Aktrisa: “Seriallardakı ən böyük problem keyfiyyətə yox...” - MÜSAHİBƏ
21 May 2026, 14:59
Qaynar xətt:
(+99450) 247 90 86
MÜSAHİBƏ
994
24.02.2026, 20:12
"Rusiya savaşa türk xalqlarını bu məqsədlə göndərir, onları qırdırır" - Ekspert səbəbləri sadaladı
2025-ci il İtkilər baxımından Rusiya üçün ən qanlı il olub. Beynəlxalq təşkilat və media iddia edir ki, təkcə ötən il 49.935 rus hərbçisinin öldüyünü təsdiqlənib.
Məslənin ən diqqət çəkən nüansı odur ki, ölüm hallarının mütləq sayına görə, siyahının başında Başqırdıstan (7,7 min), Tatarıstan (6,8 min) və Sverdlovsk vilayəti (6,3 min) gəlir.
Mövzu ilə bağlı Oxu24.com-un suallarını diaspor üzrə araşdırmaçı-ekspert Elnur Eltürk cavablandırıb.
-Elnur müəllim, Rusiya Ukrayna ilə müharibə aparır, amma müharibədə ruslardan daha çox ölənlər ölkə ərazisindəki türk kökənli xalqlardır.Rusiya bunu qəsdənmi edir?
-Rusiyanın Ukraynaya qarşı müharibəsi ilk gündən bütün dünyanın gündəmindədir və qonşu olduğumuz üçün qeyri-ixtiyari biz də bu qanlı müharibəni izləyirik. Əslində müharibənin ilk günündən görürük ki, döyüşə ən çox türk və müsəlman dinindən olanlar məcbur aparılır. Hətta 2022-ci ilin payızında ardıcıl səfərbərliyə məruz qalmış etiraz mitinqləri keçirdilər. Başqırd millətçiləri səfərbərliyə cavab olaraq Respublikanın Rusiyadan ayrılması şüarları altında silahlı müqavimət göstərdilər. Hətta başqırdların bir lideri var: adı Ruslan Qabbasov mediaya dedi ki, bu bizim müharibəmiz deyil:”Başqırdılar niyə Ukraynada “rus dünyası” uğrunda ölməlidirlər?”
Hətta deyə bilərəm ki, Tatarıstan rəhbəri də tatarların müharibəyə aparılmasına qarşı olub. 2010-cu ildən tatarların lideri Rüstəm Minnexanov elan etmişdi ki, yaxşı olar ki, əhalinin sıxlığı ilə seçilən Moskva və Sankt-Peterburqdan əsgər toplasınlar. Amma Rusiya admistrasiyası bunu qətiyyən qəbul etmədi.
- Axı niyə?
-Bunun bir çox səbəbləri var. Əsas səbəb odur ki, Rusiya dövlət olub ortaya çıxandan özünə düşmən kimi türkləri seçib. Odur ki, ruslar tarix boyu ən çox müharibə apardığı xalq da, dövlət də Türkiyə olub, türklər olub. Odur ki, istər çar Rusiyası dövründə, istər sovet dövründə , istər müasir federativ dövrdə Rusiya pataloji olaraq düşmən hesab etdiyi millətin nümayəndələrinin məhvini məqsədli şəkildə həyata keçirib.Çox uzaq tarixi demirəm: Sovet hökümətinin yarandığı gündən dağıldığı günə qədər heç bir günahı olmayan, amma deportasiyaya, represiyaya, kütləvi işğəncə və qətllərə məruz qalan türk xalqlarının nümayəndələri olub.
-Dediyiniz fikirləri təsdiq edəcək faktlar çoxdurmu?
-Əslində bilmirəm hansından başlayım, amma öz xalqımı qoyub başqa xalqdan başlamaq istəmirəm. Deməli, 1918-ci -ci illərdə - yəni çar Rusiyası dövründə rus silahlı bolşeviklərinin və bolşevik qılığına girmiş daşnakçı ermənilərin Bakıda yaratdığı mart soyqırımı, sovet hakimiyyəti illərində sonra repressiya illəri, sürgün, həbs, kütləvi qətllər türk kökənli azərbaycanlılara qarşı düşmənçilik deyildi? Daha sonra Böyük Vətən Müharibəsində 300 mindən çoxu azərbaycanlılar kütləvi şəkildə müharibəyə qurban verilmədi? Azərbaycanlıların doğma torpaqlarından 3 dəfə kütləvi şəkildə deportasiya edilməsi düşmənçilik deyil?
-Bu hallar sovet imperiyasın başqa xalqlarına qarşı edilibmi?
- Türk kökənli istənilən xalq sovet rejiminin verdiyi deportasiya, qırğın, repressiya və s. kimi dəhşəti yaşayıb. Qaraçaylılar Qafqazda yaşayan və ilk həyata keçirilən deportasiyanın qurbanına çevrilən etnik qrupdur. Sonra balkanlar, Krım tatarları, Axısqa türkləri və kalmıklar Mərkəzi Asiyaya yola salınıb və xüsusi yırtıcılığa məruz qalıblar.
-Yəqin ki, qazax, özbək, türkmən kimi böyük türk xalqlarını etnik qruplara yaşatdığını yaşada bilməyiblər.
- Sovet rejimi onlara da bir başqa formada dəhşət yaşada bilib.Sovet hökümətinin əli ilə erməni daşnak-Nemezis üzvü olan Levon Mirzoyanın Qazaxıstana göndərilməsinin səbəbi qazax xalqına qarşı soyqırım törətmək olub. Oxuduğum məlumatlarda deyilir ki, 1920-1933-ci illər sovetin məqsədli şəkildə erməninin əli ilə Qazaxıstanda qəsdən yaradılan aclıq fəlakəti səbəbiylə, qazaxların 40 faizindən çoxu, yəni, təxminən 2 milyon 230 min məhv edildi. 110 min qazax sürgün edilib, 25 min insan isə güllələnib...Bu gün əgər Rusiya Ukraynaya Moskvada kef içərisində yaşayan rusları deyil , türk kökənli xalqların nümayəndələrini göndərirsə, bu rusların pataloji nifrətinin nəəticidir və rusun atası olan I Pyoturdan qalma vəsiyyətnamənin məqsədyönlü davamıdır.
- Ətraflı açıqlamaya görə, sizə dərin təşəkkürümüzü bildiririk.
Söhbətləşdi: Əntiqə Rəşid
11:44 / 23 May 2026
45
11:41 / 23 May 2026
51
11:40 / 23 May 2026
53
10:08 / 23 May 2026
96
01:03 / 23 May 2026
247
00:16 / 23 May 2026
489
00:09 / 23 May 2026
400
00:06 / 23 May 2026
230
00:04 / 23 May 2026
164
00:00 / 23 May 2026
439
23:49 / 22 May 2026
162
23:45 / 22 May 2026
556
23:43 / 22 May 2026
374
23:38 / 22 May 2026
277
23:30 / 22 May 2026
257
23:30 / 22 May 2026
146
23:19 / 22 May 2026
165
23:18 / 22 May 2026
190
23:14 / 22 May 2026
201
23:02 / 22 May 2026
819
22:56 / 22 May 2026
136
22:56 / 22 May 2026
142
22:52 / 22 May 2026
316
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.