Xankəndidən ucalan tarixi müraciət şanlı Zəfərin və böyük Qələbənin rəmzidir - ŞƏRH
09 Noyabr 2026, 17:14
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
145
09.11.2026, 16:56
Cənubi Qafqaz regionunda baş verən geosiyasi proseslər və Ermənistan ilə Azərbaycan arasında sülh nizamlanması istiqamətində atılan addımlar beynəlxalq güclərin diqqət mərkəzində qalmaqda davam edir. Son olaraq Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu bildirib ki, Bakı və İrəvan arasında münasibətlərin normallaşması regionda ümumi vəziyyətin yaxşılaşmasına birbaşa töhfə verib.
Bununla yanaşı, Ermənistanın son dövrərdə Qərb institutu və dövlətləri ilə yaxınlaşma cəhdləri, eyni zamanda Azərbaycanla sülh gündəliyini irəli aparmaq istəyi Moskvanın Cənubi Qafqaz siyasətində yeni mənzərə formalaşdırır.
Qlobal geosiyasi gərginliyin artdığı bir fonda Şimali Qafqazın təhlükəsizliyi və tranzit yollarının sabitliyi Rusiya üçün həyati əhəmiyyət kəsb edir.
Xüsusilə də ənənəvi dəniz ticarət marşrutlarında yaranan risklər fonda Şərqlə Qərbi birləşdirən quru tranzit dəhlizlərinin dəyəri günbəgün artır. Bu kontekstdə Cənubi Qafqazda dayanıqlı sülhün bərqərar olunması təkcə regional oyunçuların deyil, böyük güclərin də iqtisadi və təhlükəsizlik maraqlarına cavab verir.
Regional layihələrin uğurla icrası və nəqliyyat-kommunikasiya xətlərinin açılması üçün sabitlik mühitinin qorunması əsas şərt kimi çıxış edir.
Mövzu ilə bağlı Oxu24.com-a açıqlama verən politoloq Zeynal Əmrəliyev bildirib ki, Ermənistan və Azərbaycan arasındakı münasibətlərin normallaşması ümumilikdə Cənubi Qafqazda vəziyyətin stabilləşdirilməsinə kömək edəcək addımlardır:
"Regionun hər bir ölkəsi, o cümlədən Rusiya Cənubi Qafqazda sülh və əmin-amanlığın olmasından razı olmalıdır. Çünki, Cənubi Qafqaz Rusiyaya yaxın olan regiondur və ümumi Qafqazda sakitliyin olması Rusiya Federasiyasının özünün xeyrinədir. Cənubi Qafqazda baş verəcək hansısa bir gərgin hadisə istər-istəməz Şimala da təkan verər ki, bu da Rusiya üçün arzu edilən bir vəziyyət deyil. Buna görə də düşünürəm ki, bu vəziyyət, yəni sakitliyin olması hər bir ölkəyə sərf edən bir variantdır”.
Politoloqun sözlərinə görə, həmçinin global oyunçulara da — Amerika Birləşmiş Ştatları olsun, Çin olsun, Avropa İttifaqı olsun — bölgədə sülh və sabitliyin olması sərf edən variantdır. Çünki Cənubi Qafqaz Şərq və Qərb arasında körpü rolunu oynayır və tranzit əlaqələrinin inkişafı üçün çox geniş əhəmiyyəti var.
Zeynal Əmrəliyev qeyd edib ki, dünyada son zamanlarda ənənəvi dəniz yolunun dəniz quldurları və yaxud da Yaxın Şərqdə gedən müharibələr səbəbilə (məsələn, husilərin meydana çıxması) öz əhəmiyyətini itirməsi nəticəsində quru yoluna ehtiyac yaranıb. Şərq və Qərbi birləşdirən quru yolunda əsas körpü isə Cənubi Qafqazdır və buna görə də regionun əhəmiyyəti artır. Yəni bu regionda sabitliyin olması həm region ölkələri, həm də qlobal oyunçular üçün çox əlverişli variantdır.
Son olaraq, politoloq vurğulayıb ki, Cənubi Qafqazda mühüm layihələr həyata keçirilir və Azərbaycan əlbəttə ki, bu layihələrdə aparıcı rola malikdir:
“İndi daha yeni, qlobal əhəmiyyətli layihələrin həyata keçirilməsi üçün fikir mübadilələri aparılır. Bu da iqtisadi qazanc olduğu üçün belə layihələrin reallaşmasında Cənubi Qafqazda sülhün əldə olunması və qorunması vacibdir. Hesab edirəm ki, Rusiya üçün də burada sabitliyin olması məqsədəuyğundur".
Çimnaz Telmanqızı
17:14 / 09 Noyabr 2026
9
16:53 / 09 Noyabr 2026
137
16:43 / 09 Noyabr 2026
72
16:37 / 09 Noyabr 2026
87
16:32 / 09 Noyabr 2026
64
16:28 / 09 Noyabr 2026
73
16:25 / 09 Noyabr 2026
166
16:23 / 09 Noyabr 2026
100
16:19 / 09 Noyabr 2026
113
16:06 / 09 Noyabr 2026
236
15:54 / 09 Noyabr 2026
600
15:49 / 09 Noyabr 2026
89
15:47 / 09 Noyabr 2026
216
15:45 / 09 Noyabr 2026
320
15:40 / 09 Noyabr 2026
1515
15:34 / 09 Noyabr 2026
84
15:23 / 09 Noyabr 2026
112
15:13 / 09 Noyabr 2026
129
15:05 / 09 Noyabr 2026
718
15:00 / 09 Noyabr 2026
141
14:58 / 09 Noyabr 2026
105
14:55 / 09 Noyabr 2026
137
14:42 / 09 Noyabr 2026
115
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.