Azərbaycanda Dövlət Bayrağı Günüdür
09 Noyabr 2026, 08:25
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
4498
06.08.2026, 18:47
2026-cı ilin ilk yarısında dövlət büdcəsinin sosial xərclərinin artması maaş, pensiya və sosial müavinətlərlə bağlı gözləntiləri yenidən aktuallaşdırıb. Sosial sahəyə ayrılan vəsaitin artırılması əhalinin rifahının yaxşılaşdırılmasına yönəlmiş siyasətin davamı kimi qiymətləndirilsə də, ilin ikinci yarısında əlavə artımların olub-olmayacağı maraq doğurur. Bəs, mövcud iqtisadi şərait maaş, pensiya və sosial ödənişlərin yenidən artırılmasına imkan verirmi və bu istiqamətdə hansı amillər həlledici rol oynayır?
Oxu24.com xəbər verir ki,məsələ ilə bağlı Sonxeber.az-a açıqlama verən Milli Məclisin deputatı Vüqar Bayramov bildirib ki, bir sıra sosial ödənişlərdə artımlar qanunvericiliklə tənzimlənir.
"Belə ki, "Əmək pensiyaları haqqında" Qanuna əsasən, əmək pensiyaları hər ilin əvvəlində əvvəlki il üzrə orta aylıq əməkhaqqının artım tempinə uyğun olaraq indeksləşdirilir. Bu artım 2026-cı ilin yanvar ayında həyata keçirildi. Eyni qaydada, 2027-ci ilin yanvar ayında da 2026-cı ilin yekun göstəricilərinə əsasən əmək pensiyalarında növbəti artımlar tətbiq olunacaq. Əmək fəaliyyətini davam etdirən pensiyaçıların pensiya məbləği isə hər altı ildən bir onların topladığı pensiya kapitalı nəzərə alınmaqla yenidən hesablanır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yaydığı məlumata əsasən, əmək fəaliyyətini davam etdirən 1300 pensiyaçının pensiya məbləğində artım həyata keçirilib. Onların altı il ərzində formalaşmış pensiya kapitalının 90 faizi 72 aya bölünərək aylıq pensiya məbləğinə əlavə olunub və nəticədə pensiyaları artırılıb".
.
Deputat qeyd edib ki, təkliflərdən biri də yaşa görə sosial müavinətin artırılması ilə bağlıdır:
"Hazırda yaşa görə müavinətin məbləği 220 manatdır. Hesab edirik ki, bu məbləğə yenidən baxılması və artırılması məqsədəuyğundur. Çünki yaşa görə müavinət əmək pensiyası almaq hüququ olmayan vətəndaşlara ödənilir və yaş artdıqca onların gündəlik xərcləri də artır. Bu baxımdan müavinətin artırılması həmin şəxslərin sosial təminatının daha da gücləndirilməsinə töhfə verə bilər. Eyni zamanda, əmək fəaliyyətini davam etdirən pensiyaçılar üçün də qanunvericilikdə nəzərdə tutulmuş qaydada artımlar davam edəcək. Belə ki, 2026-cı ilin sonrakı aylarında pensiya hüququ qazanmalarından altı il tamam olan şəxslərin pensiyaları da topladıqları pensiya kapitalı əsasında yenidən hesablanacaq və artırılacaq. Digər istiqamətlər üzrə də sosial ödənişlərin artırılması ilə bağlı təkliflərimizi aidiyyəti qurumlara mütəmadi olaraq təqdim edirik".
04:25 / 09 Noyabr 2026
177
02:31 / 09 Noyabr 2026
169
01:34 / 09 Noyabr 2026
195
01:20 / 09 Noyabr 2026
362
01:10 / 09 Noyabr 2026
287
01:06 / 09 Noyabr 2026
166
00:58 / 09 Noyabr 2026
290
00:50 / 09 Noyabr 2026
202
00:29 / 09 Noyabr 2026
743
00:25 / 09 Noyabr 2026
461
00:21 / 09 Noyabr 2026
164
00:17 / 09 Noyabr 2026
139
00:12 / 09 Noyabr 2026
140
23:49 / 08 Noyabr 2026
196
23:45 / 08 Noyabr 2026
175
23:18 / 08 Noyabr 2026
1149
23:14 / 08 Noyabr 2026
182
23:09 / 08 Noyabr 2026
262
23:07 / 08 Noyabr 2026
226
22:35 / 08 Noyabr 2026
503
22:32 / 08 Noyabr 2026
420
22:16 / 08 Noyabr 2026
168
22:07 / 08 Noyabr 2026
204
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.