Pezeşkian Moskvaya səfər edəcək
24 Oktyabr 2026, 18:55
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
544
06.08.2026, 16:15
Prezident İlham Əliyev ölkədə ticarət dövriyyəsinin operativliyini artırmaq və gömrük prosedurlarını təkmilləşdirmək məqsədilə mühüm fərman imzalayıb. Fərmana əsasən, Nazirlər Kabineti 6 ay ərzində bir sıra malların gömrük rəsmiləşdirilməsinin sadələşdirilmiş qaydalarını hazırlayıb təsdiq etməlidir. Bu malların siyahısına media materialları, tez xarab olan məhsullar, canlı heyvanlar, radioaktiv maddələr, müdafiə və təhlükəsizlik təyinatlı yüklər, eləcə də fövqəladə hallarda zəruri olan mallar daxildir. Gözlənilən yeniliklərin logistika xərclərini azaltması, idxal-ixrac proseslərinə ciddi dinamika qazandırması və ölkədəki biznes mühitini canlandırması proqnozlaşdırılır. Xüsusilə operativ çatdırılma tələb edən məhsulların sərhəddə ləngimədən keçməsi ölkənin ərzaq təhlükəsizliyi və təchizat zəncirinin kəsintisizliyi baxımından böyük əhəmiyyət kəsb edir.
Sözügedən dəyişikliklərin iqtisadiyyata gözlənilən təsirlərini Oxu24.com-a şərh edən tanınmış iqtisadçı-ekspert Natiq Cəfərli qərarı yüksək qiymətləndirib.
İqtisadçı Natiq Cəfərli bildiriş edib ki, dövlət başçısının bu adımı özəl sektora və bazar konyukturasına birbaşa müsbət təkan verəcək:
"Əslində bu qərar çox pozitiv qərardır. İndi 6 ay müddətində hansı implementasiyanın (icranın) olacağına baxmaq lazımdır. Amma Prezidentin verdiyi bu qərar biznes mühitinin yaxşılaşdırılmasına, ölkədə rəqabətli mühitin yaradılmasına, qiymətlərin tənzimlənməsinə — yəni bir çox sahələrdə qiymət artımının qarşısının alınmasına müsbət təsir göstərməlidir”.
İqtisadçı qeyd edib ki, indi bunun necə həyata keçiriləcəyini və Nazirlər Kabinetinin icra ilə bağlı hansı qərarları qəbul edəcəyini gözləmək lazımdır:
“Ümid edək ki, Nazirlər Kabineti 6 ayı sonuna qədər gözləmədən prosesi yekunlaşdıracaq. Çünki sənəddə '6 ay müddətində' qeyd olunub.
Yəni bunu 2, 3 və ya 4 aya da etmək olar”.
Natiq Cəfərli vurğulayıb ki, Nazirlər Kabineti çalışmalıdır ki, tez bir zamanda Prezidentin bu pozitiv qərarını həyata keçirsin və bu dəyişiklik biznes mühitinə öz müsbət təsirini tezliklə göstərsin.
Çimnaz Telmanqızı
23:16 / 24 Oktyabr 2026
156
22:52 / 24 Oktyabr 2026
120
22:34 / 24 Oktyabr 2026
113
22:14 / 24 Oktyabr 2026
89
22:05 / 24 Oktyabr 2026
292
21:42 / 24 Oktyabr 2026
1888
21:28 / 24 Oktyabr 2026
96
21:12 / 24 Oktyabr 2026
95
21:07 / 24 Oktyabr 2026
95
20:52 / 24 Oktyabr 2026
93
20:34 / 24 Oktyabr 2026
98
20:31 / 24 Oktyabr 2026
968
20:12 / 24 Oktyabr 2026
105
20:05 / 24 Oktyabr 2026
108
19:55 / 24 Oktyabr 2026
100
19:40 / 24 Oktyabr 2026
99
19:09 / 24 Oktyabr 2026
136
18:55 / 24 Oktyabr 2026
94
18:40 / 24 Oktyabr 2026
111
18:27 / 24 Oktyabr 2026
104
18:20 / 24 Oktyabr 2026
446
18:13 / 24 Oktyabr 2026
681
18:07 / 24 Oktyabr 2026
93
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.