Soyuducuya maqnit yapışdıranlara CİDDİ XƏBƏRDARLIQ
06 Aprel 2026, 23:36
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
8866
24.02.2026, 21:39
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) bu qurumda Ramiz Mehdiyevin kadrına yüksək vəzifə verildiyi barədə yayılmış məlumatlarla bağlı açıqlama yayıb.
Oxu24.com xəbər verir ki, Modern.az-a daxil olan cavabda AMEA Rəyasət Heyəti Aparatı Elm və təhsil şöbəsinin əməkdaşı, 1990-cı il təvəllüdlü Aynur Cavanşir qızı Günəşlinin R.Mehdiyevin kadrı olduğu təkzib edilir.
Ancaq təkzib mətnini diqqətlə oxuduqda nədənsə fərqli təəssürat yaradır. Açıqlamada bildirilir ki, Aynur Günəşli 11 iyun 2016-cı il tarixdən 30 aprel 2021-ci il tarixədək - 4 ildən çox AMEA Elm Tarixi İnstitutunun Kadrlar şöbəsinin müdiri vəzifəsində çalışıb, “2021-ci ildə isə 4 ay AMEA Rəyasət Heyəti Kadrlar şöbəsində baş mütəxəssis kimi fəaliyyət göstərmişdir”.
“Ramiz Mehdiyevin Milli Elmlər Akademiyasının “rəhbəri” olduğu dövrdə - 24 aprel 2021-ci ildən 25 noyabr 2022-ci ilədək AMEA Rəyasət Heyətinin Aparat rəhbərinin köməkçisi vəzifəsini daşımışdır ki, bunun da cəmisi 9 ayı (19 fevral 2022-ci ilədək) həmin mərhələyə aiddir. Tutduğu kiçik vəzifəyə görə o, hər hansı qərar qəbul etmə və ya sosial şəbəkələrdə şişirdilmiş şəkildə deyildiyi kimi, “məxfi sənədlərin hazırlanmasında” iştirak etmək səlahiyyətinə malik olmamışdır”, - cavabda qeyd edilir.
Maraqlıdır, niyə Ramiz Mehdiyevin AMEA-ya rəhbərlik etməsi dırnaq içərisində verilib?
Digər tərəfdən, A.Günəşlinin 2021-ci ilin 30 aprel tarixinə qədər Elm Tarixi İnstitutunda işlədiyi, “2021-ci ildə isə AMEA Rəyasət Heyəti Kadrlar şöbəsində baş mütəxəssis kimi fəaliyyət göstərdiyi”, 2021-ci ilin 24 aprelindən 2022-ci ilin 25 noyabrına qədər AMEA RH Aparat rəhbərinin köməkçisi olduğu və R.Mehdiyevin dövründə cəmi 9 ay işlədiyi vurğulanır.
Aləm qarışıb: 30 aprel 2021-ci ilə qədər Elm Tarixi İnstitutunda kadrlar şöbəsinin müdiri olubsa, 24 apreldə - yəni 6 gün əvvəl - AMEA Rəyasət Heyətinin Aparat rəhbərinin köməkçisi vəzifəsinə necə təyin olunub?
Həmçinin AMEA açıqlamasında yazır: “2021-ci ildə isə 4 ay AMEA Rəyasət Heyəti Kadrlar şöbəsində baş mütəxəssis kimi fəaliyyət göstərmişdir”.
2021-ci ilin 30 aprelində Elm Tarixi İnstitutunda vəzifəsini başa vurub, cəmi 4 ay AMEA Rəyasət Heyəti Kadrlar şöbəsində baş mütəxəssis olub və 24 aprel 2021-ci ildə Aparat rəhbərinin köməkçisi vəzifəsinə təyin olunub?
Burda - yəni AMEA-da nə baş verir? Özünüzü, yoxsa açıqlamanızı oxuyanları ələ salırsınız?
Qurduğunuz “tarixi ardıcıllıq”dan xəbəriniz varmı?
AMEA-nın başını itirdiyi bəlli idi, ancaq bu qurumda bu cür cavab hazırlayan “alimlərin” cəmləşdiyini öyrənmək bir ayrı kəşf oldu.
