Qaynar xətt:

(+99450) 247 90 86

İran parlamentinin sədri Tehranın Vaşinqtonla danışıqlar aparmadığını BİLDİRDİ

İran parlamentinin sədri Tehranın Vaşinqtonla danışıqlar aparmadığını BİLDİRDİ

SİYASƏT

132

23.03.2026, 21:09

İran ABŞ ilə heç bir danışıqlar aparmayıb.

Oxu24.com -un məlumatına görə, bu barədə İran parlamentinin sədri Məhəmmədbaqer Qalibaf "X" sosial şəbəkəsində yazıb.

O qeyd edib ki, Amerika lideri Donald Tramp danışıqlar barədə bəyanatları ilə neft qiymətlərini və maliyyə bazarlarını manipulyasiya etməyə çalışır.

"ABŞ ilə heç bir danışıqlar aparılmayıb, saxta xəbərlərdən isə maliyyə və neft bazarlarını manipulyasiya etmək, həmçinin ABŞ və İsrailin düşdüyü bataqlıqdan çıxmaq üçün istifadə olunur", - deyə Qalibaf bildirib.

Bundan əvvəl "The Jerusalem Post" qəzeti İran tərəfindən ABŞ ilə danışıqlara Qalibafın rəhbərlik etdiyini yazmışdı.Redaktor.az