Gəncədə 11 yaşlı qızı maşın vurdu
21 May 2026, 19:38
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
663
24.02.2026, 20:24
Son dövrlərdə Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin adından qanunsuz istifadə olunması halları qeydə alınır.
Oxu24.com xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi xəbərdarlıq yayıb.
Qeyd olunub ki, Mərkəzin adından çıxış edən bəzi şəxslər Bakı şəhərinin müxtəlif rayonlarında, eləcə də respublikanın digər bölgələrində fəaliyyət göstərən obyektlərə yaxınlaşaraq sanitar-epidemioloji vəziyyətin guya qənaətbəxş olmadığı barədə əsassız iddialar irəli sürür, dezinfeksiya, dezinseksiya, deratizasiya və digər xidmətlərin həyata keçirilməsinin zəruri olduğunu bildirir, əks təqdirdə inzibati məsuliyyət tədbirlərinin görüləcəyi ilə bağlı xəbərdarlıq edirlər.
Nazirliyin xəbərdarlığında bildirilib ki, qüvvədə olan qanunvericiliyinə əsasən, dövlət sanitariya-epidemioloji nəzarəti çərçivəsində yoxlamalar yalnız qanunla müəyyən edilmiş qaydada həyata keçirilir. Bu zaman vəzifəli şəxslər mütləq qaydada öz xidməti vəsiqələrini təqdim etməli, həmçinin sahibkarlıq subyektlərinə münasibətdə yoxlamanın aparılması barədə qərarın surətini və yoxlamanın sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması haqqında çıxarışı təqdim etməlidirlər.
“Rəsmi yoxlamalar yalnız Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin səlahiyyətli əməkdaşları tərəfindən və müvafiq hüquqi əsaslar mövcud olduqda aparılır. Mərkəzin adından istifadə etməklə hər hansı kommersiya xidmətlərinin təklif edilməsi və ya hədə-qorxu yolu ilə ödəniş tələb olunması qanunsuzdur.
Vətəndaşlardan və sahibkarlıq subyektlərindən belə hallarla qarşılaşdıqda dərhal aidiyyəti üzrə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin 9103 qaynar xətti, Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin (012) 421-13-93 nömrəsi və ya Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin 102 xidməti vasitəsilə məlumat vermələri xahiş olunur”, – məlumatda vurğulanır.
Səhiyyə Nazirliyi bir daha vətəndaşları diqqətli olmağa, bu kimi hallara qarşı həssas yanaşmağa və yalnız rəsmi dövlət qurumlarının təqdim etdiyi məlumatlara etibar etməyə çağırıb.
19:38 / 21 May 2026
28
19:25 / 21 May 2026
47
19:00 / 21 May 2026
54
18:42 / 21 May 2026
66
18:26 / 21 May 2026
123
18:15 / 21 May 2026
75
17:59 / 21 May 2026
76
17:45 / 21 May 2026
81
17:25 / 21 May 2026
75
17:14 / 21 May 2026
68
17:07 / 21 May 2026
399
16:58 / 21 May 2026
74
16:46 / 21 May 2026
207
16:44 / 21 May 2026
69
16:42 / 21 May 2026
76
16:41 / 21 May 2026
83
16:31 / 21 May 2026
68
16:29 / 21 May 2026
66
16:07 / 21 May 2026
357
16:02 / 21 May 2026
75
16:00 / 21 May 2026
72
15:54 / 21 May 2026
77
15:46 / 21 May 2026
75
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.