Gecələr qıcqırmanız olursa, belə yatın – Reflükslə bağlı MÜHÜM MƏSLƏHƏT
02 Oktyabr 2026, 21:52
Qaynar xətt:
(+99450) 247 90 86
TİBB
341
20.07.2026, 14:27
Son illər sağlam həyat tərzi və idmana marağın artması ilə yanaşı, protein tozlarından istifadə də geniş yayılıb. Bir çox insan əzələ kütləsini artırmaq, daha sürətli nəticə əldə etmək və fiziki göstəricilərini yaxşılaşdırmaq məqsədilə gündəlik qida rasionuna protein əlavələri daxil edir. Lakin mütəxəssislər xəbərdarlıq edirlər ki, protein tozu hər kəs üçün uyğun deyil və bəzi hallarda sağlamlığa ciddi zərər verə bilər.
Oxu24.com-a açıqlama verən endokrinoloq Ayşən Eldar bildirib ki, cəmiyyət arasında "nə qədər çox protein qəbul etsəm, bir o qədər sürətli əzələ yığaram" düşüncəsi formalaşıb. Halbuki insan orqanizmi bu prinsiplə işləmir və həddindən artıq protein qəbulu hər zaman faydalı nəticə vermir.
Həkimin sözlərinə görə, protein insan orqanizmi üçün vacib qida maddələrindən biri olsa da, onun funksiyası yalnız əzələ qurmaqdan ibarət deyil.
"Protein orqanizmdə hormonların, fermentlərin və toxumaların formalaşmasında iştirak edir. Eyni zamanda insulin ifrazını stimullaşdırır, maddələr mübadiləsinə təsir göstərir və böyrəklərin fəaliyyətinə əlavə yük yaradır. Buna görə də protein qəbulunun miqdarı hər bir insanın sağlamlıq vəziyyətinə uyğun müəyyən edilməlidir", – deyə endokrinoloq bildirib.
Ayşən Eldar vurğulayıb ki, sağlam böyrəklərə malik insanlarda həkim nəzarəti altında və normal miqdarda qəbul edilən protein əlavələri əksər hallarda problem yaratmır. Lakin gizli böyrək xəstəlikləri olan, insulinrezistentlikdən əziyyət çəkən və ya artıq maddələr mübadiləsi pozğunluğu yaşayan şəxslərdə vəziyyət tamamilə fərqli ola bilər.
"Əgər insanda böyrəklərin funksiyası tam sağlam deyilsə, həddindən artıq protein qəbulu onların üzərinə əlavə yük salır. Uzun müddət nəzarətsiz istifadə bəzi hallarda mövcud problemlərin daha da ağırlaşmasına səbəb ola bilər", – deyə o qeyd edib.
Mütəxəssis bildirib ki, bazarda satılan bütün protein məhsulları da eyni keyfiyyətdə olmur. Bəzi məhsulların tərkibində əlavə şəkər, süni dadlandırıcılar, müxtəlif kimyəvi qatqılar və hətta normadan artıq ağır metal qalıqları aşkarlana bilir.
"Bəzi insanlar yalnız qablaşdırmanın üzərində 'protein' yazıldığına görə həmin məhsulun tam təhlükəsiz olduğunu düşünürlər. Halbuki məhsulun tərkibini diqqətlə oxumaq lazımdır. Tərkibində lazımsız əlavələr olan məhsullar gözlənilən faydanı verməklə yanaşı, sağlamlıq üçün risk də yarada bilər", – deyə endokrinoloq bildirib.
Ayşən Eldarın sözlərinə görə, beynəlxalq endokrinoloji və idman qidalanması üzrə tövsiyələr də protein əlavələrinin fərdi şəkildə təyin edilməsini vacib hesab edir. Hər bir insanın yaşı, çəkisi, fiziki aktivliyi, əzələ kütləsi, qidalanma rejimi və yanaşı xəstəlikləri nəzərə alınmadan protein dozasını artırmaq düzgün yanaşma deyil.
"Hazırda sosial şəbəkələrdə və idman zallarında ən çox rast gəlinən səhvlərdən biri də başqasının istifadə etdiyi dozanı özünə tətbiq etməkdir. Halbuki hər insanın metabolizmi fərqlidir. Bir şəxs üçün normal hesab olunan miqdar digəri üçün artıq yük ola bilər", – deyə həkim vurğulayıb.
Endokrinoloq qeyd edib ki, bəzi insanlar aylarla hər gün protein tozu qəbul etsələr də, gözlədikləri nəticəni əldə etmirlər. Bu zaman isə dozanı artırmağa çalışırlar.
"Əgər siz uzun müddətdir protein qəbul edirsiniz, lakin nəticə əldə etmirsinizsə, bu o demək deyil ki, daha çox protein içməlisiniz. Problem çox zaman protein çatışmazlığında olmur. Burada ümumi qidalanma, məşq proqramı, hormonal balans, yuxu rejimi və maddələr mübadiləsi kimi amillər əsas rol oynayır", – deyə Ayşən Eldar bildirib.
Mütəxəssis vurğulayıb ki, xüsusilə insulinrezistentlik, şəkərli diabet, piylənmə, böyrək və qaraciyər xəstəlikləri olan şəxslər protein əlavələrini yalnız həkim məsləhəti ilə qəbul etməlidirlər.
Onun sözlərinə görə, protein tozları adi qida məhsulu kimi deyil, müəyyən hallarda əlavə qida dəstəyi kimi qiymətləndirilməlidir və onların istifadəsi fərdi tibbi yanaşma tələb edir.
Sonda endokrinoloq vətəndaşlara çağırış edərək bildirib ki, sosial şəbəkələrdə yayılan məsləhətlərə və ya dost tövsiyələrinə əsasən protein əlavələrindən istifadə etmək düzgün deyil. O, sağlam və balanslaşdırılmış qidalanmanın hər zaman əsas prioritet olduğunu, əlavə protein məhsullarının isə yalnız ehtiyac yarandıqda və mütəxəssis nəzarəti altında qəbul edilməsinin məqsədəuyğun hesab olunduğunu vurğulayıb.
Nigar
20:06 / 04 Oktyabr 2026
20
19:55 / 04 Oktyabr 2026
39
19:44 / 04 Oktyabr 2026
77
19:23 / 04 Oktyabr 2026
50
19:16 / 04 Oktyabr 2026
82
19:09 / 04 Oktyabr 2026
72
18:44 / 04 Oktyabr 2026
70
18:34 / 04 Oktyabr 2026
57
17:50 / 04 Oktyabr 2026
80
17:45 / 04 Oktyabr 2026
75
17:35 / 04 Oktyabr 2026
82
17:30 / 04 Oktyabr 2026
533
17:23 / 04 Oktyabr 2026
367
17:20 / 04 Oktyabr 2026
55
16:58 / 04 Oktyabr 2026
2565
16:56 / 04 Oktyabr 2026
326
16:55 / 04 Oktyabr 2026
229
16:53 / 04 Oktyabr 2026
254
16:51 / 04 Oktyabr 2026
93
16:49 / 04 Oktyabr 2026
81
14:30 / 04 Oktyabr 2026
110
14:04 / 04 Oktyabr 2026
148
14:00 / 04 Oktyabr 2026
104
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.