Qollarınızda qaşınan xırda suluqlar varsa, DİQQƏTLİ olun: Bu...
17 İyun 2026, 15:26
Qaynar xətt:
(+99450) 247 90 86
TİBB
558
23.03.2026, 20:49
Ürək çatışmazlığı diaqnozu qoyulmuş xəstələr üçün düzgün qidalanma həyati əhəmiyyət daşıyır. Kardiyoloqlar bildirirlər ki, bu xəstələrdə ürəyin yığılma qabiliyyəti zəiflədiyi üçün bədən mayesinin idarə olunması xüsusilə vacibdir. Artıq maye ürəyə əlavə yük gətirir və vəziyyəti ağırlaşdıra bilər.
Oxu24.com xəbər verir ki,ürək çatışmazlığı ürəyin əzələ fəaliyyətinin zəifləməsi ilə xarakterizə olunur.
Səbəbləri müxtəlifdir: infarkt sonrası zədələnmiş ürək əzələsi, yüksək qan təzyiqi, genetik xəstəliklər və revmatik problemlər. Normal halda, ürəyin atım fraksiyası 50-70% arasındadır, yəni mədəcikdəki qan hər yığılmada 50-70% qədər orqanlara paylanır. Çatışmazlıq zamanı bu göstərici 50%-dən aşağı düşə, bəzi hallarda isə 10-20%-ə qədər azalır.
Mütəxəssislər vurğulayır ki, ürək çatışmazlığı olan xəstələrdə duzun qəbulu ciddi şəkildə məhdudlaşdırılmalıdır. Günlük duz istehlakı 2 qramdan az olmalıdır; bəzi hallarda 1,5 qram və ya daha aşağı tövsiyə olunur. Duz bədənin maye saxlamağa meyilini artırır və ürəkdə yük yaradır.
Praktikada xəstələrə tövsiyə olunur:
Evdə bişirilən yeməklərdən istifadə etsinlər; restoran və kafe yeməklərindən uzaq dursunlar.
Yeməklərə əlavə duz qoyulmasın; xəstə öz boş qabına az miqdarda duz əlavə edə bilər.
Polufabrikat və paketlənmiş qidalardan, həmçinin işlənmiş ət məhsullarından istifadə minimuma endirilsin. Paket üzərindəki natrium/duz miqdarı 140 mg-dan aşağı olan məhsullar seçilməlidir.
Həkimlər həmçinin bildirirlər ki, ürək çatışmazlığı ciddi nəzarət tələb edən xəstəlikdir. Xəstələr bədən çəkisinə diqqət etməli, hər hansı ödem, şişkinlik və ya əlamət artımı zamanı dərhal həkimlə əlaqə saxlamalıdırlar. Düzgün qidalanma, dərman müalicəsi və mütəxəssislərin birgə dəstəyi xəstənin həyat keyfiyyətini əhəmiyyətli dərəcədə yaxşılaşdıra bilər.
Jalə
15:32 / 17 İyun 2026
1
15:26 / 17 İyun 2026
18
15:22 / 17 İyun 2026
23
15:21 / 17 İyun 2026
30
15:13 / 17 İyun 2026
263
14:52 / 17 İyun 2026
226
14:15 / 17 İyun 2026
103
14:15 / 17 İyun 2026
394
13:55 / 17 İyun 2026
88
13:45 / 17 İyun 2026
70
13:37 / 17 İyun 2026
301
13:21 / 17 İyun 2026
90
13:12 / 17 İyun 2026
73
13:06 / 17 İyun 2026
98
13:04 / 17 İyun 2026
92
13:00 / 17 İyun 2026
112
12:57 / 17 İyun 2026
89
12:54 / 17 İyun 2026
93
12:44 / 17 İyun 2026
90
12:38 / 17 İyun 2026
91
12:32 / 17 İyun 2026
103
12:26 / 17 İyun 2026
101
12:21 / 17 İyun 2026
113
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.