Sumqayıtda iş axtaranlara ŞAD XƏBƏR
13 Noyabr 2026, 20:37
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
719
24.02.2026, 21:35
Arterial təzyiqi olan şəxslər əksər hallarda oruc tuta bilərlər. Lakin şəkərli diabet xəstələrində məsələ daha həssas yanaşma tələb edir.
Bu barədə Oxu24.com-a açıqlama verən həkim Mehdi Balaşov bildirib ki, hər iki halda əsas diqqət yetirilməli məqam dərmanların düzgün tənzimlənməsidir.
Onun sözlərinə görə, həm arterial hipertenziyası, həm də şəkərli diabeti olan xəstələr gün ərzində müxtəlif dərman preparatları qəbul edirlər. Bu dərmanlar uzun, orta və qısa təsirli qruplara bölünür. Oruc zamanı isə gün ərzində dərman qəbulu mümkün olmadığından, xüsusilə qısa təsirli preparatlar problem yarada bilər.
Həkim qeyd edib ki, təzyiq xəstələri imsaq vaxtı qəbul etdikləri dərmanın gün boyu, iftara qədər təsir göstərməsini təmin etməlidirlər. Əks halda, qısa təsirli dərmanın təsiri 2–3 saatdan sonra azalaraq gün ərzində təzyiqin yenidən yüksəlməsinə səbəb ola bilər.
Şəkərli diabet xəstələrində isə risk daha böyükdür. Xüsusilə insulin istifadə edən pasiyentlərdə dərman dozası düzgün tənzimlənməzsə, iki təhlükəli vəziyyət yarana bilər: gün ərzində şəkərin kəskin yüksəlməsi və ya əksinə, qida qəbul edilmədiyi üçün qanda şəkərin həddindən artıq düşməsi – hipoglikemiya. Bu isə hətta hipoglikemik komaya qədər gətirib çıxara bilər.
Mütəxəssis vurğulayıb ki, oruc tutmaq istəyən arterial təzyiq və diabet xəstələri mütləq həkimə müraciət etməli, dərmanların dozası və növü imsaq və iftar saatlarına uyğun şəkildə yenidən tənzimlənməlidir. Özbaşına qərar vermək ciddi fəsadlara səbəb ola bilər.
Hazırladı: Jalə
20:50 / 13 Noyabr 2026
1
20:41 / 13 Noyabr 2026
47
20:37 / 13 Noyabr 2026
48
20:35 / 13 Noyabr 2026
17
20:20 / 13 Noyabr 2026
68
20:09 / 13 Noyabr 2026
181
20:06 / 13 Noyabr 2026
67
20:05 / 13 Noyabr 2026
74
19:58 / 13 Noyabr 2026
160
19:53 / 13 Noyabr 2026
176
19:41 / 13 Noyabr 2026
104
19:38 / 13 Noyabr 2026
573
19:35 / 13 Noyabr 2026
92
19:30 / 13 Noyabr 2026
306
19:28 / 13 Noyabr 2026
137
19:23 / 13 Noyabr 2026
97
19:05 / 13 Noyabr 2026
98
18:59 / 13 Noyabr 2026
101
18:59 / 13 Noyabr 2026
95
18:50 / 13 Noyabr 2026
95
18:38 / 13 Noyabr 2026
111
18:31 / 13 Noyabr 2026
93
18:26 / 13 Noyabr 2026
97
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.