Azərbaycanda Dövlət Bayrağı Günüdür
09 Noyabr 2026, 08:25
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
324
06.08.2026, 18:09
Şəhərlərdə ali təhsilli əhalinin payı kəndlərdən təxminən iki dəfə çoxdur.
Oxu24.com xəbər verir ki, Azərbaycanda şəhər və kənd əhalisinin təhsil səviyyəsi arasında nəzərəçarpacaq fərqlər mövcuddur.
Rəsmi statistikaya əsasən, ölkə üzrə əhalinin 23,2 faizi ali təhsillidir. Məlumata görə, şəhər əhalisinin 29,5 faizi ali təhsilli olduğu halda, kənd yerlərində bu göstərici 15,8 faiz təşkil edir. Orta ixtisas və texniki-peşə təhsilli əhalinin payı şəhərlərdə 24,9 faiz, kəndlərdə isə 19,0 faizdir. Bununla yanaşı, ümumi tam orta təhsilli əhalinin payı kənd yerlərində daha yüksəkdir.
Belə ki, kənd əhalisinin 54,9 faizi, şəhər əhalisinin isə 41,4 faizi ümumi tam orta təhsilə malikdir. Ümumi orta təhsilli əhalinin xüsusi çəkisi şəhərlərdə 4,0 faiz, kəndlərdə 9,5 faiz təşkil edir. Statistikaya əsasən, kişilər arasında ali təhsillilərin payı şəhərlərdə 30,1 faiz, kəndlərdə isə 15,6 faizdir.
Qadınlar üzrə göstəricilərə gəlincə, şəhər yerlərində yaşayan qadınların 28,9 faizi ali təhsilli olduğu halda, kənd yerlərində bu göstərici 16,0 faiz təşkil edir. Ümumi tam orta təhsilli qadınların payı isə şəhərlərdə 41,5 faiz, kəndlərdə 54,1 faiz olub./Modern.az
04:25 / 09 Noyabr 2026
177
02:31 / 09 Noyabr 2026
169
01:34 / 09 Noyabr 2026
195
01:20 / 09 Noyabr 2026
362
01:10 / 09 Noyabr 2026
287
01:06 / 09 Noyabr 2026
166
00:58 / 09 Noyabr 2026
290
00:50 / 09 Noyabr 2026
202
00:29 / 09 Noyabr 2026
743
00:25 / 09 Noyabr 2026
461
00:21 / 09 Noyabr 2026
164
00:17 / 09 Noyabr 2026
139
00:12 / 09 Noyabr 2026
140
23:49 / 08 Noyabr 2026
196
23:45 / 08 Noyabr 2026
175
23:18 / 08 Noyabr 2026
1149
23:14 / 08 Noyabr 2026
182
23:09 / 08 Noyabr 2026
262
23:07 / 08 Noyabr 2026
226
22:35 / 08 Noyabr 2026
503
22:32 / 08 Noyabr 2026
420
22:16 / 08 Noyabr 2026
168
22:07 / 08 Noyabr 2026
204
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.