Bu məktəblərlə bağlı XƏBƏRDARLIQ:Hansı qərar GÖZLƏNİLİR?
09 Noyabr 2026, 15:05
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
60
09.11.2026, 15:00
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Sərəncamı ilə Azərbaycan Respublikası ilə Serbiya Respublikası arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafında xüsusi xidmətlərinə görə Draqan Vladisavljeviç "Dostluq" ordeni ilə təltif edilib.
Oxu24.com Dragan Vladisavljeviçin bioqrafiyasını təqdim edir:
Dragan Vladisavljeviç 1962-ci il iyunun 15-də Serbiyanın Lapovo şəhərində anadan olub.
O, Mostar Hərbi Aviasiya Məktəbini bitirib, 1985-ci ildə Zadar Hərbi Aviasiya Akademiyasından pilot ixtisası üzrə məzun olub. 1996-cı ildə Belqradda Baş Qərargah Məktəbini, 2002-ci ildə isə Baş Qərargah kurslarını bitirib. 2010-cu ildə briqada generalı rütbəsi alıb.
Vladisavljeviç Serbiya Silahlı Qüvvələrinin Batajnitsa hərbi aerodromunda pilot, qırıcı eskadrilya komandirinin köməkçisi və aviasiya alayı komandirinin köməkçisi vəzifələrində çalışıb. Həmçinin Serbiya Hərbi Akademiyasının Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə fakültəsinin taktika bölməsində professor kimi fəaliyyət göstərib.
2004-cü ildə Serbiya Müdafiə Nazirliyinin Kəşfiyyat İdarəsində baş zabit, 2004-2005-ci illərdə isə Analitika və Qiymətləndirmə şöbəsinin rəhbəri olub.
2005-2009-cu illərdə Serbiyanın Türkiyədə hərbi attaşesi vəzifəsini tutub. 2009-cu ildə Serbiya Hərbi Kəşfiyyat İdarəsinin Situasiya Mərkəzinin rəhbəri vəzifəsini icra edib. Daha sonra həmin qurumun direktor müavini, 2012-2014-cü illərdə isə direktoru olub.
2014-cü ildə hərbi xidmətdən təqaüdə çıxıb.
2015-2021-ci illərdə Serbiya hökumətinin Kosovo üzrə müvəqqəti özünüidarəetmə institutları ilə danışıqlara cavabdeh şöbəsinə rəhbərlik edib.
Vladisavljeviç Serbiyanın "Hərbi kuryer" nəşrində bir neçə məqalənin müəllifidir. 2003-cü ildə ilin müəllifi seçilib. Həmçinin Hərbi Hava Qüvvələrinin zabitləri üçün tədris vəsaitləri hazırlayıb.
Dragan Vladisavljeviç 2021-ci il mayın 3-dən Serbiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiridir.
Vladisavljeviç ingilis, rus və türk dillərini bilir.
15:13 / 09 Noyabr 2026
1
15:05 / 09 Noyabr 2026
41
14:58 / 09 Noyabr 2026
47
14:55 / 09 Noyabr 2026
60
14:42 / 09 Noyabr 2026
68
14:37 / 09 Noyabr 2026
67
14:29 / 09 Noyabr 2026
182
14:22 / 09 Noyabr 2026
175
14:17 / 09 Noyabr 2026
90
14:06 / 09 Noyabr 2026
884
14:04 / 09 Noyabr 2026
112
13:44 / 09 Noyabr 2026
739
13:21 / 09 Noyabr 2026
127
13:11 / 09 Noyabr 2026
343
12:57 / 09 Noyabr 2026
1664
12:55 / 09 Noyabr 2026
123
12:40 / 09 Noyabr 2026
230
12:27 / 09 Noyabr 2026
188
12:15 / 09 Noyabr 2026
352
12:03 / 09 Noyabr 2026
1369
11:56 / 09 Noyabr 2026
137
11:56 / 09 Noyabr 2026
282
11:43 / 09 Noyabr 2026
148
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.