Qaynar xətt:

(+99450) 247 90 86

Sabah qaz olmayacaq - bu ərazilərdə... 

2025/02/05/1738750563_qaz-ol.jpg

CƏMİYYƏT

182

09.02.2026, 20:29

Tovuz rayonunda 2 975 abonentin təbii qazla təminatında məhdudiyyətlər yaranacaq.

Oxu24.com xəbər verir ki, bu barədə Şəmkir Regional Qaz İstismarı İdarəsi məlumat yayıb.

Qeyd olunub ki, məhdudiyyətin tətbiq edilməsi yeraltı qaz boru kəmərində müəyyən edilən sızmanın ləğv

edilməsi zərurətindən irəli gəlir.

Qeyd edək ki, təmir-bərpa işləri ilə əlaqədar olaraq fevralın 10-da saat 09:30-dan etibarən Əlibəyli, Hacallı, Yuxarı

Mülkülü, Aşağı Öysüzlü və Yuxarı Öysüzlü kəndlərinə təbii qazın verilişi işlər yekunlaşana qədər dayandırılacaq.