Qaynar xətt:

(+99450) 247 90 86

Bu şəxslər sənəd ala bilməyəcək - RƏSMİ MƏLUMAT 

Bu şəxslər sənəd ala bilməyəcək - RƏSMİ MƏLUMAT 

CƏMİYYƏT

66

09.11.2026, 18:38

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.

Oxu24.com  xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyinin paylaşdığı məlumatda bildirilib.

Qeyd olunub ki, 16 yaşına çatmış şəxslərə şəxsiyyətlərini təsdiq edən sənədləri təqdim etdikləri halda təkrar şəhadətnamə və ya arayış verilə bilər. Onlayn mağaza

Bununla yanaşı, valideynlik hüquqlarından məhrum edilmiş şəxslərə uşaqları ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi nəzərdə tutulmur.

Nikah pozulduğu halda isə qeydiyyat şəhadətnaməsinin təkrar nüsxəsi verilmir. Lakin gələcəkdə keçmiş ər və ya arvadın müraciəti əsasında ona müvafiq arayış təqdim edilə bilər.

Həmçinin, vəfat etmiş şəxslər barədə doğum haqqında şəhadətnamə deyil, müvafiq arayış verilir. Ölüm haqqında təkrar şəhadətnamə və arayış isə vəfat etmiş şəxsin yaxın qohumlarına təqdim olunur.

Qeyd edək ki, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı sənədlərin təkrar verilməsi qanunvericiliklə müəyyən edilmiş qaydada həyata keçirilir.