Əhalininin nəzərinə - Noyabrın 15-dən start veriləcək
11 Noyabr 2026, 17:42
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
671
18.05.2026, 19:15
Yay mövsümünün yaxınlaşması ilə hotellərlə yanaşı, rayonlarda və kurort zonalarında yerləşən kirayə bağ evlərinə də tələbat kəskin artıb. Paytaxtın səs-küyündən, qızmar istisindən uzaqlaşıb bölgələrdə dincəlmək istəyənlərin sayının çoxalması, artıq indidən kirayə bazarında qiymətləri pik həddə çatdırıb.
Bəs, yay aylarında bölgələrdə kirayə ev və bağ evlərinin qiymətlərinin bu dərəcədə kəskin artmasının əsas səbəbləri nədir?
Mövzu ilə bağlı Oxu24.com-a açıqlama verən turizm eksperti Rəhman Quliyev bildirib ki, bu artım birbaşa bazar iqtisadiyyatının qanunauyğunluqları ilə bağlıdır:
“Yay aylarında insanlar istirahət etmək, şəhərin səs-küyündən uzaqlaşmaq və tətil keçirmək üçün bölgələrə üz tuturlar. Tələbatın artması nəticəsində ev sahibləri qiymətləri qaldırırlar. Bazar iqtisadiyyatında tələb çoxaldıqda qiymətlərin artması normal haldır".
Ən çox bahalaşma hansı bölgələrdədir?
Ekspert qeyd edib ki, qiymət artımı respublikanın bütün bölgələrində eyni dərəcədə hiss olunmur. Coğrafi mövqe və təbiət xüsusiyyətləri bu sahədə həlledici rol oynayır. Xüsusilə dənizkənarı və meşəlik, dağlıq zonalar daha çox bahalaşmaya məruz qalır:
-Quba və Qusar
-Şəki və İsmayıllı
-Nabran və Lənkəran
R.Quliyevin sözlərinə görə, adıçəkilən ərazilər yay istirahəti üçün daha çox seçildiyi üçün, buradakı ev sahibləri mövsümdən maksimum qazanc əldə etməyə çalışırlar.
Bağ evlərinin kirayə dəyərinin müəyyənləşməsində təkcə mövsüm deyil, həm də təklif olunan xidmətlər və daxili şərait mühüm rol oynayır. Ekspert vurğulayıb ki, son illərdə daxili turizmdə müştərilərin tələbləri də dəyişib:
“Evlərin ümumi şəraiti, yerləşdiyi mövqe (mərkəzə və ya təbiət qoynuna yaxınlığı), həyətində hovuzun (basseyn) olması, kəsintisiz internet (Wi-Fi) təminatı və digər əlavə imkanlar qiyməti birbaşa yuxarı qaldırır”.
Onun sözlərinə görə, son illərdə ölkəmizdə turizmin ümumi inkişafı və insanların uzunmüddətli (aylıq) deyil, məhz qısamüddətli (günlük, həftəsonu) kirayələrə marağının artması da qiymətlərin yüksəlməsinə ciddi rəvac verir.
Sonda ekspert onu da əlavə edib ki, yay aylarında baha qiymətlərlə qarşılaşmamaq və büdcəyə qənaət etmək üçün vətəndaşlar erkən rezervasiya imkanlarından yararlanmalı, evləri öncədən sifariş etməlidirlər. Əks halda, mövsümün pik vaxtında – iyul və avqust aylarında boş yer tapmaq həm çətinləşir, həm də xərclər bir neçə dəfə artır.
Çimnaz Telmanqızı
17:42 / 11 Noyabr 2026
107
17:40 / 11 Noyabr 2026
61
17:35 / 11 Noyabr 2026
125
17:16 / 11 Noyabr 2026
80
17:13 / 11 Noyabr 2026
131
17:12 / 11 Noyabr 2026
82
16:35 / 11 Noyabr 2026
101
16:07 / 11 Noyabr 2026
114
16:04 / 11 Noyabr 2026
267
16:01 / 11 Noyabr 2026
116
16:00 / 11 Noyabr 2026
96
15:50 / 11 Noyabr 2026
111
15:50 / 11 Noyabr 2026
118
15:40 / 11 Noyabr 2026
102
15:31 / 11 Noyabr 2026
844
15:27 / 11 Noyabr 2026
835
15:13 / 11 Noyabr 2026
121
15:07 / 11 Noyabr 2026
197
14:51 / 11 Noyabr 2026
139
14:43 / 11 Noyabr 2026
235
14:39 / 11 Noyabr 2026
432
14:36 / 11 Noyabr 2026
146
14:26 / 11 Noyabr 2026
5833
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.