İşləyən şəxslərə vacib xəbər: Bu halda kompensasiya alacaqsınız
30 Avqust 2026, 15:29
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
437
06.08.2026, 11:11
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi valideynlərindən birinin "məcburi köçkün" statusu olmayan şəxslərə vahid aylıq müavinətin təyin edilməməsinin səbəbini açıqlayıb.
Komitədən Oxu24.com-a verilən məlumata görə, vahid aylıq müavinət - işğal nəticəsində doğma torpaqlarından, daşınmaz əmlakından və vərdiş etdiyi təsərrüfat-məişət şəraitindən məhrum olmuş şəxslərə dövlətin fərdi dəstək mexanizmidir və hazırda onun təyin edilməsi ayrıca normativ-hüquqi aktla tənzimlənir.
Məlumatda bildirilib ki, bu, Nazirlər Kabinetinin 24 yanvar 2017-ci il tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş "Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə vahid aylıq müavinətin ödənilməsi Qaydası"dır.
"QaçqınKom" xatırladıb ki, vahid aylıq müavinət "məcburi köçkün" statusu (vəsiqəsi) olanların heç də hamısına təyin edilmir:
"Məcburi köçkün statusu olan, lakin vahid aylıq müavinətin şamil edilmədiyi şəxslər mövcud Qaydanın 2-ci bəndinə əsasən müəyyənləşdirilir. Həmin Qaydanın 2.6-cı bəndinə əsasən, valideynlərdən biri "məcburi köçkün" statusuna malik olmayan şəxslərə vahid aylıq müavinət verilmir.
Bu məsələyə hüquqi məntiq və sosial ədalət prinsiplərindən yanaşdıqda qeyd etməliyik ki, ailədə valideynlərdən biri məcburi köçkün statusuna malik olmadıqda, həmin ailə tam mənada mənzil-məişət və torpaq resurslarından məhrum olmuş sayılmır. Yerli (məcburi köçkün olmayan) valideynin daşınmaz əmlak, mənzil, mülkiyyət və digər sosial-iqtisadi təminatlara çıxışı olduğundan, bu cür ailələr kütləvi humanitar risk qrupundan fərqləndirilir. Büdcə vəsaitlərinin həqiqi ehtiyacı olan, hər iki valideyni də köçkün statusu daşıyan və tamamilə dövlət qayğısına söykənən ailələrə yönəldilməsi sosial ədalət və ünvanlılıq prinsipinin tələbidir".
Eyni zamanda, Dövlət Komitəsinin məlumatıbna görə, ötən dövr ərzində Ədliyyə Nazirliyinin Vətəndaşlıq Vəziyyəti Aktlarının Dövlət Qeydiyyatı (ƏHALİ) bazası ilə Dövlət Sosial Müdafiə Fondu və Dövlət Komitəsinin məlumat bazaları tam elektron inteqrasiya olunmamışdı. Qaydanın 2.6-cı bəndinə aid hal seçmə və manual (fərdi) yoxlamalarda gözdən yayınırdı. Son dövrdə dövlət informasiya ehtiyatlarının çarpaz inteqrasiyası (e-dövlət) nəticəsində əsassız ödənişlər avtomatik aşkarlanaraq dayandırılır:
"Dövlət büdcəsinin qorunması prinsiplərinə uyğun olaraq, müvafiq maddələr üzrə təyinatdan kənarlaşma olmaması məqsədilə monitorinqlər zamanı qanunvericiliklə müəyyən edilmiş şərtləri ödəməyən - adına daşınmaz əmlak sahəsi (ev, mənzil) alan, VÖEN (vergiödəyicisinin eyniləşdirmə nömrəsi) əldə edərək sahibkarlıq fəaliyyəti ilə məşğul olan, nikah qeydi ilə statusu dəyişən, eləcə də təqvim ili ərzində müxtəlif dövrlərdə xaricdə ümumilikdə 182 gündən artıq yaşayan şəxslərə dövlət vəsaitinin ayrılması hüquqi baxımdan mümkün deyil.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sosial ödənişlərlə bağlı məsələlərin vətəndaşlar üçün həssas xarakter daşıdığını daim nəzərə alır. Bununla yanaşı, dövlət orqanları qanunvericiliklə müəyyən edilmiş səlahiyyətlər çərçivəsində fəaliyyət göstərir və dövlət büdcəsi hesabına həyata keçirilən bütün sosial ödənişlərin təyin edilməsində qüvvədə olan hüquqi normaların mütləq tətbiqini təmin edirlər".
15:29 / 30 Avqust 2026
13
15:15 / 30 Avqust 2026
32
15:14 / 30 Avqust 2026
30
15:09 / 30 Avqust 2026
97
15:02 / 30 Avqust 2026
48
14:55 / 30 Avqust 2026
48
14:39 / 30 Avqust 2026
257
14:28 / 30 Avqust 2026
106
14:24 / 30 Avqust 2026
60
13:40 / 30 Avqust 2026
71
13:15 / 30 Avqust 2026
214
12:39 / 30 Avqust 2026
383
12:35 / 30 Avqust 2026
91
12:26 / 30 Avqust 2026
90
12:08 / 30 Avqust 2026
668
11:57 / 30 Avqust 2026
83
11:53 / 30 Avqust 2026
749
11:06 / 30 Avqust 2026
92
11:05 / 30 Avqust 2026
69
11:04 / 30 Avqust 2026
112
01:42 / 30 Avqust 2026
330
01:20 / 30 Avqust 2026
422
23:39 / 29 Avqust 2026
237
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.