Qaynar xətt:

(+99450) 247 90 86

Bu millət vəkilləri 5 dil bilir - FOTO

2024/05/17/1715942748_1574676914.millimeclis.jpg

CƏMİYYƏT

188

06.02.2026, 20:58

Azərbaycanda parlament üzvlərinin dil bilgisi həmişə maraq doğurub. Deputatların hamısı ən azı bir xarici dildə sərbəst danışa bilirlər.

Oxu24.com  xəbər verir ki, Milli Məclisin saytında vəkillərin böyük əksəriyyətinin rus və ingilis dillərini bildiyinə dair məlumatlar yer alıb. Ərəb, fars, alman, ivrit dilini bilən deputatlar da var.

Apardığımız araşdırma zamanı məlum oldu ki, Milli Məclisin iki üzvü - Rafael Hüseynov və Razi Nurullayev dogma Azərbaycan dili də daxil olmaqla 5 dildə sərbəst danışa və yaza bilirlər.

Qeyd edək ki, 74 yaşlı Rafael Hüseynov filologiya elmləri doktoru, professordur. O, Azərbaycan, rus, ingilis, fars və tacik dillərində sərbəst danışır və yazır.

Fotoda: Rafael Hüseynov

Milli Məclisin 5 dil bilən digər üzvü isə Razi Nurullayevdir. Millət vəkili ana dili ilə yanaşı, rus, ingilis, fransız və alman dillərini də yüksək səviyyədə bilir.

Fotoda: Razi Nurullayev

Səməd Seyidov, Kamal Cəfərov, Elşən Musayev və Bəhruz Məhərrəmov isə ana dilimiz daxil olmaqla 4 dil bilirlər.Metbuat.az