Məzuniyyətlə bağlı MÜHÜM DƏYİŞİKLİK:Hansı günləri nağdlaşdırmaq mümkün olmayacaq?
09 Noyabr 2026, 15:47
Qaynar xətt:
(+99450) 247 90 86
HÜQUQ
95
09.11.2026, 16:06
İctimai yerlərdə siqaret çəkilməsi ilə bağlı tətbiq olunan məhdudiyyətlər və cərimələr vətəndaşlar arasında tez-tez müzakirə olunan məsələlərdəndir. Xüsusilə küçədə, səki kənarında və ya açıq havada siqaret çəkən şəxslərin inzibati məsuliyyətə cəlb edilib-edilməyəcəyi ilə bağlı suallar yaranır. Bəzən vətəndaşlar küçədə siqaret çəkdiklərinə görə cərimələnə biləcəklərini düşünür, bəziləri isə siqaret kötüyünü yerə atmağın ayrıca hüquqi məsuliyyət yaratdığından xəbərsiz olurlar.
Bəs qanunvericilik küçədə siqaret çəkməyi qadağan edirmi? Ümumiyyətlə, hansı ərazilərdə tütün məmulatlarından istifadəyə görə cərimə tətbiq olunur?
Oxu24.com-un məlumatına görə, məsələ ilə bağlı hüquqi yanaşmaya görə, Azərbaycanda tütün məmulatlarının istifadəsinə dair məhdudiyyətlər konkret qanunvericilik aktları ilə müəyyən edilir.
“Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” Qanunun 10-cu maddəsində tütün çəkilməsinə icazə verilməyən yerlər sadalanıb.
Bu siyahıda təhsil və səhiyyə müəssisələri, uşaq meydançaları, ictimai nəqliyyat vasitələri və dayanacaqları, eləcə də qanunla müəyyən edilmiş digər məkanlar yer alır.
Hüquqi izaha əsasən, küçədə siqaret çəkməyin özü, əgər həmin yer qanunla müəyyən edilmiş qadağan olunmuş ərazilər sırasına daxil deyilsə, inzibati xəta hesab edilmir. Başqa sözlə, şəxs adi küçədə və qanunla qadağa qoyulmayan açıq ərazidə siqaret çəkdiyinə görə cərimələnə bilməz. Belə bir halda tətbiq olunan cərimənin hansı hüquqi normaya əsaslandığı və ərazinin qanunla müəyyən edilmiş qadağalardan birinə aid olub-olmadığı araşdırılmalıdır.
Bu məsələdə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 212-ci maddəsi xüsusi əhəmiyyət daşıyır.
Məcəllənin 212.1-ci maddəsinə əsasən, tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında qanunvericiliklə qadağan edilmiş yerlərdə tütün çəkməyə görə 30 manat məbləğində cərimə nəzərdə tutulur. Yəni məsuliyyət şəxsin sadəcə siqaret çəkməsinə görə deyil, bunu qanunla qadağan edilmiş məkanda etməsinə görə yaranır.
Digər tərəfdən, vətəndaşların diqqət etməli olduğu daha bir məqam siqaret kötüklərinin ətrafa atılmasıdır. Bəzi şəxslər siqaret çəkmək üçün qadağan olunmayan yeri seçsələr də, istifadə etdikləri siqaretin kötüyünü səkiyə, yola, yaşıllıq sahəsinə və ya digər ictimai əraziyə atırlar. Halbuki bu hərəkət ayrıca inzibati məsuliyyət yarada bilər.
İnzibati Xətalar Məcəlləsinin 212.4-cü maddəsinə əsasən, tütün məmulatları tullantılarının, o cümlədən siqaret kötüklərinin ətraf mühitə atılmasına görə 300 manat məbləğində cərimə nəzərdə tutulur. Bu norma ictimai yerlərin təmizliyinin qorunmasına və ətraf mühitin tütün tullantıları ilə çirkləndirilməsinin qarşısının alınmasına xidmət edir.
Beləliklə, küçədə siqaret çəkməklə siqaret kötüyünü yerə atmaq hüquqi baxımdan fərqli əməllərdir. Birinci halda ərazi qanunla qadağan edilmiş yerlər siyahısına daxil deyilsə, siqaret çəkilməsinə görə cərimə tətbiq olunmur. İkinci halda isə siqaret kötüyünün ətraf mühitə atılması 300 manat məbləğində cəriməyə səbəb ola bilər. Vətəndaşlar cərimə ilə üzləşdikdə onun hansı maddəyə əsaslandığını öyrənməli, inzibati xəta haqqında protokol və ya qərarda göstərilən hüquqi əsasla tanış olmalıdırlar.
Turan Etibaroğlu
16:25 / 09 Noyabr 2026
1
16:23 / 09 Noyabr 2026
13
16:19 / 09 Noyabr 2026
33
15:54 / 09 Noyabr 2026
297
15:49 / 09 Noyabr 2026
71
15:47 / 09 Noyabr 2026
121
15:45 / 09 Noyabr 2026
154
15:40 / 09 Noyabr 2026
177
15:34 / 09 Noyabr 2026
73
15:23 / 09 Noyabr 2026
96
15:13 / 09 Noyabr 2026
110
15:05 / 09 Noyabr 2026
531
15:00 / 09 Noyabr 2026
123
14:58 / 09 Noyabr 2026
99
14:55 / 09 Noyabr 2026
118
14:42 / 09 Noyabr 2026
105
14:37 / 09 Noyabr 2026
98
14:29 / 09 Noyabr 2026
516
14:22 / 09 Noyabr 2026
252
14:17 / 09 Noyabr 2026
113
14:06 / 09 Noyabr 2026
1273
14:04 / 09 Noyabr 2026
136
13:44 / 09 Noyabr 2026
944
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.