Bu simptomları görsəniz, vaxt itirməyin! - HƏKİM XƏBƏRDARLIĞI
07 İyul 2026, 11:33
Qaynar xətt:
(+99450) 247 90 86
TİBB
458
06.05.2026, 16:12
“Psixologiyada qorxu hissinin tam və ya demək olar ki, yox olması çox nadir hallarda rast gəlinən bir vəziyyətdir”.
Bu sözləri klinik psixoloq Zəhra Zahidova Hit.az-a açıqlamasında deyib.
O bildirib ki, buna ən çox “Urbax Vit xəstəliyi” ilə bağlı hallarda diqqət çəkilir:
“Bu vəziyyətdə əsas rol oynayan beyin strukturu isə amiqdaladır. Amiqdala insanın qorxu, təhlükə və emosional reaksiyalarını idarə edən əsas mərkəzlərdən biridir. Normalda bu hissə təhlükəni tanıyır və bədəni qorunmağa hazırlayır ürək döyüntüsü artır, diqqət kəskinləşir, insan ya qaçır, ya da müdafiəyə keçir. Lakin “Urbax Vit xəstəliyi”ndə və ya bəzi travmatik beyin zədələrində amiqdala xəsarət aldığı üçün bu mexanizm işləmir. Nəticədə insan real təhlükə qarşısında belə qorxu hiss etmir”.
Ekspert qeyd edib ki, psixoloji baxımdan isə qorxunun olmaması hər zaman rahatlıq demək deyil:
“Əksinə, bu insanlar çox vaxt riskli davranışlara meyilli olur, təhlükəni düzgün qiymətləndirə bilmir və özlərini qoruma instinkti zəifləyir. Yəni qorxu xoşagəlməz olsa da insanın yaşaması üçün vacib bir müdafiə mexanizmidir”.
Psixoloq bəzi insanlarda qorxu hissinin olmamasının səbəblərindən də danışıb:
“Bunlar əsasən iki istiqamətdə olur. Birincisi, “Urbax Vit xəstəliyi” kimi nadir xəstəliklərlə bağlı genetik faktorlar, beyin zədələri və ya nevroloji problemlərdir. İkincisi isə uzunmüddətli travmalar nəticəsində emosional sönmə baş verə bilər, amma bu halda qorxu tam yox olmur, sadəcə zəifləyir.
Lakin normala dönmək səbəbdən asılıdır. Əgər problem genetik və ya struktur beyin zədəsi ilə bağlıdırsa, tam bərpa çox çətin, bəzən isə mümkün olmur. Çünki burada söhbət emosiyadan yox, onun bioloji əsasından gedir. Amma psixoloji səbəblərlə bağlı qorxu azalması varsa, terapiya kömək edə bilər. Psixoterapiya xüsusilə davranış yönümlü yanaşmalar insanın təhlükəni tanıma bacarığını artırmağa, riskləri daha şüurlu şəkildə qiymətləndirməyə kömək edir”.
Zəhra Zahidova sözlərini belə yekunlaşdırıb:
“Burada məqsəd qorxunu yaratmaq yox, təhlükə ilə bağlı sağlam reaksiya sistemini formalaşdırmaqdır. Qorxunun tam yoxluğu bir güc deyil, əksinə insanın daxili qoruyucu mexanizminin sıradan çıxmasıdır. Sağlam psixologiyada məqsəd qorxusuz olmaq deyil, qorxunu anlamaq və onu düzgün idarə edə bilməkdir”.
12:00 / 07 İyul 2026
8
11:58 / 07 İyul 2026
15
11:52 / 07 İyul 2026
76
11:51 / 07 İyul 2026
22
11:33 / 07 İyul 2026
40
11:22 / 07 İyul 2026
63
11:10 / 07 İyul 2026
58
11:09 / 07 İyul 2026
55
11:05 / 07 İyul 2026
54
11:01 / 07 İyul 2026
176
10:53 / 07 İyul 2026
236
10:48 / 07 İyul 2026
58
10:46 / 07 İyul 2026
60
10:39 / 07 İyul 2026
71
10:32 / 07 İyul 2026
62
10:15 / 07 İyul 2026
394
10:12 / 07 İyul 2026
77
09:59 / 07 İyul 2026
76
09:58 / 07 İyul 2026
962
09:38 / 07 İyul 2026
504
09:34 / 07 İyul 2026
151
09:27 / 07 İyul 2026
71
09:24 / 07 İyul 2026
78
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.