Prezident Ukrayna ilə bağlı QANUNU İMZALADI
12 Oktyabr 2026, 23:16
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
269
06.08.2026, 12:26
Avqustun 6-da Bakı Apellyasiya Məhkəməsində Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə və digər çoxsaylı cinayətlərə görə Bakı Hərbi Məhkəməsi tərəfindən barələrində ittiham hökmü çıxarılmış Ermənistan Respublikası vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin apellyasiya şikayətləri üzrə açıq məhkəmə iclası davam etdirilib.
Bakı Apellyasiya Məhkəməsinin hakimləri Elmar Rəhimovun sədrliyi, Emin Mehdiyev və Mehriban Qarayevanın (ehtiyat hakim Əli Məmmədov) iştirakı ilə keçirilən məhkəmə iclasında barələrində cinayət işi üzrə apellyasiya icraatı aparılan şəxslərin hər biri bildikləri dillərdə - erməni və rus dillərində tərcüməçi, habelə müdafiələrinin təmin olunması məqsədilə vəkillərlə təmin edilib.
Məhkəmə iclasında zərərçəkmiş şəxslərin nümayəndələri, dövlət ittihamını müdafiə edən prokurorlar - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şöbə rəisi Abbas Abbaslı, həmin idarənin şöbə prokurorları Anar Ələkbərov və Sevinc Qasımova iştirak ediblər.
İclasa Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının nümayəndələri müşahidəçi qismində qatılıblar.
Məhkəmədə təqsirləndirilən şəxslərin apellyasiya şikayətləri üzrə məhkəmə qərarı elan olunub.
Məhkəmə qərarında bildirilib ki, Harutyunyan Arayik Vladimiri, Sahakyan Bako Sahaki, Babayan Davit Klimin, Mnatsakanyan Levon Henrixi, Qukasyan (Ğukasyan) Arkadi Arşaviri, Manukyan David Azati, İşxanyan Davit Rubeni, Babayan Madat Arakeli, Paşayan Melikset Vladimiri, Martirosyan Qarik Qriqori, Qazaryan Erik Roberti, Beqlaryan Vasili İvani, Balayan Levon Romiki, Allahverdiyan Davit Nelsoni və Stepanyan Qurqen Homerosinin barələrində olan cinayət işi üzrə Bakı Hərbi Məhkəməsinin 2026-cı il 5 fevral tarixli hökmü verilmiş apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Xatırladaq ki, Bakı Hərbi Məhkəməsinin 2026-cı il 5 fevral tarixli hökmünə əsasən, Arayik Harutyunyan, Levon Mnatsakanyan, David Manukyan, Davit İşxanyan və David Babayan ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum ediliblər. Arkadi Qukasyan və Bako Sahakyan 20 il, Madat Babayan və Melikset Paşayan 19 il, Qarik Martirosyan 18 il, Davit Allahverdiyan və Levon Balayan 16 il, Vasili Beqlaryan, Qurgen Stepanyan və Erik Qazaryan isə 15 il müddətinə azadlıqdan məhrum ediliblər.
03:05 / 13 Oktyabr 2026
534
01:20 / 13 Oktyabr 2026
141
00:44 / 13 Oktyabr 2026
1392
00:38 / 13 Oktyabr 2026
220
00:35 / 13 Oktyabr 2026
1035
00:33 / 13 Oktyabr 2026
161
00:13 / 13 Oktyabr 2026
194
00:08 / 13 Oktyabr 2026
430
00:07 / 13 Oktyabr 2026
278
00:05 / 13 Oktyabr 2026
218
23:56 / 12 Oktyabr 2026
124
23:49 / 12 Oktyabr 2026
259
23:46 / 12 Oktyabr 2026
1160
23:32 / 12 Oktyabr 2026
159
23:25 / 12 Oktyabr 2026
140
23:17 / 12 Oktyabr 2026
359
23:16 / 12 Oktyabr 2026
151
23:14 / 12 Oktyabr 2026
265
23:04 / 12 Oktyabr 2026
107
23:04 / 12 Oktyabr 2026
1471
23:01 / 12 Oktyabr 2026
164
22:54 / 12 Oktyabr 2026
162
22:43 / 12 Oktyabr 2026
173
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.