Qaraciyər yağlanması bundan imiş - ŞOK SƏBƏB
11 Noyabr 2026, 23:18
Qaynar xətt:
(+99450) 247 90 86
TİBB
643
06.05.2026, 23:08
“Uzun müddət davam edən səs xırıltısını sadə soyuqdəymə kimi qiymətləndirmək düzgün yanaşma deyil.”
Bu sözləri pulmonoloq Şahin Məmmədov Oxu24.com-a açıqlamasında bildirib.
Həkimin sözlərinə görə, səsdə yaranan dəyişikliklər bəzən tənəffüs sistemi ilə bağlı ciddi patologiyaların, o cümlədən ağciyər xərçənginin erkən və yeganə əlaməti kimi özünü göstərə bilər:
“Bəzi hallarda ağciyər nahiyəsində yaranan şiş səs tellərini idarə edən sinirlərə təsir edir. Bu zaman xəstədə davamlı xırıltı, səs tonunun dəyişməsi müşahidə olunur. Təəssüf ki, pasiyentlər bunu çox vaxt infeksiya ilə qarışdırır və vaxt itirirlər.”
Pulmonoloq qeyd edib ki, xüsusilə siqaret çəkən şəxslər və risk qrupuna daxil olan insanlar bu əlamətə qarşı daha həssas yanaşmalıdır:
“Əgər səs xırıltısı iki həftədən artıq davam edirsə, mütləq şəkildə həm LOR müayinəsindən, həm də pulmonoloji və onkoloji yoxlanışdan keçmək lazımdır. Erkən diaqnostika bir çox hallarda həyat qurtarır.”
Şahin Məmmədov əlavə edib ki, bədənin verdiyi bu cür siqnallar diqqətlə izlənilməli və özbaşına müalicə üsullarına üstünlük verilməməlidir:
“Vaxtında həkimə müraciət etmək həm xəstəliyin qarşısını almağa, həm də mümkün ağırlaşmaların önlənməsinə kömək edir.”
Hazırladı: Jalə
00:43 / 12 Noyabr 2026
1
00:35 / 12 Noyabr 2026
29
00:33 / 12 Noyabr 2026
31
00:27 / 12 Noyabr 2026
49
00:24 / 12 Noyabr 2026
56
00:19 / 12 Noyabr 2026
75
00:17 / 12 Noyabr 2026
81
00:11 / 12 Noyabr 2026
89
23:54 / 11 Noyabr 2026
78
23:52 / 11 Noyabr 2026
86
23:50 / 11 Noyabr 2026
111
23:45 / 11 Noyabr 2026
673
23:28 / 11 Noyabr 2026
81
23:24 / 11 Noyabr 2026
90
23:18 / 11 Noyabr 2026
101
23:09 / 11 Noyabr 2026
104
23:03 / 11 Noyabr 2026
94
23:01 / 11 Noyabr 2026
116
22:55 / 11 Noyabr 2026
90
22:38 / 11 Noyabr 2026
161
22:31 / 11 Noyabr 2026
109
22:26 / 11 Noyabr 2026
6054
22:22 / 11 Noyabr 2026
114
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.