Əhalininin nəzərinə - Noyabrın 15-dən start veriləcək
11 Noyabr 2026, 17:42
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
621
19.05.2026, 11:46
Altı illik fasilədən sonra Bakı–Tiflis dəmir yolu xətti yenidən fəaliyyətə başlayır.
Oxu24.com xəbər verir ki, artıq qatar reyslərinin gündəlik əsasda həyata keçirilməsi ilə bağlı yekun qərar verilib və 26 maydan etibarən ilk səfərlərin başlanacağı gözlənilir.
Məlumata görə, məsələ Azərbaycan Prezidenti İlham Əliyevlə Gürcüstanın Baş naziri İrakli Kobaxidze arasında keçirilən görüşlərdə əsas müzakirə mövzularından biri olub. Tərəflər Bakı–Tiflis istiqamətində sərnişin daşımalarının bərpasının iki ölkə arasında iqtisadi, humanitar və turizm əlaqələrinə ciddi töhfə verəcəyini vurğulayıblar.
Yeni qərara əsasən, qatar reysləri hər gün həyata keçiriləcək. Yəni Bakıdan Tiflisə və əks istiqamətdə gündəlik qatarlar hərəkət edəcək. Bu xəbər həm Azərbaycanda, həm də Gürcüstanda yaşayan azərbaycanlılar arasında böyük məmnunluqla qarşılanıb. Xüsusilə illərdir quru sərhədlərin bağlı qalması səbəbindən insanlar bu xəttin açılmasını səbirsizliklə gözləyirdi.
Hazırda ictimaiyyəti ən çox maraqlandıran məsələ isə biletlərin qiymətidir.
Musavat.com-un əməkdaşı bununla bağlı Azərbaycan Dəmir Yollarının mətbuat xidməti ilə əlaqə saxlayıb. Qurumdan bildirilib ki, yaxın saatlarda xüsusi press-reliz yayımlanacaq və bilet qiymətləri, hərəkət cədvəli, vaqon tipləri, eləcə də digər texniki detallar ictimaiyyətə açıqlanacaq.
Gözləntilərə görə, Bakı–Tiflis qatar xəttinin yenidən işə düşməsi regionda turizmi canlandıracaq, ailə və işgüzar səfərləri artıracaq, eyni zamanda Azərbaycan-Gürcüstan münasibətlərində yeni mərhələnin simvolik göstəricilərindən birinə çevriləcək.
17:42 / 11 Noyabr 2026
1
17:35 / 11 Noyabr 2026
36
17:16 / 11 Noyabr 2026
62
17:13 / 11 Noyabr 2026
107
17:12 / 11 Noyabr 2026
56
16:35 / 11 Noyabr 2026
92
16:07 / 11 Noyabr 2026
105
16:04 / 11 Noyabr 2026
240
16:01 / 11 Noyabr 2026
113
16:00 / 11 Noyabr 2026
90
15:50 / 11 Noyabr 2026
103
15:50 / 11 Noyabr 2026
109
15:40 / 11 Noyabr 2026
99
15:31 / 11 Noyabr 2026
685
15:27 / 11 Noyabr 2026
778
15:13 / 11 Noyabr 2026
118
15:07 / 11 Noyabr 2026
186
14:51 / 11 Noyabr 2026
133
14:43 / 11 Noyabr 2026
212
14:39 / 11 Noyabr 2026
374
14:36 / 11 Noyabr 2026
134
14:26 / 11 Noyabr 2026
5814
14:13 / 11 Noyabr 2026
966
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.