10 gün ərzində qeydiyyata düşməyənləri CƏRİMƏ GÖZLƏYİR – Hüquqşünas açıqladı
04 Oktyabr 2026, 16:55
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
282
17.07.2026, 12:59
Şuşada keçirilən IV Qlobal Media Forumu təkcə növbəti beynəlxalq tədbir deyildi. Forum göstərirdi ki, Azərbaycan artıq qlobal məsələlər haqqında təkcə danışan deyil, həmin beynəlxalq müzakirələrin keçirildiyi platformaları həm də formalaşdırmağı bacaran ölkədir. Təbii ki, forumun diqqət çəkən məqamlarından biri Prezident İlham Əliyevə ünvanlanan səmimi suallar və elə o cür səmimi də alınan cavablar oldu.
Bu, tədbiri formal çıxışlar meydanından daha çox canlı siyasi dialoq və səmimi ünsiyyət platformasına çevirirdi və digər platformalardan da fərqləndirirdi. Məhz buna görə Şuşadan verilən mesajlar təkcə zalda qalmadı, dünya mediasına çıxdı, ciddi rezonans doğurdu və geniş müzakirə olundu. Beynəlxalq reaksiyalar da bunu təsdiqləyirdi. Dünyanın müxtəlif media platformalarında forumun işıqlandırılması, hətta ABŞ Prezidenti Donald Trampın Azərbaycan Prezidentinin fikirlərindən sitat paylaşması göstərirdi ki, Şuşada səslənən mesajlar beynəlxalq informasiya məkanında diqqətdən kənarda qalmadı və okeanın o tayınadək, düz Ağ Evə qədər gedib çatdı.

Bu, forumun ən mühüm nəticələrindən biri idi: Şuşa beynəlxalq informasiya gündəminə daxil oldu və əks-sədası dünyanın bir nömrəli ofisindən - Ağ Evdən gəldi. Bütün bunlar təsadüfən olmadı, çünki Azərbaycan yalnız regional aktor deyil, qlobal proseslər barədə baxışı olan, beynəlxalq münasibətlərə və yeni dünya düzəninə dair modern mövqeli bir ölkədir. Ölkənin müasir siyasi baxışlarının və qlobal idarəçilik haqqında təsəvvürlərinin, mesajlarının beynəlxalq auditoriyaya çatdırılması əsas hədəflərdən idi və forum da öz məqsədlərinə çatdı.
Əks-sədası Ağ Evdən gələn Şuşa Forumunun nəticələri kimləri narahat edir?
Lakin beynəlxalq siyasətdə hər ciddi mesajın bir əks reaksiyası da olur. Şuşa Forumunun yaratdığı rezonansa da bəzi dairələr öz narahatlığını gizlədə bilmədi. Forum başa çatan kimi Rusiyanın bir sıra media resurslarında Azərbaycana qarşı qərəzli çıxışlar kampaniyasının başlanması isə heç də təsadüfi görünmürdü. Bu reaksiyalar, əslində, Şuşadan verilən mesajların müəyyən güc mərkəzlərində diqqətlə izlənildiyini və onların heç də hamısı tərəfindən rahat qarşılanmadığını göstərirdi.

Təəssüf doğuran məqamlardan biri də ölkə daxilində bəzi marginal qrupların və müxtəlif təsir mərkəzlərinə bağlı çevrələrin forumun nəticələrini kölgələməyə çalışması idi. Sosial şəbəkələrdə, şəxsi hesablarda fərqli fikir bildirmək başqa, ölkənin beynəlxalq uğurunu gözdən salmağa cəhd etmək isə tamam başqa məsələdir. Azərbaycan beynəlxalq diqqətin mərkəzinə düşərkən, bu uğurun dəyərini kiçiltməyə hesablanmış cəhdlər nə qədər səs-küylü olsa da, reallığı dəyişə bilmədi.

Çünki, Şuşanın özü də bu mənada ən güclü simvoldur. Bu şəhər tarix boyu daha ağır sınaqlardan keçib, daha sərt hücumlar görüb, ona nə qədər daşlar atılıb. Amma hər dəfə ayaqda qalmağı bacarıb. Çünki Şuşa sadəcə şəhər deyil, qala şəhəridir. Qala isə yalnız daş divarlarla deyil, iradə, güc və dözümlə möhkəm olur. Bəlkə də Şuşa Forumunun ən böyük nəticəsi elə budur: bu şəhər artıq təkcə tarixi yaddaşın deyil, həm də Azərbaycanın dünyaya verdiyi siyasi, informasiya və ideoloji mesajların ünvanına çevrilir. Belə platformalar ətrafında yaranan müzakirələr, qərəzli tənqidlər, açıq hücumlar, onu ləkələmək cəhdləri isə istər ölkə daxilindən olsun, istər kənardan bu ali həqiqəti dəyişə bilməz: çünki Şuşa danışanda onu təkcə region deyil, artıq bütün dünya eşidir. Dumanlı Şuşadan düz Ağ Evə kimi!
Əli Vəliyev
Manset.az xəbər portalının baş redaktoru
20:06 / 04 Oktyabr 2026
15
19:55 / 04 Oktyabr 2026
39
19:44 / 04 Oktyabr 2026
74
19:23 / 04 Oktyabr 2026
50
19:16 / 04 Oktyabr 2026
79
19:09 / 04 Oktyabr 2026
70
18:44 / 04 Oktyabr 2026
70
18:34 / 04 Oktyabr 2026
56
17:50 / 04 Oktyabr 2026
80
17:45 / 04 Oktyabr 2026
75
17:35 / 04 Oktyabr 2026
82
17:30 / 04 Oktyabr 2026
531
17:23 / 04 Oktyabr 2026
364
17:20 / 04 Oktyabr 2026
55
16:58 / 04 Oktyabr 2026
2554
16:56 / 04 Oktyabr 2026
324
16:55 / 04 Oktyabr 2026
228
16:53 / 04 Oktyabr 2026
253
16:51 / 04 Oktyabr 2026
93
16:49 / 04 Oktyabr 2026
81
14:30 / 04 Oktyabr 2026
110
14:04 / 04 Oktyabr 2026
147
14:00 / 04 Oktyabr 2026
104
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.