Sevgi və pul – Üç BÜRC üçündür
03 Noyabr 2026, 03:05
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
259
06.08.2026, 19:09
Azərbaycan qanunvericiliyinə əsasən, nikah kişi ilə qadının ailə qurmaq məqsədilə bağladığı könüllü ittifaqıdır və burada əsas prinsip tərəflərin azad iradəsidir. Boşanmaq istəyən şəxsin iradəsinə zidd olaraq onu məcburi şəkildə nikahda saxlamaq hüquqən mümkün deyildir.
Qadınlar istənilən vaxt ərə qarşı nikahın pozulması barədə məhkəmədə iddia qaldıra bildikləri halda, kişilərin bu hüququ müəyyən hallarda məhdudlaşdırılır. Belə ki, arvadın hamiləliyi dövründə və uşağın doğulmasından sonra bir il müddətində qadının razılığı olmadan ər nikahın pozulması tələbi ilə məhkəməyə müraciət edə bilməz. Bu müstəsna hal nəzərə alınmazsa, tərəflərdən biri boşanmaqda israrlıdırsa, məhkəmə heç kimi zorla nikahda saxlamır. Yəni ailə daxilində könüllülük prinsipi pozulduqda, qarşı tərəfin istəyi ilə nikahın məcburi davam etdirilməsi qanunla yolverilməzdir.
Bu barədə məsələni Oxu24.com-a vəkil Turan Abdullazadə şərh edib.
Vəkil bildirib ki, qonşu ölkələrdə və ya başqa dövlətlərdə bu cür qaydalar ola bilər. Ama Azərbaycan Respublikasında məsələyə münasibətdə belə bir qayda yoxdur. Qadın hamiləlik dövründə və ya uşağın doğulmasından sonra bir müddət müddətində arvadın razılığı olmadan ər nikahın boşanması barədə iddia qaldıra bilməz.
T.Abdullazadə qeyd edib ki, hamiləlik məsələsinin bu tərəfinə baxsaq görərik ki, hamilə olub-olmamasından asılı olmayaraq arvad istənilən vaxt ərə qarşı nikahın pozulması barədə iddia qaldıra bilər. Ər isə yalnız arvadın hamiləliyi dövründə və uşaq bir yaşına çatana qədər bu hüquqdan istifadə edə bilməz.
“Heç kim məcburi nikahda özü istəmədən, öz iradəsilə heç bir şəkildə saxlanıla bilməz. Tərəflərdən biri israrlıdırsa, məhkəmə zorla heç kimi nikahda saxlamır və heç kimi nikahda qalmağa məcbur etmir”,- deyə o əlavə edib.
Çimnaz Telmanqızı
02:30 / 03 Noyabr 2026
18
01:55 / 03 Noyabr 2026
72
00:25 / 03 Noyabr 2026
119
00:20 / 03 Noyabr 2026
215
00:15 / 03 Noyabr 2026
159
00:15 / 03 Noyabr 2026
106
00:06 / 03 Noyabr 2026
203
23:44 / 02 Noyabr 2026
189
23:39 / 02 Noyabr 2026
108
23:38 / 02 Noyabr 2026
93
23:37 / 02 Noyabr 2026
133
23:32 / 02 Noyabr 2026
108
23:28 / 02 Noyabr 2026
107
23:24 / 02 Noyabr 2026
186
23:19 / 02 Noyabr 2026
137
23:12 / 02 Noyabr 2026
111
23:05 / 02 Noyabr 2026
129
23:05 / 02 Noyabr 2026
121
22:55 / 02 Noyabr 2026
406
22:48 / 02 Noyabr 2026
337
22:44 / 02 Noyabr 2026
103
22:27 / 02 Noyabr 2026
137
22:25 / 02 Noyabr 2026
115
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.