Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti Nikuşor Dan ilə görüşüb
13 Noyabr 2026, 00:18
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
868
23.03.2026, 21:44
Saatlıda bayram qonaqlığı qanlı hadisə ilə nəticələnib.
Oxu24.com xəbər verir ki, hadisə martın 22-də, saat 21 radələrində rayonun Fətəlikənd kəndində yerləşən kafelərin birinin qarşısında baş verib. Aralarında yaranan mübahisə zəminində 49 yaşlı Rizvan Söhbətov qohumu, 50 yaşlı Rövşən Abdullayevə bıçaqla çoxsaylı xəsarətlər yetirib. Ürək nahiyəsindən ağır yaralanan Rövşən Abdullayev xəstəxanaya aparılarkən yolda vəfat edib.
Mərhumun qardaşı Baku TV-yə bildirib ki, tərəflər arasında əvvəlcə mübahisə yaranıb və onları ayırmaq mümkün olub: “Axşam saatlarında aralarında mübahisə oldu. Mən də orada idim, onları araladım. Sonra Rizvan evinə getdi, biz də düşündük ki, məsələ bitdi. Lakin sonradan evdən bıçaq götürərək yenidən hadisə yerinə qayıdıb. Qardaşıma oturduğu yerdə üç bıçaq zərbəsi vurub həyatına son qoydu”.
Qeyd edək ki, hadisəni törətməkdə şübhəli bilinən Rizvan Söhbətov Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində saxlanılaraq istintaqa təhvil verilib. Faktla bağlı rayon prokurorluğunda cinayət işi başlanıb.
00:49 / 13 Noyabr 2026
46
00:34 / 13 Noyabr 2026
71
00:18 / 13 Noyabr 2026
72
00:17 / 13 Noyabr 2026
84
23:53 / 12 Noyabr 2026
468
23:51 / 12 Noyabr 2026
79
23:40 / 12 Noyabr 2026
114
23:34 / 12 Noyabr 2026
85
23:24 / 12 Noyabr 2026
501
23:20 / 12 Noyabr 2026
85
23:19 / 12 Noyabr 2026
89
23:18 / 12 Noyabr 2026
93
23:12 / 12 Noyabr 2026
91
23:03 / 12 Noyabr 2026
93
23:02 / 12 Noyabr 2026
191
22:59 / 12 Noyabr 2026
90
22:55 / 12 Noyabr 2026
104
22:49 / 12 Noyabr 2026
126
22:40 / 12 Noyabr 2026
100
22:24 / 12 Noyabr 2026
166
22:21 / 12 Noyabr 2026
107
22:13 / 12 Noyabr 2026
120
21:55 / 12 Noyabr 2026
109
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.