Azərbaycan əhalisinin gəlirləri 10 % artıb
12 Noyabr 2026, 00:43
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
69
12.11.2026, 00:35
Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsində ölkə daxilində yük daşınması ilə məşğul olan hüquqi və fiziki şəxslərin əlavə dəyər vergisi (ƏDV) və mənfəət vergisi yükündən azad olması nəzərdə tutulur.
Oxu24.com xəbər verir ki, bunu ATV-nin "İqtisadi zona" verilişinin efirində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi siyasəti baş idarəsinin rəis müavini Əvəz Quliyev bildirib.
"Bildiyiniz kimi, 2024-cü ildən başlayaraq ölkədaxili yükdaşıma sektorunda vergi rejimi tənzimlənir. Belə ki, bu sahədə fəaliyyət göstərən şəxslər artıq sabit tədiyyə formasından fərqli olaraq, vergitutmanı gəlir və xərclərin fərqi əsasında gəlir və ya mənfəət vergisi, yaxud seçimlərindən asılı olaraq dövriyyədən sadələşdirilmiş vergi hesablanması metodu ilə həyata keçirə bilirlər. Artıq növbəti ildən yükdaşıma fəaliyyəti ilə məşğul olan şəxslər üçün alternativ vergi rejiminin tətbiqi təklif olunur. Onlar ənənəvi vergitutma metodları ilə yanaşı, yəni gəlir və mənfəət vergisi və ya sadələşdirilmiş vergi rejimindən əlavə, dövriyyələri 200 000 manatdan yuxarı olduğu halda, fərdi daşıyıcılar və müəssisələr üçün dövriyyədən 8 % dərəcə ilə sadələşdirilmiş vergi rejimini də seçə biləcəklər. Bu rejimin tətbiqi nəticəsində sahibkarlar dövriyyədən 8 % dərəcə ilə vergi ödəməklə ƏDV və mənfəət vergisi yükü daşımayacaq. Başqa sözlə, qanunvericilikdə onlara alternativ vergitutma rejimi təqdim edilir, sahibkarlar öz seçimlərinə, eləcə də maliyyə-iqtisadi hesablamalarına uyğun olaraq mövcud rejimlərdən birini seçə biləcəklər", - deyə o qeyd edib.
Vergi rəsmisi turizm və gözəllik sektorunda fəaliyyət göstərən sahibkarlar üçün tətbiq olunması gözlənilən yeni vergi güzəştləri barədə də danışıb: "Turizm sektoru iqtisadiyyatın əsas prioritet sahələrindən biridir. Vergi Məcəlləsində ümumi güzəştlərlə yanaşı, məhz turizm sektoruna yönəlmiş xüsusi güzəştlər də mövcuddur. Belə ki, regionlarda yerləşən mehmanxana və sanatoriya obyektlərinin əmlak vergisinin 75 %-i üzrə güzəşt tətbiq edilirdi. Həmin güzəştin müddəti bu il başa çatır. Layihədə isə güzəştin növbəti üç il müddətinə uzadılması nəzərdə tutulub. Eyni zamanda, mehmanxana və sanatoriya-kurort turizmi ilə məşğul olan şəxslər üçün yeni güzəşt mexanizmi təklif olunur. Bu mexanizmə əsasən, həmin müəssisələrin xidmət göstərdikləri əcnəbi turistlərin sayına uyğun olaraq formalaşan dövriyyənin müəyyən hissəsinin mənfəət vergisi üzrə vergi öhdəliyindən azaldılması nəzərdə tutulur".
00:43 / 12 Noyabr 2026
1
00:33 / 12 Noyabr 2026
31
00:27 / 12 Noyabr 2026
49
00:24 / 12 Noyabr 2026
56
00:19 / 12 Noyabr 2026
75
00:17 / 12 Noyabr 2026
81
00:11 / 12 Noyabr 2026
89
23:54 / 11 Noyabr 2026
78
23:52 / 11 Noyabr 2026
86
23:50 / 11 Noyabr 2026
111
23:45 / 11 Noyabr 2026
673
23:28 / 11 Noyabr 2026
81
23:24 / 11 Noyabr 2026
90
23:18 / 11 Noyabr 2026
101
23:09 / 11 Noyabr 2026
104
23:03 / 11 Noyabr 2026
94
23:01 / 11 Noyabr 2026
116
22:55 / 11 Noyabr 2026
90
22:38 / 11 Noyabr 2026
161
22:31 / 11 Noyabr 2026
109
22:26 / 11 Noyabr 2026
6054
22:22 / 11 Noyabr 2026
114
22:20 / 11 Noyabr 2026
108
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.