20 ildir sərnişin təyyarəsini meşədə evə çevirib-Foto
09 May 2026, 23:27
Qaynar xətt:
(+99450) 247 90 86
MARAQLI
512
23.03.2026, 20:55
Alimlər kainatdakı ən sirli və müəmmalı varlıqlardan biri olan qara dəlikləri hələ də öyrənməkdədirlər. Quran ayələrində “görünməyənlərə, sürətlə hərəkət edib süpürənlərə” and içilməsi ilə işarə olunan bu varlıqların ilk real fotosu yalnız 2019-cu ildə çəkilmişdir. Həmin foto Event Horizon Teleskop əməkdaşlığı tərəfindən əldə olunub və NASA da həmin il qara dəliyin ilk görüntüsünü təqdim etmişdi.
Oxu24.com xəbər verir ki,qara dəliklər, alimlərin fikrincə, kainatda mövcud olan ən əzəmətli və sirli cisimlərdir.
Onlar önünə çıxan hər şeyi öz cazibə qüvvəsi ilə udur; işıq belə onlardan qaça bilmir. Yerə ən yaxın qara dəlik təxminən 1500 işıq ili uzaqlıqda yerləşir və o qədər sıxlığa malikdir ki, yer kürəsi onun içinə düşsə, öz ölçüsünü itirmədən 1 sm-ə qədər kiçilərdi. Alimlər bu qara dəliyi ulduz qəbirsanlığı da adlandırırlar, çünki o, qarşısına çıxan ulduzları məhv edir.
Qara dəliyin xüsusiyyətləri Quran ayələrində keçən əl-xunnəs, el-cəvari və el-kunnəs kəlmələri ilə təsvir olunur. Bu kəlmələr müasir elm tərəfindən qara dəliyin görünməzliyi, sürətli hərəkəti və qarşısına çıxanı udma xüsusiyyəti ilə uyğunlaşdırılır. Tarixi təfsirlərə görə, 9-cu əsrdən etibarən Məhəmməd ibn Cərir Əttəbəri, İbn Kəsir və digər təfsir alimləri bu ayələri ulduzlar və onların davranışı ilə əlaqələndirmişdilər.
Müasir astronomiya da qara dəliklərin ulduzların ölümündən sonra əmələ gəldiyini təsdiqləyir. Nəhəng bir göy cisminin nüvəsi çökəndə son dərəcə böyük cazibə qüvvəsi yaranır və hərəkət edən cisimlərin yolu kəsilir. Bu gün Quranın 1400 il öncə xəbər verdiyi bu sirli kainat varlığı həm elm, həm də dini baxımdan diqqət çəkir və kainatın yaradılışındakı möcüzələrin nümunəsi kimi göstərilir.
Jalə
12:11 / 11 May 2026
8
12:07 / 11 May 2026
25
12:01 / 11 May 2026
50
11:53 / 11 May 2026
31
11:43 / 11 May 2026
356
11:18 / 11 May 2026
41
11:07 / 11 May 2026
199
11:05 / 11 May 2026
52
10:59 / 11 May 2026
368
10:53 / 11 May 2026
53
10:46 / 11 May 2026
438
10:42 / 11 May 2026
74
10:41 / 11 May 2026
60
10:38 / 11 May 2026
51
10:23 / 11 May 2026
386
10:21 / 11 May 2026
62
10:20 / 11 May 2026
51
10:18 / 11 May 2026
49
09:48 / 11 May 2026
77
09:45 / 11 May 2026
60
00:40 / 11 May 2026
358
00:29 / 11 May 2026
218
00:17 / 11 May 2026
414
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.