DİQQƏT! İmtahanın vaxtı dəyişdirildi
13 Noyabr 2026, 20:58
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
834
24.02.2026, 19:46
Bu gün – 24 fevral tarixində Rusiyanın Ukraynada başladığı genişmiqyaslı işğalçı müharibənin 4-cü ili tamam olur.
Rusiya bu 4 ildə nə qazandı?
Oxu24.com-un mövzu ilə bağlı sualını siyasi şərhçi Müşfiq Abdulla cavablandırıb.
Siyasi şərhçi bildirib ki, hələ Rusiyanın Ukraynaya qarşı müharibənin ilk günlərində Rusiya admistrasiyası hesab edirdi ki, 3 gün müddətinə Ukrayna “dizlərini yerə atacaq” təslim olacaq. Rusiya bu fikrə o qədər inanırdı ki, hətta Almaniya Ukraynaya silah satmaq istəməmişdi. Xatırlayırsınızsa, Ukraynanın Berlindəki səfiri Andrey Melnik Almaniyanın ölkəsinə silah tədarükü ilə bağlı siyasətini rüsvayçılıq adlandırmışdı. Rusiyanın və bir çox dövlətlərin nə düşündüyünə baxmayaraq, çətin olsa da Ukrayna hələki təslim olmayıb və özündən bir neçə dəfə güclü Rusiyaya qarşı şərəflə döyüşür.
“Rusiyanın qazancı nə oldu?”-deyə soruşursunuzsa, bunu Ukraynanın müharibə məlumatlarında görmək mümkündür. Statiskaya baxaq:” 24 fevral 2022-ci ildən 24 fevral 2026-cı ilə qədər Rusiya qoşunlarının Ukrayna ərazisindəki ümumi döyüş itkiləri təxminən 1.261.420 nəfər təşkil edib (son 24 saatda 920 nəfər artım) . Bundan əlavə, müharibənin əvvəlindən bəri aşağıdakılar məhv edilmişdir:
11.698 (+2) tank, 24.086 (+4) zirehli texnika, 37.560 (+50) artilleriya sistemi,
1,654 (+0) MLRS, 1305 (+1) hava hücumundan müdafiə sistemi,435 (+0) təyyarə,
348 (+0) vertolyot, 145.571 (+1.693) əməliyyat-taktiki səviyyəli PUA, 4347 (+0) qanadlı raket, 29 (+0) gəmi/qayıq, 2 (+0) sualtı qayıq, 79.826 (+190) ədəd motorlu nəqliyyat vasitələri və sisternlər, 4074 (+1) ədəd xüsusi texnika vəs.
Ukraynanın bundan sonra 4 il daha dinə biləcəyini düşünürəm. Ümid edirəm ki, Ukraynanın qalibiyyəti bəşəriyyətin yarandığı gündən bu günə qədər işində olduğu “xeyir- şər” mübarizəsində birincinin qalib olması ilə bitəcək” deyə siyasi şərhçi Müşfiq Abdulla vurğulayıb.
Əntiqə Rəşid
20:58 / 13 Noyabr 2026
1
20:50 / 13 Noyabr 2026
74
20:41 / 13 Noyabr 2026
65
20:37 / 13 Noyabr 2026
58
20:35 / 13 Noyabr 2026
34
20:20 / 13 Noyabr 2026
70
20:09 / 13 Noyabr 2026
209
20:06 / 13 Noyabr 2026
72
20:05 / 13 Noyabr 2026
77
19:58 / 13 Noyabr 2026
194
19:53 / 13 Noyabr 2026
180
19:41 / 13 Noyabr 2026
106
19:38 / 13 Noyabr 2026
604
19:35 / 13 Noyabr 2026
94
19:30 / 13 Noyabr 2026
313
19:28 / 13 Noyabr 2026
144
19:23 / 13 Noyabr 2026
98
19:05 / 13 Noyabr 2026
101
18:59 / 13 Noyabr 2026
103
18:59 / 13 Noyabr 2026
97
18:50 / 13 Noyabr 2026
99
18:38 / 13 Noyabr 2026
114
18:31 / 13 Noyabr 2026
96
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.