Müqavilə var, amma ev yoxdur: Dələduzlar qanundakı boşluqdan necə istifadə edirlər? — VƏKİL AÇIQLADI
28 Avqust 2026, 17:40
Qaynar xətt:
(+99450) 247 90 86
HÜQUQ
241
06.08.2026, 15:15
Son illər bir sıra müəssisə və təşkilatlarda əməkdaşların peşə hazırlığının və tutduqları vəzifəyə uyğunluğunun qiymətləndirilməsi məqsədilə attestasiyalar keçirilir. Lakin hüquqşünaslar xəbərdarlıq edirlər ki, attestasiyanın keçirilməsi və onun nəticələrinə əsasən işçilərlə bağlı qərar qəbul olunması qanunvericilikdə müəyyən edilmiş ciddi prosedurlara uyğun həyata keçirilməlidir. Əks halda, attestasiyanın nəticələri hüquqi qüvvəsini itirə və işçinin əmək hüquqlarının pozulmasına səbəb ola bilər.
Hüquqşünas Mir Hüseyn Həbibli Oxu24.com-a açıqlamasında bildirib ki, bir çox işçi attestasiyadan keçə bilmədiyi halda artıq hüquqlarını itirdiyini düşünür. Halbuki, ilk növbədə attestasiyanın qanunvericiliyin tələblərinə uyğun keçirilib-keçirilmədiyi araşdırılmalıdır.
Onun sözlərinə görə, Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən, işəgötürən attestasiyanın təşkili zamanı bir sıra mühüm prosedur qaydalarına əməl etməyə borcludur. Attestasiya təsadüfi və ya əvvəlcədən xəbərdarlıq edilmədən keçirilə bilməz.
Hüquqşünas qeyd edib ki, hər təqvim ilinin əvvəlində müəssisədə attestasiyanın keçirilməsi qaydaları və vaxtı müəyyən edilməli, bununla bağlı müvafiq sənədlər təsdiqlənməlidir. Bundan əlavə, attestasiyada iştirak edəcək işçilər keçiriləcək tarix barədə ən azı bir ay əvvəl rəsmi şəkildə məlumatlandırılmalıdırlar. Bu müddət işçinin attestasiyaya hazırlaşması və peşə biliklərini yeniləməsi üçün nəzərdə tutulub.
Mir Hüseyn Həbibli vurğulayıb ki, qanunvericilik bütün işçilərin attestasiyaya cəlb olunmasına da icazə vermir. Əmək Məcəlləsində attestasiyadan azad edilən kateqoriyalar ayrıca göstərilib.
Belə ki, eyni iş yerində bir ildən az çalışan işçilər attestasiyaya cəlb edilə bilməzlər. Həmçinin hamilə qadınlar, sosial məzuniyyətdən qayıtdıqdan sonra bir ildən az işləyən qadınlar, eyni vəzifədə beş ildən az çalışan məcburi köçkün və qaçqın statusuna malik şəxslər, 18 yaşına çatmamış əməkdaşlar, eləcə də eyni vəzifə üzrə ardıcıl üç dəfə attestasiyadan uğurla keçmiş işçilər də attestasiyadan azad olunan şəxslər sırasındadır.
Hüquqşünasın sözlərinə görə, işəgötürən bu qaydalardan hər hansı birini pozaraq attestasiya keçiribsə, həmin attestasiyanın nəticələri mübahisələndirilə bilər. Bu halda işçinin attestasiyadan keçməməsi onun avtomatik olaraq işdən çıxarılması üçün hüquqi əsas yaratmır.
Mir Hüseyn Həbibli bildirib ki, attestasiyanın qanunsuz keçirilməsi nəticəsində əmək müqaviləsinə xitam verilərsə və ya işçinin digər əmək hüquqları məhdudlaşdırılarsa, həmin şəxs qanunla müəyyən edilmiş müddətdə məhkəməyə müraciət edə bilər.
Onun sözlərinə görə, əmək mübahisələri üzrə qanunvericilik işçiyə hüquqlarının pozulduğu gündən etibarən bir ay müddətində məhkəməyə müraciət etmək imkanı verir. Bu müddət ərzində edilən müraciət əsasında məhkəmə attestasiyanın qanuniliyini, işəgötürənin prosedurlara əməl edib-etmədiyini və qəbul edilmiş qərarın əsaslı olub-olmadığını araşdırır.
Hüquqşünas qeyd edib ki, məhkəmə işçinin xeyrinə qərar qəbul edərsə, əməkdaş əvvəlki iş yerinə bərpa oluna, məcburi işburaxma dövrü üçün əməkhaqqı ödənilə və pozulmuş digər əmək hüquqları da bərpa edilə bilər.
Sonda hüquqşünas işçilərə tövsiyə edib ki, attestasiyanın nəticələri ilə razılaşmadıqları və ya prosedurun qanunsuz keçirildiyini düşündükləri hallarda məsələni hüquqi müstəvidə araşdırsınlar, qanunvericilikdə nəzərdə tutulmuş müddətləri ötürməsinlər və zərurət yarandıqda peşəkar hüquqi yardım alsınlar. Attestasiyadan keçməmək hər zaman işçinin haqsız olduğu anlamına gəlmir. Əsas məsələ prosesin qanuna uyğun keçirilməsi və işçinin hüquqlarının tam təmin olunmasıdır.
01:42 / 30 Avqust 2026
241
01:20 / 30 Avqust 2026
245
23:39 / 29 Avqust 2026
134
23:30 / 29 Avqust 2026
115
23:18 / 29 Avqust 2026
126
23:04 / 29 Avqust 2026
121
22:48 / 29 Avqust 2026
111
22:10 / 29 Avqust 2026
91
21:29 / 29 Avqust 2026
126
20:57 / 29 Avqust 2026
133
20:36 / 29 Avqust 2026
155
20:04 / 29 Avqust 2026
148
19:48 / 29 Avqust 2026
108
19:17 / 29 Avqust 2026
139
19:10 / 29 Avqust 2026
110
19:01 / 29 Avqust 2026
114
18:22 / 29 Avqust 2026
88
18:00 / 29 Avqust 2026
168
15:30 / 29 Avqust 2026
186
15:28 / 29 Avqust 2026
267
14:39 / 29 Avqust 2026
135
14:09 / 29 Avqust 2026
135
14:01 / 29 Avqust 2026
121
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.