Boğazı ağaran uşağa bunu etməyin! – Həkimdən vacib xəbərdarlıq
06 Avqust 2026, 15:45
Qaynar xətt:
(+99450) 247 90 86
TİBB
118
05.08.2026, 17:45
Qarında köp, qaz yığılması, sancı və diskomfort hissi insanların ən çox rastlaşdığı həzm sistemi problemlərindən biridir. Bir çoxları bu vəziyyəti sadə narahatlıq hesab etsə də, mütəxəssislər bildirirlər ki, meteorizm bəzən mədə-bağırsaq sistemində mövcud olan müxtəlif xəstəliklərin ilk əlaməti ola bilər. Buna görə də tez-tez təkrarlanan köp və qaz problemləri diqqətdən kənarda qalmamalıdır.
Mövzu ilə bağlı Oxu24.com-a danışan həkim-terapevt Elnur Seyidov bildirib ki, meteorizm dedikdə mədə-bağırsaq traktında normadan artıq qazın toplanması nəzərdə tutulur. Onun sözlərinə görə, bu qazların əmələ gəlməsi insan orqanizmi üçün tamamilə təbii fizioloji prosesdir. Problem yalnız qazın həddindən artıq yaranması və ya orqanizmdən xaric ola bilməməsi zamanı meydana çıxır.
Həkim izah edib ki, qazların bir hissəsi qida qəbulu zamanı udulan hava hesabına yaranır. İnsan yemək yeyərkən və ya maye qəbul edərkən müəyyən miqdarda hava da udur. Bu hava əsasən azot və oksigendən ibarət olur və ilk olaraq mədədə toplanır.
Elnur Seyidovun sözlərinə görə, həzm prosesi zamanı mədə turşusu ilə müxtəlif maddələr arasında gedən kimyəvi reaksiyalar nəticəsində karbon qazı əmələ gəlir. Sonrakı mərhələlərdə isə nazik və yoğun bağırsaqda həzm olunmayan qida qalıqları bakteriyalar tərəfindən parçalanır və bu proses nəticəsində hidrogen, metan, hidrogen-sulfid, karbon qazı, indol və digər qazlar yaranır.
“İnsan orqanizmində gün ərzində təxminən 20 litrədək qaz əmələ gəlir. Bu qazların böyük hissəsi gəyirmə, bağırsaq divarından sorulma, bakteriyalar tərəfindən istifadə olunma və düz bağırsaq vasitəsilə xaric edilir. Sağlam insanın bağırsaqlarında daimi olaraq müəyyən miqdarda – təxminən 200-300 millilitr qaz olur və bu, normal fizioloji hal hesab edilir”, – deyə həkim bildirib.
Mütəxəssis qeyd edib ki, meteorizmin yaranmasının əsas iki səbəbi var. Bunlardan biri qazların həddindən artıq yaranması, digəri isə onların bağırsaqlardan normal şəkildə xaric ola bilməməsidir.
Elnur Seyidov bildirib ki, meteorizmin ən geniş yayılmış səbəblərindən biri düzgün olmayan qidalanmadır.
“Gündəlik həyatda qazlı içkilərin həddindən artıq qəbulu, paxlalılar, süd məhsulları, alma, armud, bəzi meyvə və tərəvəzlər, şokolad və digər qaz əmələ gətirən qidaların çox istifadəsi bağırsaqlarda qazın artmasına səbəb ola bilər. Bu, alimentar mənşəli meteorizm adlanır”, – deyə o qeyd edib.
Həkimin sözlərinə görə, ikinci geniş yayılmış səbəb mexaniki meteorizmdir. Bu vəziyyət daha çox xroniki qəbizlik zamanı müşahidə olunur. Belə hallarda qaz bağırsaqda toplanır, normal şəkildə xaric ola bilmir və nəticədə qarında köp, ağrı və gərginlik hissi yaranır. Bağırsaq daralmaları, müxtəlif şişlər və digər mexaniki maneələr də eyni problemlərə səbəb ola bilər.
