəngin yaşıllığa malik olsa da, yeni salınan şəhərlərdə ekoloji mühitin qorunması, alternativ enerjidən istifadə və hava keyfiyyətinə nəzarət ən mühüm məsələlər kimi ön plandadır.
Çimnaz Telmanqızı
00:01 / 29 İyun 2026
60
23:54 / 28 İyun 2026
108
23:48 / 28 İyun 2026
51
23:39 / 28 İyun 2026
152
23:31 / 28 İyun 2026
78
23:21 / 28 İyun 2026
307
23:19 / 28 İyun 2026
67
23:16 / 28 İyun 2026
64
23:13 / 28 İyun 2026
57
23:09 / 28 İyun 2026
431
21:35 / 28 İyun 2026
71
20:57 / 28 İyun 2026
87
20:19 / 28 İyun 2026
228
19:49 / 28 İyun 2026
104
19:28 / 28 İyun 2026
243
19:00 / 28 İyun 2026
211
18:30 / 28 İyun 2026
296
18:15 / 28 İyun 2026
219
18:00 / 28 İyun 2026
208
13:31 / 28 İyun 2026
190
13:24 / 28 İyun 2026
828
11:07 / 28 İyun 2026
463
11:05 / 28 İyun 2026
111
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.