Bulvarda dənizdə batma təhlükəsi olan şəxs XİLAS EDİLDİ
19 İyun 2026, 22:18
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
2222
23.03.2026, 22:02
Martın 23-də Prezident İlham Əliyevin Şamaxıya səfəri çərçivəsində rayonun ölkəmizin əsas turizm mərkəzlərindən birinə çevrilməsi və yeni yaradılan infrastrukturun gələcək perspektivləri barədə danışıb.
“Bu gün Şamaxı rayonunda çox böyük işlər görülür. Şamaxı ölkəmizin turizm mərkəzlərindən birinə çevrilib”.
Qeyd edək ki, bir çox müasir istirahət zonaları, otellər, iaşə, mədəniyyət və təhsil obyektləri yaradılıb. Şamaxı-Bakı avtomobil yolu müasirləşdirilib. Bu yol həm Bakı, həm də ölkənin qərb və şimal-qərb bölgələri ilə əlaqəni asanlaşdırıb. Hazırda Şamaxı-İsmayıllı-Qəbələ yeni avtomobil yolu da inşa edilir.
Məsələ ilə bağlı Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının İdarə Heyətinin sədri Göydəniz Qəhrəmanov Oxu24.com-a açıqlamasında bildirib ki, dövlət başçısının dəstəyi ilə ölkəmizdə turizm prioriteti sahələrindən birinə çevrilib və ildən-ilə Azərbaycana gələn turistlərin sayında artım müşahidə olunur:
“Bildirmək istəyirəm ki, turizm ölkəmizə valyuta axınını təmin edən sahələrdən biridir və yeni iş yerlərinin açılmasında, məşğulluğun təmin olunmasında xüsusi rolu var. Dövlətimiz tərəfindən həm paytaxtda, həm regionlarda infrastrukturun qurulması, turistlərin cəlb edilməsi üçün əlverişli bir şərait var. Çox qısa bir zamanda, bilirsiniz ki, Qarabağda üç beynəlxalq hava limanları inşa olunub. Yeni yollar salınır, körpülər, yeni otellər tikilir. Bizdə həm qış, həm yay turizm imkanları çox genişdir. Qış aylarında bizim bir neçə xizək turizmi ilə bağlı xizək komplekslərimiz fəaliyyət göstərir, dəniz turizmi də var.
Regionlarımıza gələn turistlərin sayında artım müşahidə olunur. Və Şamaxı da bilirsiniz ki, paytaxta ən yaxın olan rayonlardan biridir və son illər bu rayonda böyük turizm tədbirləri həyata keçirilir, festivallar həyata keçirilir. Burada yeni otellər inşa olunub. Eyni zamanda, digər rayonlarla logistik imkanları tam olaraq yenidən bərpa olunur, qurulur.
Ümumiyyətlə, Şamaxının böyük turizm imkanları mövcuddur. Turistlər üçün çox əlverişlidir. Çünki, çox qısa bir zamanda paytaxtdan Şamaxıya səfər edə bilirlər və qeyd etdiyim kimi digər rayonlara da çox yaxın olduğu, infrastrukturu uyğun olduğu üçün, logistik infrastrukturu uyğun olduğu üçün digər rayonlara da rahatlıqla çatmaq olar və turistlər həm Şamaxıya, həm də digər rayonlara da səfər edirlər.
Şamaxı turistləri qəbul etmək imkanına mövcuddur və eyni zamanda da tranzit rayon kimi yaxşı bir imkanları var. Düşünürəm ki, bu tendensiya getdikccə genişlənəcək”.
Çimnaz Telmanqızı
09:49 / 20 İyun 2026
1
09:46 / 20 İyun 2026
17
09:44 / 20 İyun 2026
20
00:22 / 20 İyun 2026
1092
00:13 / 20 İyun 2026
499
00:10 / 20 İyun 2026
131
23:56 / 19 İyun 2026
4043
23:51 / 19 İyun 2026
121
23:49 / 19 İyun 2026
243
23:19 / 19 İyun 2026
237
23:03 / 19 İyun 2026
3353
22:56 / 19 İyun 2026
307
22:40 / 19 İyun 2026
360
22:34 / 19 İyun 2026
704
22:24 / 19 İyun 2026
111
22:18 / 19 İyun 2026
112
22:06 / 19 İyun 2026
118
21:56 / 19 İyun 2026
821
21:53 / 19 İyun 2026
138
21:17 / 19 İyun 2026
112
21:15 / 19 İyun 2026
115
21:08 / 19 İyun 2026
115
20:58 / 19 İyun 2026
512
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.