Eyzenkot İsrailiya “yox” dedi
29 Noyabr 2026, 20:46
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
450
09.11.2026, 16:37
“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın son hadisələrin ardınca Azərbaycana – Qarabağa etdiyi səfər strateji yumşalma və strateji tərəfdaşlığın bərpası səfəri kimi təsnifləndirilməlidir. Bu rəsmi və işgüzar səfər həm simvolik, həm də diplomatik baxımdan müəyyən meyarlarla xarakterizə olunur”.
Oxu24.com xəbər verir ki,bu sözləri Globalinfo.az-a siyasi şərhçi Bakir Həsənbəyli deyib.
Siyasi şərhçi bildirib ki, səfərdən bir neçə həftə əvvəl Ankara və Bakı arasında məktəbli formaları və sosial şəbəkələrdəki qarşılıqlı tənqidlər səbəbindən müəyyən ictimai-siyasi gərginlik yaranmışdı:
“Bu səfər iki ölkə arasında qeyd olunan müvəqqəti anlaşılmazlıqları arxa plana keçirən və ittifaqın sarsılmaz olduğunu göstərən diplomatik böhranın idarə edilməsi addımıdır.
Səfər birbaşa 8 Noyabr – Zəfər Günü qeyd etmələri çərçivəsində, Şuşa və Xankəndidə baş tutub. Ərdoğanın regionda və dünyada baş verən geosiyasi dəyişikliklər fonunda Qarabağda İlham Əliyevlə bir araya gəlməsi regional rəqiblərə yönəlmiş strateji çəkindirmə və güc nümayişi xarakteri daşıyır. Dövlət başçılarının Şuşa qalası önündə və Xankəndidə verdikləri birgə mesajlar bu birliyin sarsılmazlığını hüquqi və mənəvi baxımdan yenidən möhürlədi. Liderlər ikitərəfli görüşdə Yaxın Şərq və İran ətrafında gərginləşən prosesləri, həmçinin TANAP-ın genişləndirilməsi və 15 milyard dollarlıq ticarət dövriyyəsi hədəfini müzakirə etdilər.
Bu səfər həm də gələcəyə yönəlmiş iqtisadi-geosiyasi inteqrasiya səfəridir. Prezident Ərdoğanın bu səfəri daxili və xarici bəzi dairələrin Azərbaycan-Türkiyə münasibətlərinin zəiflədiyi barədə tezislərini tamamilə sıfırlayan, iki ölkənin istənilən gərginlikdən daha böyük və sarsılmaz “Bir millət, iki dövlət” müttəfiqliyinə sahib olduğunu təsdiqləyən birlik və etimad manifestidir.
Rəcəb Tayyib Ərdoğan və İlham Əliyevin Qarabağdan, xüsusilə Şuşadan verdikləri mesajların kökündə iki ölkə arasındakı strateji müttəfiqliyin sarsılmazlığı, Türk dünyasının birliyi və regionda yeni geosiyasi reallıqların qəbul olunması tələbi dayanır”.
Siyasi şərhçi qeyd edib ki, liderlərin Şuşada əl-ələ tutaraq nümayiş etdirdikləri həmrəyliyin və verdikləri bəyanatların əsas fəlsəfəsini fundamental amillər təşkil edir:
“Hər iki lider kənar qüvvələrin Bakı və Ankara arasındakı münasibətlərə kölgə salmaq, yaxud nifaq toxumu səpmək cəhdlərinin əbəs olduğunu bəyan etdilər. Prezident İlham Əliyev bu birliyi iki xalqın ən böyük sərvəti kimi dəyərləndirdi. Mesajlar həm də Ermənistana və onun revanşist qüvvələrinə dəstək verən qərbli havadarlarına ünvanlanırdı.
Qarabağ zəfəri ilə regionda yaranmış status-kvonun geri dönməz olduğu, hər hansı təhdid qarşısında Türkiyənin yenə də Azərbaycanın yanında yer alacağı qətiyyətlə vurğulandı. Ərdoğanın Türkiyə-Azərbaycan əlaqələrini “sönməz məşəl” adlandırması və Qarabağdakı yenidənqurma işlərini yüksək qiymətləndirməsi iki ölkənin təkcə hərbi deyil, həm də iqtisadi və mədəni inteqrasiyasını simvolizə edir.
Qarabağda atılan ortaq addımlar bütövlükdə Türk Dövlətləri Təşkilatının güclənməsinə, regionda logistik əlaqələrin, xüsusilə Zəngəzur dəhlizi kontekstində əməkdaşlığın və siyasi bağların daha da möhkəmlənməsinə xidmət edir”.
23:52 / 29 Noyabr 2026
15
23:13 / 29 Noyabr 2026
96
22:44 / 29 Noyabr 2026
104
22:26 / 29 Noyabr 2026
123
21:43 / 29 Noyabr 2026
127
21:37 / 29 Noyabr 2026
115
21:23 / 29 Noyabr 2026
132
20:46 / 29 Noyabr 2026
138
20:26 / 29 Noyabr 2026
150
20:26 / 29 Noyabr 2026
151
19:50 / 29 Noyabr 2026
155
19:27 / 29 Noyabr 2026
158
19:13 / 29 Noyabr 2026
175
19:01 / 29 Noyabr 2026
158
18:58 / 29 Noyabr 2026
458
18:45 / 29 Noyabr 2026
167
18:29 / 29 Noyabr 2026
168
18:15 / 29 Noyabr 2026
192
15:24 / 29 Noyabr 2026
206
12:43 / 29 Noyabr 2026
532
12:03 / 29 Noyabr 2026
216
12:00 / 29 Noyabr 2026
309
11:33 / 29 Noyabr 2026
222
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.