Həmçinin oxuyun
Ramiz Mehdiyev 2019-cu ilin 23 oktyabrında AMEA prezidenti seçilib, 14 fevral 2022-ci ildə vəzifədən istefa verib. Belə görünür ki, bu gənc kadrın AMEA Rəyasət heyətinə dəvət edilməsi - 2021-ci ilin apreli - Ramiz Mehdiyevin dırnaqarası deyil, birbaşa rəhbərlik etdiyi dövrə düşür.
Xanım əməkdaş məhz Ramiz Mehdiyevin rəhbərlik etdiyi vaxtda AMEA Rəyasət Heyətinə gətirilib, ancaq hansı vəzifəyə? O, 24 apreldə Aparat rəhbərinin köməkçisi təyin olunubsa, bəs, 30 aprelə qədər Elm Tarixi İnstitutunda kadrlar şöbəsinin rəisi və “4 ay AMEA Rəyasət Heyəti Kadrlar şöbəsində baş mütəxəssis” işləyən kim olub?
“Bunun da yalnız 9 ayı həmin mərhələyə aiddir” deyə, AMEA 19 fevral 2022-ci il tarixini qeyd edir. Bu tarix nədənsə dəqiqliklə seçilib: 14 fevralda Ramiz Mehdiyev istefa verib, AMEA-nın Ümumi Yığıncağı isə onun istefasını 19 fevralda qəbul edib.
Maraqlıdır ki, bütün tarixi qarışdıran AMEA Ramiz Mehdiyevin istefasının qəbul olunduğu tarixi səhv salmayıb, halbuki R.Mehdiyevin öz tərcümeyi-halında onun AMEA prezidenti vəzifəsindən azad olunması kimi istefa verdiyi tarix - 14 fevral 2022-ci il - göstərilib.
Yeri gəlmişkən, AMEA-nın açıqlamasında daha iki cümlə diqqət çəkir:
“Aynur Günəşli Elm və təhsil şöbəsinin 15 nəfərdən ibarət olan əməkdaşlarına təqdim edilmişdir”.
“Sosial şəbəkələr bacarıqlı bir gənc mütəxəssisi yalan, uydurma məlumatlarla hədəfə alıb, ona kölgə salmağa çalışmaqla yüzlərlə başqa gənclərin də ümidlərini qırmağa xidmət edirlər”.
1. Şöbənin “15 nəfərdən ibarət olan əməkdaşları” olmur, 15 nəfərdən ibarət kollektiv olur;
2. “Yüzlərlə başqa gənclər” ifadəsi savadsızlıqdır.
Azərbaycan Prezidenti İlham Əliyev AMEA-nın yubileyində iştirak edərkən ana dili ilə bağlı narahatlığını xüsusi vurğuladı və alimlərə çağırış etdi.
AMEA-ya rəhbərlik edən İsa Həbibbəyli filologiya elmləri doktoru, professordur, AMEA-nın həqiqi üzvüdür. Əgər filologiya elmləri doktoru, professorun rəhbərlik etdiyi AMEA dilə bu cür “diqqət” göstərirsə, hazırladığı cavabda bütün tarixləri dolaşdırırsa, bu qurumun hansı səviyyədə olduğunu təsəvvür etmək çətin deyil!
Axar.az
23:58 / 06 Aprel 2026
1
23:36 / 06 Aprel 2026
127
23:18 / 06 Aprel 2026
138
23:00 / 06 Aprel 2026
65
22:44 / 06 Aprel 2026
169
22:31 / 06 Aprel 2026
71
22:16 / 06 Aprel 2026
200
22:07 / 06 Aprel 2026
207
21:52 / 06 Aprel 2026
176
21:33 / 06 Aprel 2026
74
21:26 / 06 Aprel 2026
83
21:08 / 06 Aprel 2026
92
20:56 / 06 Aprel 2026
209
20:50 / 06 Aprel 2026
209
20:38 / 06 Aprel 2026
179
20:30 / 06 Aprel 2026
82
20:10 / 06 Aprel 2026
244
20:06 / 06 Aprel 2026
112
20:02 / 06 Aprel 2026
163
20:00 / 06 Aprel 2026
224
19:55 / 06 Aprel 2026
68
19:50 / 06 Aprel 2026
95
19:49 / 06 Aprel 2026
225
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.