Tehranın ikili standartları: Diplomatik etirazın arxasında hansı ziddiyyətlər dayanır? – TƏHLİL
09 Noyabr 2026, 18:23
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
514
20.07.2026, 15:31
"Son on il ərzində məktəbəqədər təhsil sahəsində mühüm işlər görülüb, uşaqların daha erkən yaşdan məktəbəqədər təhsilə cəlb olunması istiqamətində mərhələli tədbirlər həyata keçirilib".
Oxu24.com xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Vəfa Yaqublu deyib.
Onun sözlərinə görə, görülən işlərə dövlət məktəbəqədər təhsil müəssisələrinin şəbəkəsinin genişləndirilməsi, yeni binaların tikilməsi, mövcud binaların əsaslı və cari təmiri daxildir.
"Digər tərəfdən, 2016-cı ildən etibarən məktəblərdə məktəbəhazırlıq qrupları yaradılıb. Ötən tədris ilində 86 mindən çox beşyaşlı uşaq həmin qruplara cəlb olunub. Bununla yanaşı, başa çatan tədris ilində 24 mindən çox uşaq icma əsaslı məktəbəqədər hazırlıq qruplarında təhsil alıb.
Bu istiqamətdə həyata keçirdiyimiz maraqlı təşəbbüslərdən biri də valideyn–dövlət–özəl əməkdaşlığı modelidir. Bu layihəyə iki il əvvəl qrant mexanizmi ilə başlanılıb və 2025–2026-cı tədris ilində 4 mindən çox uşaq bu maliyyə dəstəyindən faydalanıb".
Direktor müavini qeyd edib ki, mövcud qaydalara əsasən, dövlət özəl məktəbəqədər təhsil müəssisələrinin təklif etdiyi xidmət haqqının 70 faizini maliyyələşdirəcək.
"Bu maliyyə dəstəyi Bakı şəhərində 350 manatdan, regionlarda isə 250 manatdan çox olmamaq şərti ilə veriləcək. Ayrılan vəsait xidmət haqqının əhəmiyyətli hissəsini qarşılayır. Hesab edirik ki, bir çox ailə bu imkanlardan yararlanacaq. Bu mexanizm bir tərəfdən dövlət uşaq bağçalarında növbədə gözləyən uşaqların sayının azalmasına, daha çox uşağın məktəbəqədər təhsilə çıxışına şərait yaradacaq. Digər tərəfdən isə özəl təhsil müəssisələrinin inkişafına, onların potensialından daha səmərəli istifadə olunmasına və yeni iş yerlərinin açılmasına töhfə verəcək", – deyə o əlavə edib.
18:31 / 09 Noyabr 2026
14
18:25 / 09 Noyabr 2026
105
18:23 / 09 Noyabr 2026
41
18:14 / 09 Noyabr 2026
65
18:02 / 09 Noyabr 2026
171
17:57 / 09 Noyabr 2026
74
17:56 / 09 Noyabr 2026
62
17:55 / 09 Noyabr 2026
86
17:38 / 09 Noyabr 2026
195
17:36 / 09 Noyabr 2026
105
17:22 / 09 Noyabr 2026
173
17:14 / 09 Noyabr 2026
104
16:56 / 09 Noyabr 2026
801
16:53 / 09 Noyabr 2026
498
16:43 / 09 Noyabr 2026
220
16:37 / 09 Noyabr 2026
176
16:32 / 09 Noyabr 2026
126
16:28 / 09 Noyabr 2026
101
16:25 / 09 Noyabr 2026
347
16:23 / 09 Noyabr 2026
307
16:19 / 09 Noyabr 2026
159
16:06 / 09 Noyabr 2026
922
15:54 / 09 Noyabr 2026
1567
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.