Sabah Xocalıya növbəti köç olacaq
18 Fevral 2026, 19:06
Qaynar xətt:
(+99450) 247 90 86
QARABAĞ
105
24.02.2026, 18:27
Cənubi Qafqazda nəqliyyat-kommunikasiya xətlərinin açılması məsələsi regionun əsas siyasi gündəmlərindən biri olaraq qalır. Xüsusilə Zəngəzur istiqamətində mümkün marşrutların hansı formatda və nə vaxt reallaşa biləcəyi həm siyasi dairələrdə, həm də ictimaiyyət arasında geniş müzakirə olunur. Mövcud siyasi reallıqlar fonunda bu layihənin yaxın perspektivdə həyata keçirilməsi nə dərəcədə real görünür?
Oxu24.com xəbər verir ki, mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən Ağ Partiya sədri Tural Abbaslı “dəhliz” anlayışı müxtəlif formalarda təqdim olunduğunu və bu səbəbdən məsələyə fərqli yanaşmalar mövcud olduğunu bildirib.
Onun sözlərinə görə, əgər söhbət TRIP marşutundan gedirsə, həmin marşrutun yaxın 1–2 il ərzində açılması mümkündür:
“Çünki ABŞ-ın maliyyə və siyasi dəstəyi Ermənistan üçün bu məsələdə həlledici rol oynaya bilər. Bu baxımdan marşrutun yaxın zamanda istifadəyə verilməsi real görünür.
Azərbaycanın nəzərdə tutduğu klassik Zəngəzur dəhlizi modeli isə hazırkı şəraitdə mümkün hesab olunmur. TRIP layihəsi çərçivəsində Mehri ərazisindən keçən 42 kilometrlik yol Ermənistanın yurisdiksiyası altında qalır və Azərbaycanın həmin əraziyə birbaşa təsir imkanları yoxdur”.
Partiya sədrinin sözlərinə görə, Azərbaycanın gözlədiyi dəhliz modelində isə yol beynəlxalq hüquqi statusa malik olmalı, Ermənistanın nəzarət və yoxlama səlahiyyətləri məhdudlaşdırılmalı idi:
“Bizim nəzərdə tutduğumuz variantda Ermənistanın yurisdiksiyası tətbiq olunmurdu, beynəlxalq statuslu marşrut olmalı idi və Azərbaycan vətəndaşları həmin yoldan maneəsiz istifadə edə bilməli idilər. TRIP razılaşmasında isə vəziyyət fərqlidir”.
Həmçinin oxuyun
21:45 / 24 Fevral 2026
13
21:42 / 24 Fevral 2026
13
21:39 / 24 Fevral 2026
71
21:35 / 24 Fevral 2026
18
21:34 / 24 Fevral 2026
17
21:31 / 24 Fevral 2026
20
21:08 / 24 Fevral 2026
20
21:08 / 24 Fevral 2026
49
21:03 / 24 Fevral 2026
33
20:51 / 24 Fevral 2026
48
20:39 / 24 Fevral 2026
60
20:35 / 24 Fevral 2026
29
20:24 / 24 Fevral 2026
70
20:23 / 24 Fevral 2026
366
20:12 / 24 Fevral 2026
188
20:12 / 24 Fevral 2026
58
19:59 / 24 Fevral 2026
53
19:50 / 24 Fevral 2026
80
19:47 / 24 Fevral 2026
55
19:46 / 24 Fevral 2026
123
19:23 / 24 Fevral 2026
67
19:15 / 24 Fevral 2026
77
19:05 / 24 Fevral 2026
263
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.