Terapevt vurğulayıb ki, ferment çatışmazlığı nəticəsində yaranan həzm pozğunluqları da meteorizmin mühüm səbəblərindəndir.
“Xroniki qastrit, pankreatit, xolesistit, enterit və digər həzm sistemi xəstəlikləri zamanı qidalar tam həzm olunmur. Nəticədə bağırsaqda qıcqırma və parçalanma prosesləri güclənir, bu isə qazın normadan artıq əmələ gəlməsinə səbəb olur”, – deyə Elnur Seyidov bildirib.
Onun sözlərinə görə, bağırsaq hərəkətlərinin pozulması nəticəsində yaranan dinamik meteorizm də kifayət qədər geniş yayılıb. Bu problem əsasən qıcıqlanmış bağırsaq sindromu, spastik kolit, bağırsaq infeksiyaları və digər funksional xəstəliklər zamanı müşahidə edilir.
Həkim əlavə edib ki, bağırsaq mikroflorasının pozulması da köp və qazın əsas səbəblərindən biridir.
“Yoğun bağırsaqda yaşayan faydalı bakteriyalarla şərti patogen mikroorqanizmlər arasında tarazlıq pozulduqda həzm prosesi dəyişir. Bu zaman qıcqırma və çürümə prosesləri güclənir, nəticədə daha çox qaz yaranır. Bu vəziyyət disbioz adlanır və müalicə tələb edir”, – deyə o bildirib.
Elnur Seyidov qeyd edib ki, meteorizm zamanı yalnız qarında köp deyil, həm də qarın ağrısı, sancılar, tez-tez qaz xaric olması, gəyirmə, bağırsaqlarda gurultu, qıcqırma hissi və ümumi diskomfort müşahidə oluna bilər. Bu əlamətlər uzun müddət davam edərsə və ya tez-tez təkrarlanarsa, mütləq həkim müayinəsi aparılmalıdır.
Həkim vurğulayıb ki, bir çox insanlar belə hallarda reklam olunan və ya tanış məsləhəti ilə qəbul edilən dərmanlardan istifadə edirlər. Lakin bu yanaşma hər zaman düzgün nəticə vermir.
“Qaz yığılması müxtəlif səbəblərdən yarana bilər. Hər xəstədə səbəb fərqlidir və buna uyğun müalicə seçilməlidir. Özbaşına dərman qəbul etmək əvəzinə problemin mənbəyini müəyyənləşdirmək lazımdır. Bəzən sadə qidalanma dəyişikliyi kifayət edir, bəzi hallarda isə ciddi həzm sistemi xəstəlikləri aşkarlanır”, – deyə terapevt bildirib.
Mütəxəssis sonda vətəndaşlara qarında uzunmüddətli köp, davamlı ağrılar, qəbizlik və ya ishal kimi əlamətlər olduqda vaxt itirmədən həkimə müraciət etməyi tövsiyə edib. Onun sözlərinə görə, erkən diaqnoz həm xəstəliyin səbəbini müəyyənləşdirməyə, həm də daha ağır fəsadların qarşısını almağa imkan verir.
18:47 / 06 Avqust 2026
1
18:45 / 06 Avqust 2026
8
18:40 / 06 Avqust 2026
27
18:34 / 06 Avqust 2026
30
18:09 / 06 Avqust 2026
21
17:55 / 06 Avqust 2026
48
17:35 / 06 Avqust 2026
37
17:15 / 06 Avqust 2026
73
16:55 / 06 Avqust 2026
70
16:40 / 06 Avqust 2026
79
16:15 / 06 Avqust 2026
99
16:15 / 06 Avqust 2026
82
15:55 / 06 Avqust 2026
74
15:53 / 06 Avqust 2026
96
15:45 / 06 Avqust 2026
106
15:30 / 06 Avqust 2026
73
15:15 / 06 Avqust 2026
89
14:59 / 06 Avqust 2026
99
14:58 / 06 Avqust 2026
83
14:45 / 06 Avqust 2026
93
14:27 / 06 Avqust 2026
114
14:17 / 06 Avqust 2026
100
14:14 / 06 Avqust 2026
95
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.