Şərab ləkəsi tamamilə yox ola bilərmi? – Dermatoveneroloqdan müalicə ilə bağlı açıqlama
12 Noyabr 2026, 23:03
Qaynar xətt:
(+99450) 247 90 86
TİBB
797
24.02.2026, 21:03
Antidepresan preparatların asılılıq yaratması ilə bağlı cəmiyyətdə formalaşan fikirlərə aydınlıq gətirilib.
Uzman nevroloq Çinarə Çərkəzzadə Oxu24.com-a bildirib ki, antidepresanlar klassik mənada asılılıq mexanizminə malik deyil.
Onun sözlərinə görə, asılılıq adətən dərmanın nəzarətsiz istifadəsi, dozanın getdikcə artırılması ehtiyacı və beyində mükafat-həzz mexanizmlərinin aktivləşməsi ilə xarakterizə olunur.
Həkimin sözlərinə görə,antidepresanlarda isə bu xüsusiyyətlər müşahidə edilmir. Bu preparatların əsas təsir mexanizmi beyində serotonin, noradrenalin və dopamin kimi neyrotransmitter sistemlərindəki funksional pozğunluqları tənzimləməyə yönəlib. Məqsəd beyin neyrokimyasını fizioloji hədlər daxilində balanslaşdırmaqdır.
Mütəxəssis qeyd edib ki, pasiyentlərin tez-tez səsləndirdiyi “dərmanı buraxa bilmirəm” ifadəsi asılılıqla bağlı deyil. Bu hal, preparatın qəfil dayandırılması zamanı yaranan müvəqqəti kəsilmə və ya uyğunlaşma simptomları ilə əlaqədardır. Buna görə də antidepresanlar yalnız həkim nəzarəti altında və mərhələli şəkildə dayandırılmalıdır.
Nevroloqun sözlərinə görə, antidepresanlar şəxsiyyət dəyişikliyinə səbəb olmur, iradəni zəiflətmir və asılılıq yaratmır.
Hazırladı: Jalə
20:50 / 13 Noyabr 2026
1
20:41 / 13 Noyabr 2026
47
20:37 / 13 Noyabr 2026
48
20:35 / 13 Noyabr 2026
17
20:20 / 13 Noyabr 2026
68
20:09 / 13 Noyabr 2026
181
20:06 / 13 Noyabr 2026
67
20:05 / 13 Noyabr 2026
74
19:58 / 13 Noyabr 2026
160
19:53 / 13 Noyabr 2026
176
19:41 / 13 Noyabr 2026
104
19:38 / 13 Noyabr 2026
573
19:35 / 13 Noyabr 2026
92
19:30 / 13 Noyabr 2026
306
19:28 / 13 Noyabr 2026
137
19:23 / 13 Noyabr 2026
97
19:05 / 13 Noyabr 2026
98
18:59 / 13 Noyabr 2026
101
18:59 / 13 Noyabr 2026
95
18:50 / 13 Noyabr 2026
95
18:38 / 13 Noyabr 2026
111
18:31 / 13 Noyabr 2026
93
18:26 / 13 Noyabr 2026
97
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.