Alimlər xərçəng xəstəliyi əleyhinə saqqız hazırlayıblar
12 Noyabr 2026, 10:20
Qaynar xətt:
(+99450) 247 90 86
TİBB
641
27.03.2026, 21:22
Sepsis və septik şok üçün 5 il sonra protokol yenilənib və bir sıra önəmli dəyişikliklər var.
Bu barədə Oxu24.com-a infeksionist Roza Murad bildirib.
Həkimin sözlərinə görə,dəyişikliklər infeksiyanın kontrol altına alınması ilə bağlı tövsiyələrə, həmçinin hemodinamikanın bərpası, maye dəstəyi və digər tədbirlərə aiddir.
"İlk dəyişiklik antibiotikə başlamaq qərarı ilə bağlıdır.
Xəstənin sepsisdə olduğu qərarına ilk gəlindiyi andan 1 saat ərzində antibiotik başlanmalıdır.
Əvvəlki protokola görə hospitalizasiyanın ilk 1 saatında başlamaq və o vaxta qədər müayinə materiallarının götürülməsi , diaqnozun dəqiqləşdirilməsi, infeksiyanın daxili mənbəyinin təyin edilməsi və s. tövsiyə olunurdu. Lakin, bu xüsusilə hospitalizasiyanın gecikdiyi hallarda mortallığın ciddi artışına səbəb olurdu. Buna görədə hospitalizasiyanın 1 saatdan uzun çəkdiyi hallarda antibiotikterapiyanın başlanması tövsiyə olunur. Antibiotik başlamadan öncə mümkün olduğu qədər mikrobioloji müayinə materiallarının götürülməsi yenə də ciddi tövsiyələr arasındadır"-deyə o,bildirib.
Sepsis nədir?
Sepsis və ya ümumi adlandırılan qan zəhərlənməsi, yoluxucu xəstəliyin qan axını ilə bütün bədənə yayılaraq xəstəlik yaratdığı bir vəziyyətdir. İnfeksiyaya səbəb olan mikroorqanizm bütün bədəndə iltihablı bir reaksiyaya başlayır və ümumi disfunksiyaya səbəb olur. Müalicə edilməzsə, sepsis sürətlə inkişaf edə və həyat üçün təhlükə yarada bilər.
Bu qan dövranı çatışmazlığına və şoka səbəb ola bilər ki, bunlar ölümlə nəticələnir. Mövcud klinik praktikada sepsis xüsusilə stasionar müalicə alan xəstələrdə, məsələn, stasionar xidmətlər və reanimasiya şöbələrində ən çox rast gəlinən sağlamlıq problemlərindən biridir. Araşdırmalara görə, dünyada hər il 1,5 milyon sepsis hadisəsi görülür.
Şiddətli sepsisdə şok tapıntıları inkişaf edərsə, septik şok diaqnozu qoyulur. Müvafiq olaraq, aşağıdakı tapıntıları olan xəstədə septik şok var:
- Şiddətli aşağı qan təzyiqi
- Adekvat maye və dərman terapiyasına baxmayaraq düzəldilə bilməyən qan təzyiqi dəyəri
- Böyrək çatışmazlığı kimi zəif qan dövranı səbəbiylə orqan pozğunluqları
- Qan dövranı pozğunluqlarını göstərən maddələrin, məsələn, laktik turşunun qan səviyyəsinin artması
Hazırladı: Nigar
22:24 / 12 Noyabr 2026
11
22:21 / 12 Noyabr 2026
17
22:13 / 12 Noyabr 2026
33
21:55 / 12 Noyabr 2026
50
21:39 / 12 Noyabr 2026
65
21:26 / 12 Noyabr 2026
658
21:19 / 12 Noyabr 2026
91
21:04 / 12 Noyabr 2026
77
20:55 / 12 Noyabr 2026
143
20:42 / 12 Noyabr 2026
117
20:26 / 12 Noyabr 2026
125
20:14 / 12 Noyabr 2026
110
20:08 / 12 Noyabr 2026
114
20:05 / 12 Noyabr 2026
143
19:59 / 12 Noyabr 2026
106
19:49 / 12 Noyabr 2026
115
19:36 / 12 Noyabr 2026
123
19:31 / 12 Noyabr 2026
117
19:19 / 12 Noyabr 2026
126
19:15 / 12 Noyabr 2026
155
19:09 / 12 Noyabr 2026
114
19:03 / 12 Noyabr 2026
123
18:58 / 12 Noyabr 2026
124
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.