Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti Nikuşor Dan ilə görüşüb
13 Noyabr 2026, 00:18
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
786
23.03.2026, 23:46
Bu gün Azərbaycanın görkəmli teatr və kino aktyoru, Xalq artisti Bəşir Səfəroğlunun Anım günüdür.
11 mart 1925-ci ildə Quba rayonunun Rustov kəndində dünyaya gələn Bəşir Səfəroğlu Azərbaycan realist aktyor məktəbinin ən parlaq nümayəndələrindən biri hesab olunur.
O, yeddi illik təhsilini Bakıda almış, ailə vəziyyətinin çətinliyi səbəbindən məktəbi yarımçıq qoymuşdur. 14 yaşından etibarən şoferlər klubunun dram dərnəyinə qatılaraq sənət yoluna ilk addımlarını atmışdır.
1941-ci ilin sonunda İkinci Dünya müharibəsinə yollanan Bəşir Səfəroğlu 1942-ci ildə kontuziya alaraq geri qayıdır. Bir müddət fəhlə və yük maşını sürücüsü işlədikdən sonra rejissor Niyaz Şərifovun məsləhəti ilə yenidən teatra üz tutur və aktyor kimi fəaliyyətə başlayır.
O, “Əhməd haradadır?”, “Ulduz” filmlərində yaddaqalan obrazlar yaratmış, həmçinin “Xoca Nəsrəddinin 12 qəbri” filmində Xoca Nəsrəddin rolunu canlandırmışdır.
1960-cı illərdə Azərbaycan Dövlət Filarmoniyasında fəaliyyət göstərən “Gəlməli, görməli, gülməli” miniatür teatrında Əliağa Ağayev, Müxlis Cənizadə və Ofeliya Abbasova ilə birlikdə çıxış edərək onlarla satirik obraz yaratmışdır. Onun səhnə çıxışları bu gün dünyada məşhur olan stand-up janrına yaxın üslubda idi.
Sənət uğurlarına görə:
🏅 1964-cü ildə – Azərbaycan SSR Əməkdar artisti
🏅 1968-ci ildə – Azərbaycan SSR Xalq artisti fəxri adlarına layiq görülmüşdür.
Bəşir Səfəroğlu 23 mart 1969-cu ildə, 44 yaşında Bakıda vəfat etmiş və Fəxri Xiyabanda dəfn olunmuşdur.
Allah rəhmət eləsin. 🕊
00:49 / 13 Noyabr 2026
46
00:34 / 13 Noyabr 2026
71
00:18 / 13 Noyabr 2026
72
00:17 / 13 Noyabr 2026
84
23:53 / 12 Noyabr 2026
468
23:51 / 12 Noyabr 2026
79
23:40 / 12 Noyabr 2026
114
23:34 / 12 Noyabr 2026
85
23:24 / 12 Noyabr 2026
501
23:20 / 12 Noyabr 2026
85
23:19 / 12 Noyabr 2026
89
23:18 / 12 Noyabr 2026
93
23:12 / 12 Noyabr 2026
91
23:03 / 12 Noyabr 2026
93
23:02 / 12 Noyabr 2026
191
22:59 / 12 Noyabr 2026
90
22:55 / 12 Noyabr 2026
104
22:49 / 12 Noyabr 2026
126
22:40 / 12 Noyabr 2026
100
22:24 / 12 Noyabr 2026
166
22:21 / 12 Noyabr 2026
107
22:13 / 12 Noyabr 2026
120
21:55 / 12 Noyabr 2026
109
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.