Paşinyanın Türkiyəyə gedəcəyi tarix açıqlandı
09 Noyabr 2026, 19:19
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
89
09.11.2026, 19:12
8 Noyabr Zəfər Günü Azərbaycan üçün son dərəcə əlamətdar və tarixidir. Həmin gün qardaş Türkiyə Respublikasının Prezidenti demək olar ki, kifayət qədər geniş bir nümayəndə heyəti ilə Azərbaycana – xüsusilə də işğaldan azad olunmuş Qarabağ torpaqlarına birbaşa səfər etmişdir. Türkiyə Prezidentini gətirən təyyarə Füzuli aeroportunda eniş etdi və oradan birbaşa Şuşaya, eləcə də Xankəndi və Xocalı istiqamətində hər iki ölkə liderinin birgə səfərləri baş tutdu.
Xocalıda şəhidlərin memorial abidəsini, Xankəndidə Zəfər kompleksini ziyarət həyata keçirildi və Şuşada da hər iki liderin iştirakı ilə təkbətək görüş və mətbuat üçün açıqlamanın keçirilməsi bir çox məqamdan xəbər verir. Bu səfər göstərir ki, Azərbaycan-Türkiyə münasibətlərində son bir ay ərzində sosial şəbəkələr üzərindən və bəzi rəsmi şəxslərin bu münasibətlərə xələl gətirəcək şəkildə vermiş olduğu açıqlamalar əslində hər iki dövlətin lideri səviyyəsində, dövlət maraqlarının hər şeydən uca tutulduğunun bariz nümunəsidir.
Azərbaycan dövlət başçısının Türkiyə dövlətinin ünvanına səsləndirdiyi səmimi fikirlər, eyni zamanda Türkiyə dövlət başçısının Azərbaycan ünvanına səsləndirdiyi səmimi fikirlər bir daha hər iki ölkə liderinin ikitərəfli münasibətlərin inkişafında son dərəcə maraqlı olduğunu nümayiş etdirdi.
Mövzu ilə bağlı Oxu24.com-a açıqlama verən siyasi şərhçi Taleh Əliyev bildirib ki, Azərbaycan Prezidentinin xüsusilə Türkiyənin cənab Ərdoğanın hakimiyyəti dövründə güclənməsini vurğulaması gerçəkliklə tam uyğundur:
"Türkiyə son illər Qərbdən asılı olan bir ölkədən daha çox regional və beynəlxalq güc mərkəzinə çevrilib. Biz Türkiyənin istər Şərqi Avropada, keçmiş Osmanlı ərazisi olan Balkanlarda nüfuzunun getdikcə daha çox artdığını, o cümlədən Yaxın Şərqdə və Şimali Afrikada, Afrikanın 'Afrika buynuzu' adlanan regionunda yerləşən Somali ilə əməkdaşlığının dərinləşməsini, uzaq Şərqi Asiya ölkəsi olan İndoneziyaya qədər münasibətlərinin genişləndirilməsini görürük. Bu, gerçəkdən də Ərdoğan hakimiyyəti dövründə Türkiyənin beynəlxalq miqyaslı bir aktyora çevrildiyinin göstəricisidir”.
Şərhçinin sözlərinə görə, Türkiyə dövləti nə qədər güclü dövlətə çevrilərsə, bu, Şuşa Bəyannaməsindən irəli gələrək Azərbaycan-Türkiyə münasibətlərinə də kifayət qədər öz töhfəsini verir. Gələcəkdə də Türkiyə faktoru Azərbaycana qarşı istər bəzi qonşu dövlətlər, istərsə də digər güc mərkəzləri tərəfindən ola biləcək təxribat əməllərindən çəkindirici bir faktor kimi qiymətləndirilə bilər.
Eyni zamanda, Taleh Əliyev qeyd edib ki, güclü Türkiyə həm də Türk Dövlətləri Təşkilatının nüfuzlu regional bir quruma çevrilməsi baxımından son dərəcə önəmlidir ki, bu da birbaşa Azərbaycan dövlətinin marağındadır:
“Çünki Türk Dövlətləri Təşkilatının əsas qurucu üzvlərindən biri də Azərbaycandır. Heç də təsadüfi deyil ki, bu təşkilatın əsası Azərbaycanda – Naxçıvan şəhərində hələ 2012-ci ildə qoyulub. Bu baxımdan, Türkiyə dövlətinin son illər artan siyasi, iqtisadi, hərbi gücü və nüfuzu Azərbaycan dövləti üçün də kifayət qədər siyasi və geosiyasi əhəmiyyət kəsb edir”.
Siyasi şərhçi vurğulayıb ki, dövlət başçısının dünən bu məsələni bir daha vurğulaması hər şeyi aydın göstərdi:
"Həqiqətən də biz 'bir millət, iki dövlət' olaraq bir-birimizin uğurlarına səmimi şəkildə sevinirik. Bir-birimizin uğurlarını həm də öz uğurumuz kimi qəbul edirik və bunu öz dövlət siyasətimizin müəyyənləşməsində ciddi faktor kimi nəzərə alırıq”.
Çimnaz Telmanqızı
19:19 / 09 Noyabr 2026
30
19:15 / 09 Noyabr 2026
52
19:11 / 09 Noyabr 2026
60
19:01 / 09 Noyabr 2026
42
18:57 / 09 Noyabr 2026
134
18:46 / 09 Noyabr 2026
71
18:41 / 09 Noyabr 2026
92
18:38 / 09 Noyabr 2026
130
18:31 / 09 Noyabr 2026
111
18:25 / 09 Noyabr 2026
867
18:23 / 09 Noyabr 2026
108
18:14 / 09 Noyabr 2026
97
18:02 / 09 Noyabr 2026
398
17:57 / 09 Noyabr 2026
113
17:56 / 09 Noyabr 2026
89
17:55 / 09 Noyabr 2026
115
17:38 / 09 Noyabr 2026
272
17:36 / 09 Noyabr 2026
136
17:22 / 09 Noyabr 2026
220
17:14 / 09 Noyabr 2026
122
16:56 / 09 Noyabr 2026
1131
16:53 / 09 Noyabr 2026
644
16:43 / 09 Noyabr 2026
263
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.