Boğazı ağaran uşağa bunu etməyin! – Həkimdən vacib xəbərdarlıq
06 Avqust 2026, 15:45
Qaynar xətt:
(+99450) 247 90 86
TİBB
131
04.08.2026, 13:30
Təbii müalicə vasitələri arasında xüsusi yer tutan bal insan orqanizmi üçün min bir dərdin dərmanı hesab olunsa da, bəzi hallarda ciddi allergik reaksiyalara səbəb ola bilir. Xüsusilə müxtəlif allergik xəstəliklərdən əziyyət çəkən şəxslərin bal istehlak edib-edə bilməyəcəyi məsələsi hər zaman aktual müzakirə mövzusudur. Mütəxəssislər bildirirlər ki, balın tərkibindəki güclü allergen maddələr səbəbindən istifadə zamanı dozaya diqqət yetirmək vacibdir. Hətta allergiyadan əziyyət çəkməyən insanlarda belə ilk dəfə bal qəbulundan sonra gözlənilməz reaksiyaların müşahidə olunması mümkündür. Bəs allergik şəxslər balı rasionlarına necə təhlükəsiz əlavə edə bilərlər və bu zaman hansı addımlar atılmalıdır?
Mövzu ilə bağlı Oxu24.com-a tanınmış fitoterapevt Füzuli Hüseynov danışıb.
Fitoterapevt bildirib ki, allergiyanın kəskin formalarında bal qəbul etmək olmaz:
"Allergiyanın kəskin mərhələsində bal istehlakı düzgün deyil. Bal özü güclü allergendir və allergik prosesləri kəskinləşdirə bilər. Hətta əvvəllər allergiyası olmayan bir insanda da qəfildən bala qarşı reaksiya yarana bilər. Lakin biz belə insanlara orqanizmi yavaş-yavaş bala öyrətmək metodunu tətbiq edirik”.
Onun sözlərinə görə, məsələn, ilk 10-15 gün ərzində balı yalnız qaşığın ucunda çox kiçik dozada qəbul etmək lazımdır. Növbəti 15-20 gün ərzində dozanı yarım çay qaşığına, daha sonrakı həftələrdə isə 1 çay qaşığına çatdırmaqla orqanizmi vərdiş etdirmək mümkündür.
Füzuli Hüseynov həmçinin allergiyaya qarşı qara zirə və bal qarışığından ibarət müalicəvi resepti də diqqətə çatdırıb:
"Orqanizm bala öyrəşdikdən sonra 1 kiloqram bala 200 qram üyüdülmüş qara zirə toxumu qataraq məcun hazırlanır. Əgər bala qarşı reaksiya tam yoxdursa, gündə 3 dəfə yeməkdən yarım saat əvvəl bu qarışıqdan 1 çay qaşığı qəbul etmək faydalıdır. Bal və qara zirənin düzgün dozada müntəzəm qəbulu allergik problemlərin aradan qaldırılmasına kömək edir”.
19:30 / 06 Avqust 2026
1
19:09 / 06 Avqust 2026
19
19:05 / 06 Avqust 2026
29
18:47 / 06 Avqust 2026
290
18:45 / 06 Avqust 2026
53
18:41 / 06 Avqust 2026
43
18:40 / 06 Avqust 2026
104
18:34 / 06 Avqust 2026
61
18:09 / 06 Avqust 2026
47
17:55 / 06 Avqust 2026
61
17:35 / 06 Avqust 2026
52
17:15 / 06 Avqust 2026
83
16:55 / 06 Avqust 2026
73
16:40 / 06 Avqust 2026
83
16:15 / 06 Avqust 2026
103
16:15 / 06 Avqust 2026
84
15:55 / 06 Avqust 2026
76
15:53 / 06 Avqust 2026
101
15:45 / 06 Avqust 2026
106
15:30 / 06 Avqust 2026
75
15:15 / 06 Avqust 2026
90
14:59 / 06 Avqust 2026
101
14:58 / 06 Avqust 2026
86
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.