Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti Nikuşor Dan ilə görüşüb
13 Noyabr 2026, 00:18
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
919
23.03.2026, 21:48
Azərbaycanın bölgələri arasında Tərtər rayonu öz kənd təsərrüfatı məhsulları ilə tanınır. Xüsusilə günəbaxanı sahələri bu rayonu ölkədə və regionda məşhur edib.
Oxu24.com xəbər verir ki,Tərtərdə hər il geniş əkin sahələri salınır və burada istehsal olunan günəbaxanı həm daxili bazara, həm də ixraca yönəldilir.
Bu məhsulun bölgəyə gətirdiyi iqtisadi fayda və məşhurluq, rayonu kənd təsərrüfatı ilə maraqlananlar üçün önəmli bir mərkəz halına gətirib.
Rayon əhalisi hər il ənənəvi üsullarla keyfiyyətli günəbaxan əkib becərirlər. Bu da Tərtəri, Azərbaycanın günəbaxanı ilə tanınan əsas rayonu kimi ön plana çıxarır.
Günəbaxan Tərtərdə ən gəlirli və əməktutumlu bitki növlərindən sayılır. Kənd yerlərində gəlirlərin formalaşmasında və məşğulluğun artmasında bu bitkinin becərilməsinin böyük rolu var. Bitkinin tam vegetasiya müddəti iyulun sonlarında başa çatır, məhsul yığımına isə avqustun əvvəllərində start verilir.
Qeyd edək ki, günəbaxan əsasən yağlı bitki kimi becərilir. Müasir sortların tərkibində yağın miqdarı 50-52%-ə çatır. Bitki yağlarının böyük ərzaq və texniki əhəmiyyəti vardır. Günəbaxan yağından yeyinti sənayesində, konserv, qənnadı məmulatı, marqarin hazırlanmasında geniş istifadə edilir. Eyni zamanda lak-boya, sabun bişirmə, gön-dəri aşılama, ətriyyat, toxuculuq və s. sənaye sahələrində istifadə olunur.
Hazırladı: Nərmin Balacayeva
00:49 / 13 Noyabr 2026
46
00:34 / 13 Noyabr 2026
71
00:18 / 13 Noyabr 2026
72
00:17 / 13 Noyabr 2026
84
23:53 / 12 Noyabr 2026
468
23:51 / 12 Noyabr 2026
79
23:40 / 12 Noyabr 2026
114
23:34 / 12 Noyabr 2026
85
23:24 / 12 Noyabr 2026
501
23:20 / 12 Noyabr 2026
85
23:19 / 12 Noyabr 2026
89
23:18 / 12 Noyabr 2026
93
23:12 / 12 Noyabr 2026
91
23:03 / 12 Noyabr 2026
93
23:02 / 12 Noyabr 2026
191
22:59 / 12 Noyabr 2026
90
22:55 / 12 Noyabr 2026
104
22:49 / 12 Noyabr 2026
126
22:40 / 12 Noyabr 2026
100
22:24 / 12 Noyabr 2026
166
22:21 / 12 Noyabr 2026
107
22:13 / 12 Noyabr 2026
120
21:55 / 12 Noyabr 2026
109
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.