Sevgi və pul – Üç BÜRC üçündür
03 Noyabr 2026, 03:05
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
285
06.08.2026, 12:58
Son dövrlər bank olmayan kredit təşkilatlarının (BOKT) və kollektor şirkətlərinin borclu şəxslərə qarşı qanunsuz üsullardan istifadə etməsi halları geniş yayılıb. Xüsusilə də bu qurumların əməkdaşları borclunun özü ilə yanaşı, onun ailə üzvlərinə və yaxınlarına zəng edərək onları psixoloji təzyiq altında saxlayırlar. Bəzi hallarda vətəndaşlara iş yerlərinə gələcəkləri, evlərinə polis əməkdaşları ilə gedəcəkləri və ya onları cinayət məsuliyyətinə cəlb etdirəcəkləri ilə bağlı hədə-qorxu gəlinir. Bu cür psixoloji təsir və hədə xarakterli davranışlar vətəndaşlar arasında haqlı təşviş və narahatlığa səbəb olur. Lakin mövcud qanunvericilik borcun tələb edilməsi prosesində bu kimi qanunsuz vasitələrə əl atılmasını qəti şəkildə qadağan edir. Məsələnin hüquqi tərəflərini və vətəndaşların öz hüquqlarını necə müdafiə etməli olduqlarını öyrənmək üçün mütəxəssis rəyinə müraciət etdik.
Oxu24.com xəbər verir ki, nə BOKT əməkdaşlarının, ne də kollektor şirkətlərinin vətəndaşlara bu formada təzyiq göstərmək səlahiyyəti yoxdur.
Qanunvericilik banklara, BOKT-lara və ya kollektorlara belə bir səlahiyyət verməyib. Borcun məcburi qaydada icrası, icra hərəkətlərinin həyata keçirilməsi və qanunda nəzərdə tutulmuş digər məcburetmə tədbirlərinin tətbiqi yalnız qanuni qüvvəyə minmiş məhkəmə qərarı və ya icra sənədi əsasında, müvafiq icra məmuru tərəfindən həyata keçirilə bilər.
Bu səlahiyyətlər müstəsna olaraq müvafiq icra hakimiyyəti organına məxsusdur. Heç bir özəl qurum və ya kollektor bu səlahiyyətləri mənimsəyə bilməz. Əgər siz də kredit borcunuzla bağlı qanunsuz təzyiq, hədə-qorxu və psixoloji təsirə məruz qalırsınızsa, hüquqlarınızı müdafiə etmək üçün peşəkar vəkillərə müraciət edə bilərsiniz.
02:30 / 03 Noyabr 2026
18
01:55 / 03 Noyabr 2026
72
00:25 / 03 Noyabr 2026
119
00:20 / 03 Noyabr 2026
215
00:15 / 03 Noyabr 2026
159
00:15 / 03 Noyabr 2026
106
00:06 / 03 Noyabr 2026
203
23:44 / 02 Noyabr 2026
189
23:39 / 02 Noyabr 2026
108
23:38 / 02 Noyabr 2026
93
23:37 / 02 Noyabr 2026
133
23:32 / 02 Noyabr 2026
108
23:28 / 02 Noyabr 2026
107
23:24 / 02 Noyabr 2026
186
23:19 / 02 Noyabr 2026
137
23:12 / 02 Noyabr 2026
111
23:05 / 02 Noyabr 2026
129
23:05 / 02 Noyabr 2026
121
22:55 / 02 Noyabr 2026
406
22:48 / 02 Noyabr 2026
337
22:44 / 02 Noyabr 2026
103
22:27 / 02 Noyabr 2026
137
22:25 / 02 Noyabr 2026
115
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.