Əhalininin nəzərinə - Noyabrın 15-dən start veriləcək
11 Noyabr 2026, 17:42
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
851
18.05.2026, 17:53
Dünən paytaxt Bakıda və Abşeron yarımadasında müşahidə olunan güclü və intensiv yağışlar şəhərin infrastrukturunda növbəti dəfə ciddi fəsadlara yol açıb. Küçə və prospektlərin, tunellərin, eləcə də yaşayış massivlərinin su altında qalması böyük çətinliklər yaradıb.
Oxu24.com xəbər verir ki, mövzu ilə bağlı novator-inşaat məsələləri üzrə ekspert Muxtar Ərturan öz mülahizələrini bölüşüb və Bakıdakı sel probleminin pərdəarxası məqamlarına toxunub.
Muxtar Ərturan bildirib ki, yolların tez-tez su altında qalması şəhər planlamasında ciddi çatışmazlıqların göstəricisidir:
“Bu hadisə göstərdi ki, şəhərin inkişafı yalnız yeni binalar, geniş prospektlər və iri layihələrlə ölçülməməlidir. Şəhərin real dayanıqlılığı məhz belə hava şəraitində üzə çıxır. Milli Hidrometeorologiya Xidmətinin xəbərdarlığına görə, mayın 17-18-də Bakıda və Abşeron yarımadasında fasilələrlə yağış, bəzi yerlərdə isə qısamüddətli intensiv yağıntı gözlənilirdi. Yəni bu, tamamilə gözlənilməz hadisə deyildi. Belə bir şəraitdə şəhərin yağış sularını idarəetmə sistemi, drenaj xətləri, kollektorlar, yol maillikləri və suötürmə infrastrukturu əvvəlcədən daha ciddi risk qiymətləndirməsindən keçirilməli idi."
“Problem tikinti həcmində deyil, mühəndis infrastrukturundadır”
Ekspert qeyd edir ki, hazırda Bakı üçün əsas problem tikintinin sürəti yox, görünməyən kommunikasiya xətlərinin bərbad vəziyyətdə olmasıdır. Onun sözlərinə görə, əgər bir neçə saatlıq yağış paytaxtı iflic edirsə, deməli, şəhərsalma planlamasında relyef analizi və drenaj idarəetməsi effektiv deyil:
“Bəzi ərazilərdə tikinti sıxlığı həddindən artıq artır, torpaq səthləri bağlanır.
Yaşıllıq sahələri yetərli olmadığı üçün torpağın suyu udmaq imkanı yoxdur. Yeni binalar və yollar yağış sularının təbii axın istiqamətlərini bloklayır, nəticədə su küçələrə və tunellərə dolur”.
“Müasir şəhər yalnız gözəl fasadlardan və hündür binalardan ibarət deyil. Müasir şəhər eyni zamanda yağışa, istiyə, küləyə, selə və iqlim dəyişikliklərinə hazır olan şəhərdir. Əgər şəhər iflic vəziyyətə düşürsə, deməli, şəhərin görünən hissəsi ilə görünməyən mühəndis infrastrukturu arasında ciddi uyğunsuzluq var”, – deyə M. Ərturan vurğulayıb.
Bakı üçün çıxış yolu nədir? – Ekspertin təklifləri:
Yaşanan bu hadisənin Bakıya aydın bir mesaj verdiyini deyən ekspert, təcili addımların atılmasını zəruri hesab edir. O, paytaxtın gələcək xilası üçün konkret proqramların hazırlanmasını təklif edir:
“Bakı üçün təcili olaraq ayrıca proqram hazırlanmalıdır. Bu proqram çərçivəsində riskli küçələr, tunellər, aşağı relyefli ərazilər, köhnə kollektor xətləri və yeni yaşayış massivlərinin drenaj yükü yenidən ciddi şəkildə təhlil edilməlidir.
Bundan sonra hər bir böyük tikinti layihəsi təsdiqlənməzdən əvvəl onun yalnız nəqliyyat və parkinq planlaması deyil, yağış sularının axınına necə təsir edəcəyi də riyazi və mühəndis mülahizələrlə hesablanmalıdır”.
Ekspert Muxtar Ərturan fikirlərini bu sözlərlə yekunlaşdırıb:
“Yaşanan bu mənzərə Bakı üçün xoş olmayan, amma vacib dərsdir. Şəhər beynəlxalq forumlara ev sahibliyi edə bilər, amma eyni zamanda öz gündəlik infrastruktur imtahanından da keçməlidir. Bu hadisə göstərdi ki, Bakının gələcək inkişafında əsas prioritetlərdən biri daha çox tikinti yox, daha dayanıqlı, daha ağıllı və daha işlək şəhər infrastrukturu olmalıdır”.
Çimnaz Telmanqızı
17:42 / 11 Noyabr 2026
107
17:40 / 11 Noyabr 2026
61
17:35 / 11 Noyabr 2026
125
17:16 / 11 Noyabr 2026
80
17:13 / 11 Noyabr 2026
131
17:12 / 11 Noyabr 2026
82
16:35 / 11 Noyabr 2026
101
16:07 / 11 Noyabr 2026
114
16:04 / 11 Noyabr 2026
267
16:01 / 11 Noyabr 2026
116
16:00 / 11 Noyabr 2026
96
15:50 / 11 Noyabr 2026
111
15:50 / 11 Noyabr 2026
118
15:40 / 11 Noyabr 2026
102
15:31 / 11 Noyabr 2026
844
15:27 / 11 Noyabr 2026
835
15:13 / 11 Noyabr 2026
121
15:07 / 11 Noyabr 2026
197
14:51 / 11 Noyabr 2026
139
14:43 / 11 Noyabr 2026
235
14:39 / 11 Noyabr 2026
432
14:36 / 11 Noyabr 2026
146
14:26 / 11 Noyabr 2026
5833
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.