Xankəndidən ucalan tarixi müraciət şanlı Zəfərin və böyük Qələbənin rəmzidir - ŞƏRH
09 Noyabr 2026, 17:14
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
555
20.07.2026, 19:25
Azərbaycan Respublikasının iqtisadiyyat naziri Mikayıl Cabbarovun rəhbərlik etdiyi nümayəndə heyəti Özbəkistana işgüzar səfər edib. Səfər çərçivəsində iki ölkə arasında iqtisadi-ticarət, enerji, nəqliyyat və kənd təsərrüfatı kimi prioritet istiqamətlərdə tərəfdaşlığın gücləndirilməsini nəzərdə tutan yeni protokol imzalanıb.
Mövzu ilə bağlı Oxu24.com-a danışan iqtisadçı, beynəlxalq idarəetmə sistemləri üzrə mütəxəssis Asif İbrahimov bildirib ki, protokollar təkbaşına iqtisadiyyat yarada bilməz.
"Sənədlərin sayını iqtisadi nəticələrlə qarışdırırıq"
Asif İbrahimov qeyd edib ki, Azərbaycan və Özbəkistan arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi, yeni protokolların və memorandumların imzalanması müsbət hal olsa da, yanaşma dəyişməlidir:
"Etiraf etməliyik ki, son illər biz imzalanan sənədlərin sayını onların iqtisadi nəticələri ilə tez-tez qarışdırırıq. Mən hesab edirəm ki, ictimaiyyət artıq imzalanan memorandumların sayını deyil, onların iqtisadi effektini görmək istəyir.
Birgə investisiya layihələri, əlbəttə ki, iki ölkə arasında ticarət dövriyyəsini artıra bilər. Amma bu, yalnız o halda mümkündür ki, imzalanan sənədlər real istehsala, yeni müəssisələrə, ixrac müqavilələrinə və kapital qoyuluşuna çevrilsin. Əks halda, protokollar mətbuat üçün xəbər olaraq qalacaq, iqtisadiyyat üçün isə statistik rəqəmdən o yana keçməyəcək”.
"Problem tərəfdaş azlığı deyil, icra mexanizminin zəifliyidir"
Ekspertin sözlərinə görə, bu gün Azərbaycanın əsas problemi tərəfdaş ölkələrin azlığı deyil. Əsas çətinlik imzalanan sənədlərin əhəmiyyətli hissəsinin icra mexanizminin zəif olması ilə bağlıdır:
"Hər il onlarla memorandum imzalanır, lakin neçə birgə zavod istifadəyə verilir? Neçə birgə sənaye müəssisəsi yaradılır? Neçə milyon dollarlıq məhsul ixrac olunur? Məhz bu suallar cavablandırılmalıdır. Geoloji kəşfiyyat üzrə yaradılacaq birgə müəssisə də yalnız kağız üzərində qalarsa, bunun iqtisadi dəyəri sıfıra yaxın olacaq. Əgər bu əməkdaşlıq nəticəsində yeni yataqlar aşkarlanacaq, emal müəssisələri yaradılacaq, texnologiya transferi həyata keçiriləcək və ixrac gəlirləri artacaqsa, o zaman bunu uğurlu layihə adlandırmaq olar".
Ticarətin strukturu necə olmalıdır?
Mütəxəssis ticarət dövriyyəsinin artmasının öz-özlüyündə bir uğur göstəricisi olmadığını vurğulayıb:
"Əsas məsələ odur ki, biz Özbəkistana nə satırıq, əvəzində nə alırıq və bu ticarət balansı Azərbaycan iqtisadiyyatına hansı əlavə dəyəri yaradır. Əgər dövriyyə yalnız idxal hesabına artırsa, bunun iqtisadi faydası məhdud olacaq”.
Asif İbrahimov hesab edir ki, Azərbaycan xarici iqtisadi siyasətdə yeni yanaşmaya keçməlidir:
“Memorandum diplomatiyasından nəticə diplomatiyasına keçməyin vaxtıdır. Hər imzalanan sənəd üzrə konkret hədəflər müəyyən edilməlidir: neçə milyon dollar investisiya cəlb olunacaq, neçə iş yeri yaradılacaq, ixrac nə qədər artacaq, layihə hansı müddətdə başa çatacaq və bunun icrasına kim cavabdeh olacaq".
Asif İbrahimov sonda qeyd edib ki, müasir iqtisadiyyatda dövlətlərin uğuru imzalanan sənədlərin sayı ilə deyil, icra olunan layihələrin həcmi və iqtisadi nəticələri ilə ölçülür. Əgər Azərbaycan–Özbəkistan əməkdaşlığı bu prinsiplə inkişaf etdirilərsə, o zaman bu tərəfdaşlıq regionun ən uğurlu iqtisadi əməkdaşlıq modellərindən birinə çevrilə bilər.
Çimnaz Telmanqızı
18:25 / 09 Noyabr 2026
1
18:14 / 09 Noyabr 2026
36
18:02 / 09 Noyabr 2026
123
17:57 / 09 Noyabr 2026
66
17:56 / 09 Noyabr 2026
39
17:55 / 09 Noyabr 2026
79
17:38 / 09 Noyabr 2026
169
17:36 / 09 Noyabr 2026
96
17:22 / 09 Noyabr 2026
158
17:14 / 09 Noyabr 2026
99
16:56 / 09 Noyabr 2026
733
16:53 / 09 Noyabr 2026
463
16:43 / 09 Noyabr 2026
207
16:37 / 09 Noyabr 2026
167
16:32 / 09 Noyabr 2026
119
16:28 / 09 Noyabr 2026
99
16:25 / 09 Noyabr 2026
326
16:23 / 09 Noyabr 2026
189
16:19 / 09 Noyabr 2026
154
16:06 / 09 Noyabr 2026
826
15:54 / 09 Noyabr 2026
1450
15:49 / 09 Noyabr 2026
106
15:47 / 09 Noyabr 2026
281
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.