Şoyqu: Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması öz nəticəsini verir
09 Noyabr 2026, 15:49
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
51
09.11.2026, 16:23
İrəvanın Kremlin səbr kasasını daşırdı, noyabrın 11-dək....
Rusiya Ermənistan hakimiyyətinə qarşı təzyiqləri artırır. Moskva rəsmi İrəvandan xarici siyasət və inteqrasiya istiqamətini nəhayət müəyyənləşdirməyi tələb edir. Musavat.com runews.ru-ya xəbər verir ki, Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin bildirib ki, Ermənistanın xarici siyasət kursunu dəyişmək suveren hüququdur, lakin Moskva bu ölkənin hansı istiqamətdə hərəkət etdiyini mümkün qədər tez aydınlaşdırmaq istəyir.Kopırkin vurğulayıb ki, Ermənistan Rusiya üçün əvvəlki kimi mühüm əhəmiyyət daşıyır və iki xalq arasında münasibətlər dəyişməz dəyərə malikdir. Onun sözlərinə görə, Ermənistanın hansı inteqrasiya modelini seçməsi öz suveren hüququdur, lakin bu seçim ikitərəfli münasibətlərin xarakterinə, o cümlədən ticarət-iqtisadi əməkdaşlığın mexanizmlərinə birbaşa təsir göstərəcək.
Rusiya diplomatı Ermənistanın Avrasaiya İqtisadi İttifaqında(Aİİ) qalmasının ilk növbədə bu ölkənin öz maraqlarına uyğun olduğunu bildirib. Onun fikrincə, ittifaq üzvlüyü İrəvana ciddi iqtisadi üstünlüklər verir. Kopırkin Ermənistanın Aİİ-yə üzvlüyü dövründə əmtəə dövriyyəsinin və ölkənin ÜDM-nin artdığını xatırladıb. O, Rusiyanın hələ də Ermənistanın əsas ticarət-iqtisadi tərəfdaşlarından biri olduğunu xüsusi vurğulayıb.Kopırkin açıq şəkildə bildirib ki, Moskva İrəvanın qərarını mümkün qədər tez verməsini istəyir.
Bu açıqlamalar Rusiyanın xarici işlər nazirinin müavini Aleksandr Pankinin TASS-a müsahibəsində səsləndirdiyi daha sərt mesajlarla üst-üstə düşür. Pankin Ermənistanın KTMT ilə bağlı mövqeyini tənqid edərək МИД РФ: Армения пытается переложить ответственность за решения на ОДКБİrəvanın qəbul etdiyi qərarlara görə məsuliyyəti təşkilatın digər üzvlərinin üzərinə qoymağa çalışdığını bildirib. Rusiya XİN rəhbərinin müavini xatırladıb ki, Ermənistan KTMT-də iştirakını dondursa da və üzvlük haqlarını ödəməsə də, hələlik təşkilatın tamhüquqlu üzvü olaraq qalır. Onun sözlərinə görə, Moskva İrəvanı əməkdaşlıqdan kənarda saxlamır, təşkilat çərçivəsində hazırlanan qərarlara qoşulmaq imkanını Ermənistan üçün açıq saxlayır. Lakin Rusiya tərəfi Ermənistanın bu istiqamətdə qarşılıqlı addımlar atmadığını düşünür.
“Əksinə, yenidən qəbul edilən qərarlara görə məsuliyyəti başqalarının üzərinə qoymaq cəhdlərinin şahidi oluruq”, – deyə Pankin vurğulayıb. Rusiya rəsmisi Ermənistanın KTMT qarşısında yığılan üzvlük haqqı borcuna da toxunub. O, təşkilatın Nizamnaməsinə əsasən, üzv dövlətin yığılmış borcunu tam ödəyənədək səsvermə hüququndan məhrum edilə biləcəyini xatırladıb.
Noyabrın 11-də Moskvada keçiriləcək KTMT Kollektiv Təhlükəsizlik Şurasının sammiti də bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Pankin qarşıdakı toplantını Rusiyanın təşkilata sədrliyinin əsas yekunu və kulminasiyası adlandırıb. Onun sözlərinə görə, dövlət başçılarının təsdiqinə regional sabitliyin möhkəmləndirilməsinə və təşkilatın potensialının artırılmasına yönəlmiş geniş sənədlər paketi təqdim ediləcək. Maraqlıdır ki, Moskvanın bu mesajları Ermənistanın 2025-ci ildə Avropa İttifaqına üzvlük prosesinə başlamaq haqqında qanun qəbul etməsindən, KTMT-də iştirakını dondurmasından və təhlükəsizlik siyasətini şaxələndirmək xəttini götürməsindən sonra səslənir.
Əslində, yaranmış vəziyyət Ermənistan hakimiyyətinin qarşısında ciddi geosiyasi dilemma qoyur. İrəvan bir tərəfdən Qərblə siyasi və təhlükəsizlik əlaqələrini genişləndirməyə çalışır, digər tərəfdən isə Rusiya ilə iqtisadi münasibətlərin, Aİİ üzvlüyünün yaratdığı imkanların qorunmasında maraqlıdır.
Moskva isə artıq bu ikili siyasətin uzun müddət davam etməsini istəmir. Kopırkinin inteqrasiya istiqamətinin tezliklə müəyyənləşdirilməsi tələbi və Pankinin KTMT-də səsvermə hüququ ilə bağlı xəbərdarlığı eyni siyasi xəttin ayrı-ayrı elementləri kimi görünür.
Bununla belə, Aİİ və Aİ arasında seçim məsələsi ilə KTMT-də səsvermə hüququnun itirilməsi hüquqi baxımdan ayrı məsələlərdir. Ermənistanın KTMT-də səsvermə hüququ ilə bağlı mümkün məhdudiyyətin birbaşa səbəbi üzvlük haqlarına görə borcun ödənilməməsidir. Lakin siyasi baxımdan bu iki məsələ Moskvanın İrəvana təzyiq imkanlarının artdığını göstərir.
Görünən odur ki, Rusiya Ermənistanın seçim etməsi üçün vaxtın uzadılmasını artıq öz maraqlarına uyğun hesab etmir. Noyabrın 11-də keçiriləcək Moskva sammitində İrəvanın davranışı bu qarşıdurmanın növbəti mərhələsi baxımından mühüm siqnal ola bilər.
Musavat
16:37 / 09 Noyabr 2026
12
16:32 / 09 Noyabr 2026
23
16:28 / 09 Noyabr 2026
43
16:25 / 09 Noyabr 2026
72
16:19 / 09 Noyabr 2026
57
16:06 / 09 Noyabr 2026
130
15:54 / 09 Noyabr 2026
408
15:49 / 09 Noyabr 2026
77
15:47 / 09 Noyabr 2026
149
15:45 / 09 Noyabr 2026
186
15:40 / 09 Noyabr 2026
409
15:34 / 09 Noyabr 2026
76
15:23 / 09 Noyabr 2026
100
15:13 / 09 Noyabr 2026
116
15:05 / 09 Noyabr 2026
595
15:00 / 09 Noyabr 2026
126
14:58 / 09 Noyabr 2026
99
14:55 / 09 Noyabr 2026
122
14:42 / 09 Noyabr 2026
106
14:37 / 09 Noyabr 2026
99
14:29 / 09 Noyabr 2026
577
14:22 / 09 Noyabr 2026
262
14:17 / 09 Noyabr 2026
115
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.