Kəmaləddin Heydərov yeni sənəd İMZALADI
05 Noyabr 2026, 01:05
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
298
06.08.2026, 18:34
Ramidə Allahverdiyeva yazır:
Ötən gün hörmətli Rəşad Məcidin paylaşdığı olduqca düşündürücü yazını hamımız oxuduq. Əlbəttə, hərə öz qabına uyğun, dərrakəsinin anladığı, ağlının həzm etdiyi kimi qəbul etdi. Bunu, yazıya verilən reaksiyalardan da aydın şəkildə gördük. Əslində, Rəşad müəllim bir el məsəlində deyildiyi kimi:"Quşu gözündən vurmuşdu".
Zənnimcə başlığa çıxarılmış "Beyin çürüməsi" adı da elə məhz həmin insanlara şamil edilir.
Müəllif bu yazı ilə cəmiyyətə siqnal ötürür, xəbərdarlıq edir. Yəni, hazırki zamanda bir evin içində bir-birilərindən xəbəri olmayan, neynir, nəylə məşğuldur bilməyən nə qədər ailələr var. Və yaxud da, eyni evdə canlı açıb, millətin beyninə oturan, bəzi zümrələri idarə etməyə çalışan, müəyyən qədər də buna nail olan məxluqlara rast gəlirik. Onlar dəvətsiz, istədikləri vaxt evimizə, həyatımıza rahat şəkildə daxil ola bilirlər.
Rəşad müəllimin də bizlərə demək istədiyi odur ki, əgər, onlar, ziyalı insanlara da təsir etmək gücünə malikdirsə, bu, insanları uçuruma aparır. Müəllif öz anasını misal çəkməklə də reallığı izah etməklə yanaşı, həm də bir SOS siqnalı çəkmək istəyib.
Bəs cəmiyyət buna nə reaksiya verir? Əksinə, sosial şəbəkələrin faciədən daha çox bizləri inkişafa apardığını, hətta, birazdan insan əməyinə belə ehtiyac olmayacağını misal çəkirlər. O zaman nə baş verəcək? Bax, bu sualın cavabı gələcək həyatımızı əks etdirəcək.
Ekranlardan qaraqışqırıq edib, cəmiyyəti ucuz şoulara sürükləyən Zaur kimiləri isə Rəşad Məcidləri haqsız çıxararaq qınayır. Çünki onlara millətin inkişafı, beyin məhsulu, diri səmimiyyəti yox, "Dəymön, Cavahirin oğludur" kimi kluşitr "mühəndisləri" lazımdır.
Millət olaraq nə qədər ki, ucuz reklamlara, şoulara, Tik-Tok qaraqışqırığına, ədəbsiz dialoqlara əl çalacağıq, bir o qədər də münasibətimiz, yanaşma tərzimiz bu səviyyədə olacaq. Müğənni Rəqsanənin həbsdə bir ay ərzində 300 kitab oxumasını müsbət qarşılayan, qəhrəman səviyyəsinə qaldıranlar, Rəşad Məcidin "Beyin çürüməsi" nə ağız büzürlər.
Demək ki, çox şeylərdə gecikmişik. Ya, daha gecdir, xeyiri yoxdur, ya da nə qədər ki, gec deyil, bir çarə tapılmalıdıra çalışmalıyıq.
00:23 / 05 Noyabr 2026
36
00:18 / 05 Noyabr 2026
51
00:16 / 05 Noyabr 2026
110
23:48 / 04 Noyabr 2026
115
23:44 / 04 Noyabr 2026
83
23:40 / 04 Noyabr 2026
81
23:35 / 04 Noyabr 2026
81
23:33 / 04 Noyabr 2026
73
23:30 / 04 Noyabr 2026
97
23:26 / 04 Noyabr 2026
62
23:22 / 04 Noyabr 2026
94
23:17 / 04 Noyabr 2026
113
23:14 / 04 Noyabr 2026
71
23:12 / 04 Noyabr 2026
76
23:04 / 04 Noyabr 2026
107
22:59 / 04 Noyabr 2026
147
22:51 / 04 Noyabr 2026
97
22:38 / 04 Noyabr 2026
100
22:34 / 04 Noyabr 2026
118
22:26 / 04 Noyabr 2026
104
22:22 / 04 Noyabr 2026
113
22:16 / 04 Noyabr 2026
2535
22:14 / 04 Noyabr 2026
139
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.