SON DƏQİQƏ! Prezident yüksək vəzifəyə təyinat etdi
07 İyul 2026, 09:58
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
601
09.06.2026, 18:44
Xəbər verdiyimiz kimi, Türkiyə, Azərbaycan və Gürcüstan xarici işlər nazirlərinin İstanbulda keçirilən 10-cu üçtərəfli görüşü başa çatıb. Regionun gələcək siyasi və iqtisadi mənzərəsini formalaşdırmaq baxımından mühüm əhəmiyyət kəsb edən bu sammitdə, tərəflər indiyə qədər əldə olunmuş razılaşmaların icrasını nəzərdən keçirib və növbəti mərhələdə atılacaq müştərək addımları müəyyənləşdiriblər. Qlobal geosiyasi gərginliyin artdığı bir dövrdə baş tutan bu xüsusi regional platforma, Bakı, Ankara və Tbilisi arasındakı strateji tərəfdaşlığın sarsılmazlığını bir daha nümayiş etdirib.
Görüşün yekunları, onun regional siyasətə təsirləri və müzakirə edilən yeni gündəm mövzuları barədə Oxu24.com-a danışan siyasi şərhçi Taleh Əliyev maraqlı məqamlara toxunub.
“Bu görüş indiyə qədərki əməkdaşlığın kəsintisiz davamıdır"
Siyasi şərhçi ilk növbədə bu formatın ənənəvi və ardıcıl xarakter daşıdığını vurğulayıb:
“Azərbaycan, Türkiyə və Gürcüstan arasında ənənəvi xarakter alan xarici işlər nazirlərinin növbəti 10-cu görüşü, indiyə qədər əldə olunmuş razılaşmaların icrasına bir daha nəzər salmaq, bundan sonra qarşıda dayanan vəzifələri və birgə atılacaq addımları müəyyənləşdirmək baxımından olduqca faydalıdır.
Amma mən düşünmürəm ki, bu görüş digərlərindən tamamilə əlahiddə, təcrid olunmuş bir hadisədir. Çünki bu, indiyə qədər uğurla başlanmış və davam etdirilən üçtərəfli əməkdaşlığın davamlılığını, kəsintisizliyini və hər üç dövlətin bu formata verdiyi önəmi, onun məqsədəuyğunluğunu təsdiqləyən növbəti bir görüşdür".
Taleh Əliyev qeyd edib ki, görüşün əsas əhəmiyyəti tərəflərin gələcəyə yönəlik ortaq mövqeyində özünü göstərir:
“Görüşün əsas əhəmiyyəti ondan ibarətdir ki, tərəflər arasında bu günə qədər əldə olunmuş razılaşmaların bundan sonra da qətiyyətlə davam etdirilməsi ilə bağlı siyasi iradə və qarşılıqlı inam bir daha təsdiq olundu. Hazırkı mərhələdə dünyada və regionda çox ciddi geosiyasi həssaslıq yaşanır. Belə bir çətin dönəmdə üçtərəfli əməkdaşlığın davam etdirilməsi və tərəflərin vahid siyasi mövqe ortaya qoyması təqdirəlayiq haldır.
Bu sammit indiyə qədər formalaşdırılmış əməkdaşlıq modelinin gələcəkdə də eyni uğurla davam edəcəyini göstərdi”.
Gündəmdəki yeni və genişlənən mövzular hansılardır?
Politoloq üçtərəfli platformanın təkcə klassik sahələri deyil, müasir çağırışları da əhatə etdiyini bildirib. Onun sözlərinə görə, bu format çərçivəsində tərəflərin qarşılıqlı əməkdaşlığı növbəti mərhələdə daha geniş sferaları əhatə edəcək:
“Regional nəqliyyat-loqistika layihələri və diplomatik koordinasiya gücləndiriləcək.
Xalqlararası inteqrasiya və mədəni mübadilə proqramları diqqətdə saxlanılacaq. Regionun təhlükəsizliyinin qorunması fonunda hərbi-strateji tərəfdaşlıq genişlənəcək.
Müasir hibrid təhdidlərə qarşı informasiya və kəşfiyyat təhlükəsizliyi istiqamətində tərəflərin sıx və qarşılıqlı əməkdaşlığı öz əksini tapacaq”.
Çimnaz Telmanqızı
09:59 / 07 İyul 2026
1
09:58 / 07 İyul 2026
90
09:38 / 07 İyul 2026
234
09:34 / 07 İyul 2026
58
09:27 / 07 İyul 2026
41
09:24 / 07 İyul 2026
53
09:16 / 07 İyul 2026
188
09:11 / 07 İyul 2026
147
09:08 / 07 İyul 2026
48
00:44 / 07 İyul 2026
148
00:18 / 07 İyul 2026
658
00:16 / 07 İyul 2026
156
00:12 / 07 İyul 2026
145
00:10 / 07 İyul 2026
312
00:02 / 07 İyul 2026
140
23:56 / 06 İyul 2026
248
23:56 / 06 İyul 2026
133
23:46 / 06 İyul 2026
698
23:41 / 06 İyul 2026
268
23:32 / 06 İyul 2026
312
23:08 / 06 İyul 2026
1422
23:02 / 06 İyul 2026
634
22:53 / 06 İyul 2026
126
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.