Bu vəkillər hakim təyin olundu - SİYAHI
11 Oktyabr 2026, 08:51
Qaynar xətt:
(+99450) 247 90 86
HÜQUQ
309
06.08.2026, 14:59
Son illər əmək münasibətlərində ən çox rast gəlinən problemlərdən biri işçilərin müxtəlif təzyiq və hədələrlə öz istəkləri ilə işdən çıxmağa məcbur edilməsidir. Bir çox hallarda işəgötürənlər işçiyə “ya öz ərizəni yaz, ya da səni maddə ilə işdən çıxaracağıq” deyərək seçim qarşısında qoyurlar. Hüquqşünaslar bildirirlər ki, belə hallarda işçilər hüquqlarını bilməli və qanunun onlara verdiyi müdafiə imkanlarından istifadə etməlidirlər.
Məsələ ilə bağlı hüquqşünas Mir Hüseyn Həbibli Oxu24.com-a açıqlamasında bildirib ki, Azərbaycan Respublikasının əmək qanunvericiliyi işçilərin əmək hüquqlarının qorunmasına xüsusi önəm verir və işəgötürənin istənilən vaxt, heç bir əsas olmadan işçini işdən çıxarmasına imkan vermir.
Onun sözlərinə görə, bəzi işəgötürənlər qanunvericilikdə nəzərdə tutulmuş prosedurları keçməmək üçün işçini psixoloji təzyiq altında saxlayaraq könüllü şəkildə işdən çıxmaq barədə ərizə yazmağa məcbur etməyə çalışırlar. Halbuki belə hallarda yazılan ərizə sonradan hüquqi mübahisələr zamanı mühüm əhəmiyyət daşıya bilər.
Hüquqşünas qeyd edib ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsində əmək müqaviləsinə işəgötürənin təşəbbüsü ilə xitam verilə bilən hallar konkret şəkildə müəyyən olunub. Bu maddəyə əsasən, işçi yalnız qanunda göstərilən əsaslar olduqda, məsələn, əmək funksiyalarını yerinə yetirmədikdə, əmək vəzifələrini kobud şəkildə pozduqda və ya digər qanuni əsaslar mövcud olduqda işdən çıxarıla bilər.
Mir Hüseyn Həbibli vurğulayıb ki, hətta bu hallarda belə, işəgötürən həmin pozuntunu sübut etməli, qanunvericilikdə nəzərdə tutulan prosedurlara tam əməl etməli və qəbul etdiyi qərarın hüquqi əsaslarını ortaya qoymalıdır. Sadəcə şifahi ittiham və ya rəhbərliyin narazılığı işçinin işdən çıxarılması üçün kifayət etmir.
Onun sözlərinə görə, əmək intizamının pozulması barədə qərar verilərkən həmin hərəkətin müəssisənin normal fəaliyyətinə, digər işçilərin hüquqlarına və ya istehsalat prosesinə real təsir göstərməsi də nəzərə alınmalıdır. Əks halda işçinin işdən çıxarılması qanunsuz hesab oluna bilər.
Hüquqşünas bildirib ki, praktikada işəgötürənlərin belə pozuntuları məhkəmədə sübut etməsi heç də asan olmur. Buna görə də bəzi hallarda onlar qanuni prosedur əvəzinə işçini ərizə yazmağa razı salmağa və ya müxtəlif hədələrlə buna məcbur etməyə çalışırlar.
Mir Hüseyn Həbibli qeyd edib ki, əgər işçi belə təzyiqlə üzləşirsə, tələsmədən hüquqi məsləhət almalı, mümkün sübutları toplamalı və hüquqlarının pozulduğunu hesab edirsə, qanunla müəyyən olunmuş müddətlər ərzində məhkəməyə müraciət etməlidir.
Onun sözlərinə görə, məhkəmə işçinin qanunsuz şəkildə işdən çıxarıldığını müəyyən edərsə, işçinin əvvəlki iş yerinə bərpası, məcburi işburaxma dövrü üçün əməkhaqqının ödənilməsi və digər hüquqlarının təmin olunması barədə qərar qəbul edilə bilər.
Hüquqşünas əlavə edib ki, əmək münasibətlərində işçilərin hüquqları qanunla qorunur və heç bir işəgötürən qanunvericilikdə nəzərdə tutulmayan üsullarla işçini işdən çıxmağa məcbur edə bilməz. Bu səbəbdən də vətəndaşlara tövsiyə olunur ki, belə hallarla qarşılaşdıqda hüquqi yardım almaqdan çəkinməsinlər və hüquqlarını qanuni yollarla müdafiə etsinlər.
03:05 / 13 Oktyabr 2026
36
01:20 / 13 Oktyabr 2026
102
00:44 / 13 Oktyabr 2026
686
00:38 / 13 Oktyabr 2026
174
00:35 / 13 Oktyabr 2026
507
00:33 / 13 Oktyabr 2026
120
00:13 / 13 Oktyabr 2026
146
00:08 / 13 Oktyabr 2026
286
00:07 / 13 Oktyabr 2026
213
00:05 / 13 Oktyabr 2026
160
23:56 / 12 Oktyabr 2026
112
23:49 / 12 Oktyabr 2026
207
23:46 / 12 Oktyabr 2026
988
23:32 / 12 Oktyabr 2026
145
23:25 / 12 Oktyabr 2026
122
23:17 / 12 Oktyabr 2026
163
23:16 / 12 Oktyabr 2026
125
23:14 / 12 Oktyabr 2026
219
23:04 / 12 Oktyabr 2026
99
23:04 / 12 Oktyabr 2026
1319
23:01 / 12 Oktyabr 2026
151
22:54 / 12 Oktyabr 2026
148
22:43 / 12 Oktyabr 2026
157
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.